Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1462/2020 18.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt inzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9, Cavabdeh2 və X2 qarşı “keçmiş bələdiyyə sədri Elşad Allahyarov və DƏDRX-nin X9 tərəfindən X2 verilmiş reyestr nömrəsi **********23 olan çıxarış sənədinin ləğv edilməsinə” na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X9, Cavabdeh2 və X2 qarşı “keçmiş bələdiyyə sədri Elşad Allahyarov və DƏDRX-nin X9 tərəfindən X2 verilmiş reyestr nömrəsi **********23 olan çıxarış sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2014-cü ildən Xaçmaz rayon Qaraçay-cek bələdiyyəsinin sədri Elşad Allahyarov, ata evlərində üz-üzə yaxın məsafədə yerləşən, Dövlət torpaq kadastr kitabında xx.xx.2013-cü il tarixdə 118 nömrə ilə uçota alınmış, **********0185 nömrəli həyətyanı sahəyə gediş-gəliş yolu kimi istifadə etdiyi yol yerini kəsib, əmisi nəvəsinin əri X3 faktiki yaşadığı 0,25 ha həyətyanı sahəsinə qatıb artırmaq məqsədi ilə ona vermək istəyirdi. Ona görə də 2014-cü il 24 iyul Xaçmaz, 2016-cı il 17 may Sumqayıt Apelyasiya, 2016-cı il 17 noyabr Azərbaycan Respublikası Ali məhkəmələrinə müraciət etmişdirlər. Həmin məhkəmə qərarlarında göstərildiyi kimi sözü gedən yol yerindən iddiaçı həyətyanı sahəsinə və kənd əhalisi su qoşmaq üçün gediş-gəliş yolu kimi istifadə edir. Sonralar bələdiyyə sədri Elşad Allahyarov ilə əmisi qızının əri Həsənov İmaməddinin arasında nə yarandısa, həmin yol yeri kimi iddiaçının istifadə etdiyİ ərazini məhkəmə qətnaməsinə baxmayaraq köhnə tarixə, yəni xx xxxxxx 2006-cı il 14 saylı qərar ilə Həsənov İmaməddinin arvadı X2 həyətyanı sahə sənədi vermişdir. İddiaçı bələdiyyə sədrinin köhnə tarixə hazırladığı həyətyanı sahə sənədindən saxta olmasına görə şübhələnib Xaçmaz regional Ədliyyə idarəsinə və Respublika Ədliyyə Nazirliyinə həmin sənədin qanunauyğunluğunun yoxlanılması üçün müraciət etmişdir. Həmin müraciətin əsasında aparılan araşdırma zamanı xx xxxxxx 2006-cı il 14 saylı Xaçmaz rayon Qaraçay-cek bələdiyyəsi tərəfindən X2 verilmiş həyətyanı sahə sənədinin saxta olması üzə çıxmış və ədliyyə idarəsi tərəfindən ləğv edilmişdir. Xaçmaz rayon regional Ədliyyə idarəsi həmin sənədin ləğv edilməsi üçün Qaraçay-cek bələdiyyəsinə xx.xx.2019-cu il tarixdə yazılı təklif göndərmiş və Qaraçay-cek bələdiyyəsi tərəfindən xx.xx.2019- cu il 13 saylı qərar ilə ləğv edilmişdir. Həmin xx xxxxxx 2006-cı il 14 saylı qərarın ləğv edilməsi barədə məlumat üçün Xaçmaz rayon Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə rəsmi sənəd göndərilmişdir. Maraqlı burasıdır ki, keçmiş bələdiyyə sədri X6 2019-cu il bələdiyyə seçkiləri ərəfəsində özünün seçilməyəcəyini bilib, Ədliyyə və Bələdiyyə tərəfindən ləğv edilmiş xx xxxxxx 2006-cı il 14 saylı qərar X1 əlindən alınmadığından istifadə edərək bir qrup DƏDRnin X8 əməkdaşları ilə əlbir olub, yenidən müayinə aktını təsdiq edərək, DƏDR-nin X9 tərəfindən X1 adına reystr nömrəsi **********23 olan çıxarış sənədi verilməsinə nail olmuşdur. Keçmiş bələdiyyə sədri X4 və DƏDRX-nin X8 ləğv edilmiş xx.xx.2006-cı il 14 saylı bələdiyyə qərarına əsasən X2 qanunsuz çıxarışın verilməsi iddiaçının hüquqlarına toxunmuşdur. Yenidən Respublika Ədliyyə Nazirliyinə yazılı müraciətindən sonra, Xaçmaz rayon regional Ədliyyə idarəsi Xaçmaz rayon Qaraçay-cek bələdiyyəsinə X1 adına verilmiş reyestr nömrəsi **********23 olan çıxarışın ləğv edilməsi üçün Sumqayıt İnzibati məhkəməsinə rəsmi müraciət olunması təklifi verilmişdir. Xaçmaz rayon Qaraçay-cek bələdiyyəsində həmin təklifə əsasən X2 qanunsuz verilmiş reystr nömrəsi **********23 olan çıxarışın ləğv edilməsi üçün Sumqayıt İnzibati məhkəməsinə müraciət olunması barədə qərar qəbul edilmişdir və çıxarışın ləğvi üçün Sumqayıt İnzibati məhkəməsinə rəsmi müraciət olunmuşdur. İddiaçı həmin məhkəməyə çağrılmadığı üçün, Sumqayıt İnzibati məhkəməsinin həmin çıxarış üzrə hansı qərar qəbul etdiyini bilmir. Ona görə də yenidən şəxsi ərizə ilə müraciət etməyi məqsədəuyğun saymışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçi məhkəməyə dəvət olunsada, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlkin olaraq məhkəmə iddia ərizəsində tələbin cavabdeh DƏDRX 5 saylı X8 rəisi Eldəniz Hacıyevə, Xaçmaz rayon Qaraçay-cek Bələdiyyəsinin keçmiş sədri Elşad Allahyarova, Xaçmaz rayon Qaraçay-cek kənd sakini X2 qarşı irəli sürülməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı fiziki şəxsləri cavabdeh olaraq göstərmişdir. Bundan başqa iddiaçı hazırkı iddianı qaldırması ilə bağlı subyektiv hüququnun olması ilə bağlı subutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı üçüncü şəxs X1 adına verilmiş çıxarışı mübahisələndirir və qeyd edir ki, həmin çıxarışın verilməsinə əsas olmuş bələdiyyə qərarı bələdiyyənin özü tərəfindən ləğv edilmişdir. Həmin sözü gedən yol yerindən iddiaçı həyətyanı sahəsinə və kənd əhalisi su qoşmaq üçün gediş-gəliş yolu kimi istifadə edir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququ mövcuddursa, onun hüququ müdafiyə vasitəsi kimi ümumi məhkəmədə iddia qldırmaq hüququ vardır. Mübahisəli torpaq sahəsinə verilmiş qeydiyyat sənədinin verilmə əsasını təşkil edən bələdiyyə qərarı ləğv edilmişdirsə, həmin torpaq sahəsinə hər hansı hüquqla iddia edən şəxs həmin torpaq sahəsinin boşaldılması iddiası ilə mülki məhkəmədə iddia qaldıra və eyni zamanda hüququ əsası ortadan qalxmış qeydiyyat sənədinin ləğvinidə həmin iddiada məhkəmədən tələb edə bilər. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli Qərarı ilə əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1462/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1462/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver