Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1462/2021 14.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1qayıt şəhər Polis İdarəsinə qarşı “Muradlı (Əhlimanova) Ülviyyə Süleyman qızının azyaşlı övladları X6 və X7 ilə birlikdə onun mülkiyyətində olan ünvan 1qayıt şəhəri, Stansiya ünvan 1qayıt, ev 6, mənzil 11-dən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə ünvan 1qayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1qayıt şəhər Polis İdarəsinə qarşı “Muradlı (Əhlimanova) Ülviyyə Süleyman qızının azyaşlı övladları X6 və X7 ilə birlikdə onun mülkiyyətində olan ünvan 1qayıt şəhəri, Stansiya ünvan 1qayıt, ev 6, mənzil 11-dən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1qayıt şəhəri, Stansiya ünvan 1qayıt ev 6, mənzil 11 onun xüsusi mülkiyyətindədir. Əhlimanova Ülviyyə Süleyman qızı isə onun keçmiş gəlini olmuşdur. Ülviyyə oğlu Əzizin həyat yoldaşı olmuş, sonradan ailə münasibətləri pozulduğundan aralarındakı nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Ülviyyə gəlin gələrkən onun razılığı əsasında mənzilə qeydiyyata düşmüşdür. Sonradan isə ailə münasibətləri pozulmuş, mənzildən çıxıb getmiş və hal-hazırdada başqa yerdə yaşayır. Ülviyyənin keçmiş gəlin kimi mənzilə hüququ olmadığından, yalnız formal olaraq qeydiyyatda qaldığından və bu da onun mülkiyyət hüququnu pozduğundan Əhlimanova Ülviyyə Süleyman qızının onun mülkiyyətində olan ünvan 1qayıt şəhəri, Stansiya ünvan 1qayıt ev 6, mənzil 11-dən qeydiyyatdan çıxarılmalıdır. O, Əhlimanova Ülviyyə Süleyman qızına mənzildən qeydiyyatdan çıxması ilə bağlı bir neçə dəfə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. Muradlı (Əhlimanova) Ülviyyə Süleyman qızı, iki azyaşlı övladı ilə birlikdə mənzildən qeydiyyatdan çıxarılmalıdır. İddiaçı bununla əlaqədar ünvan 1qayıt şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdir, lakin ərizədən imtina edilərək məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, ünvan 1qayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin heç bir etirazı yoxdur. İddiaçı X2 iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən ********** qeydiyyat nömrəli, 19.04.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1qayıt şəhəri, Stansiya ünvan 1qayıt, ev 6, 11 saylı mənzil İddiaçı 1/6 hissədə xüsusi mülkiyyətindədir. - X5, X3 və X1 tərəfindən tərtib edilmiş və ünvan 1qayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 23 saylı Mənzil Kommunal sahəsi tərəfindən təsdiq edilmiş 08.02.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, Əhlimanova Ülviyyə Süleyman qızı ünvan 1qayıt şəhəri, Stansiya ünvan 1qayıt, ev 6, 11 saylı mənzil ünvanında ailə həyatı quraraq 2013-cü ildə gəlin gəlmiş, 2017-ci ildə evi tərk edərək getmişdir, hal-hazırda həmin ünvanda yaşamır. - ünvan 1qayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı 22.05.2021-ci il tarixli imtina məktubundan görünür ki, Əhlimanova Ülviyyə Süleyman qızının yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur. İddiaçıya ərizədə göstərilən məsələ ilə bağlı aidiyyət üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - ünvan 1qayıt Şəhər Məhkəməsinin 01.03.2019-cu il tarixli 2(060)-1001/2019 saylı qətnaməsindən görünür ki, X8 ilə Əhlimanova Ülviyyə Süleyman qızı arasında 03.06.2012-ci il tarixdə ünvan 1qayıt şəhər Nikah evində 131 saylı aktla rəsmiləşdirilmiş nikah pozulmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1qayıt şəhəri, Stansiya ünvan 1qayıt, ev 6, 11 saylı mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Həmin mənzildə Əhlimanova Ülviyyə Süleyman qızı da qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı ünvan 1qayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 22.05.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Muradlı (Əhlimanova) Ülviyyə Süleyman qızı, azyaşlı övladları X6 və X7 ilə birlikdə ünvan 1qayıt şəhəri, Stansiya ünvan 1qayıt, ev 6, mənzil 11 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1qayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. Muradlı (Əhlimanova) Ülviyyə Süleyman qızının, azyaşlı övladları X6 və X7 ilə birlikdə ünvan 1qayıt şəhəri, Stansiya ünvan 1qayıt, ev 6, mənzil 11 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1qayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1qayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 1qayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən ünvan 1qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1462/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1462/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver