Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1462/2022 16.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə onun 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı razılaşmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 fevral 2022-ci il tarixli , **********6 nömrəli imtina məktubunda qeyd edilir ki, ” Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatın, peşələrin, vəzifələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) kişilər 60 yaşına çatdıqda , azı 25 il sığorta stajına malik olduqda , bu müddətin azı 12 il altı ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasınınminumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il turizmədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştii şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staj görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir, 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli qanunla qüvvədən düşmüş ‘’X1 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993 -cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güşəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “ güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın ümumi peşələr bölməsində (35) yeraltı kanalzasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 01 dekabr 1979-cu il tarixli əmək kitabçasında və “Azərkimya “ İB-nin " Ftilen Polietilen " zavodunun sizə dair 12 mart 2021-ci il tarixli 91 nömrəli arayışında xx.xx.2003-cü il tarixindən bugünədək su buxarı və kanalzasiya sexində kanalzasiya şəbəkələri üzrə təmirçi çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan yeraltı kanalzasiya şəbəkələrində daimi məşğul olan qəza-bərpa işlərinin çilingəri vəzifəsinə uyğun deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il altı aydan az ( 10 il 8 ay(xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.” İmtina məktubu iddiaçıya 17.0.3.2022-ci ildə təqdim edilmiş , həmin tarixdə imtina məktubunu qəbul etməyi barədə imza etmişdir. İddiaçı hesab edir ki, imtina qanunsuz və əsassızdır. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il 12,13 saylı arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş 10 il iş satajından artıq on beş il imtiyazlı iş stajı təsbit olunmuşdur. İddiaçı xx.xx.1978-18 iyul 1979 illərdə 44 saylı peşə məktəbində təhsil almış , 1981- 1983-cı illərdə hərbi xidmətdə olmuşdur . Yəni bir dekabr 2006-cı ilədək 21 il 2 ay 2 gün ümumi iş stajına, on beş ildən artıq güzəştli iş stajına malikdir. İddiaçının işlədiyi sahə yəni Kimya istehsalatı sahəsi əmək şəraiti zərərli olan sahədir. Bu sahədə işlədiyi kanalizasiya şəbəkələri üzrə təmirçi-çilingər peşəsi kimya istehsalı bölməsində nəzərdə tutulmasa da Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahının 23200000 18447 bəndində (ümumi peşələr bölməsi) nəzərdə tutulmuş (yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri) peşəyə uyğundur. Belə ki, böyük bir kimya zavodunun kanalizasiya şəbəkəsində baş vermiş qəza-bərpa işləri kanalizasiya şəbəkələri üzrə təmirçi-çilingərləri tərəfindən həyata keçirilir. Bununla bağlı olaraq mütəxəssislərin iştirakı ilə yerindəcə baxış keçirməklə iddiaçının işlədiyi sahənin və peşənin nə dərəcə zərərli olmasını aydınlaşdırmaq olar. Uzun illər işlədiyi peşədə işləyən şəxslər pensiyaya çıxırlar. İşlədiyi müəssisə həmin peşənin zərərli olması barədə arayış verir. 01 iyun 2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən - bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cıı maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə surətdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin siyahısı” nın ümumi peşələr bölməsində (35) yeraltı kanalzasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları nəzərdə tutulmuşdur. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. xx.xx.2006-cı ii tarixədək 26 il 1 ay ümümi əmək stajına, 12 il 10 ay güzəştli şərtlərlə 57 yaşı tamam olduğu gündən yəni xx.xx.2018ci il tarixindən təyin edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və. ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X1 haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, Fondun idarə Heyətinin qərarlarını, Fondun idarə Heyətinin sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. Məktuba əlavə olunmuş İddiaçı dair “Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun ona dair 30 iyun 2022-ci il tarixli 3104/xx-xx-1015 nömrəli arayışında onun avadanlıqların təmiri sahəsində təmirçi çilingər işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay (xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-30.01,1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı onun 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı dair “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ona dair 30 iyun 2022-ci il tarixli 3104/xx-xx-1015 nömrəli arayışında onun avadanlıqların təmiri sahəsində təmirçi çilingər işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (10 il 8 ay (xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-30.01,1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş arayışlardan görünür ki,
1. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №li siyahının İİİ bölməsinin 3a, 4a yarımbölməsinin 2040300a-17972; 2040400a-18554 şifri ilə xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək boruyayma sexində metalın hazırlanmasında presləyici kəsici, təmirçiçilingər işləmişdir. (X3 xx.xx.2021-ci il tarixli 20 saylı arayışı)
2. 01 oktyabr 2003-cü il tarixdən 31 dekabr 2005-ci il tarixə kimi su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər işləmişdir. göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının XXXİİİ bölməsinin 23200000-18447 şifrinə əsasən 2 saylı siyahısında sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan çilingərlər istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. (“Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsinin xx.xx.2021-ci il tarixli 91 saylı arayışı)
3. 01 yanvar 2006-cı ildən 28 iyun 2010-cu ilə kimi su buxarı və kanalizasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan çilingərlər istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. (“Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsinin xx.xx.2021-ci il tarixli 92 saylı arayışı)
4. 01 noyabr 2011-ci ildən hal-hazıra kimi avadanlıqların təmiri sahəsində təmirçiçilingər (kanalizasiya və su şəbəkəri üzrə) işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci bölməsinə əsasən siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. (“Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu Kadrlar Şöbəsinin xx.xx.2022-ci il tarixli 158 və 159 saylı arayışları)
5. “Etilen-Polietilen” zavodunun əməkdaşı İddiaçı xx.xx.2003-xx.xx.2005ci il tarixlərdə su buxarı və kanalizasiya sexində çalışdığı kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısında (XXXİİ bölmə, şifr 23200000-18447), 01 01 2006-28 06.2010-cu il tarixlərdə Su buxarı və kanal zasiya sexində kanalizasiya şəbəkələri üzrə təmirçi çilingər, xx.xx.2011-xx.xx.2014-cü il tarixlərdə Dövrü su təchizatı sahəsində və xx.xx.2014-cü il tarixdən hal-hazıra kimi Avadanlıqların təmiri sahəsində çalışdığı təmirçi çilingər (kanalizasiya və su şəbəkələri üzrə) peşəsi Azerbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısında (bölmə 35) nəzərdə tutulmuş güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi hüququ verən peşələrə aiddir. (Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 30 iyun 2022-ci il tarixli, 3104/xx-xx-1015 saylı arayışı) “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İşin hallarından göründüyü kimi iddiaçının Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı yaranmışdır- 25 ildən artıq sosial sığorta stajı olmaqla 12 il 6 aydan artıq müddətini xüsusi iş stajını təşkil edir. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndi tətbiq olunacaqdır. “X1 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasından, həmçinin yuxarıda sadalanan arayışlardan da göründüyü kimi iddiaçı xüsusi zərərli iş şəraitində işləmişdir. Cavabdeh orqanın dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı dair “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun ona dair 30 iyun 2022-ci il tarixli 3104/xx-xx-1015 nömrəli arayışında onun avadanlıqların təmiri sahəsində təmirçi çilingər işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi vəzifə yuxarıda qeyd olunan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri vəzifəsinə uyğun deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 23200000-18447 saylı şifrində, istərsə də 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsində siyahıda sadalanan yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələrə hərfi uyğunluq baxımından yanaşmamalı, təqdim edilmiş güzəştli arayışda qeyd edilən halları araşdırmalı, müraciət edən şəxsin zərərli işlərdə işləməsi şübhə doğurduğu halda əlavə araşdırma aparmaq hüququndan istifadə etməlidir. Lakin cavabdeh əsassız edərək iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, iddiaçının güzəştli iş stajının 10 il 8 ay (xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) olması cavabdeh tərəfindən qəbul olunur. Digər dövrlər də-xx.xx.2003-xx.xx.2005-ci il tarixlər nəzərə alındıqda iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahının 23200000-18447 saylı şifrinə müvafiq olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmış olur. Bu halda iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajı yaranmış olur. Qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının hüququ 57 yaşında yarandığı üçün ona həmin tarixdən pensiya təyin edilməli, lakin pensiyanın hesablanması və ödənilməsi onun inzibati orqana müraciətindən üç il əvvələ hesblanmalıdır. İş materiallarından görsənir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Ona görədə məhkəmə heab edir ki, onun pensiyası xx.xx.2018-ci il tarixdən hesablanmalı və ödənilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı, 57 yaşının tamam olduğu (xx.xx.2018-ci il) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. İddiaçı, 57 yaşının tamam olduğu (xx.xx.2018-ci il) tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev