Məhkəmə qərarları › İş №2-1(118)-1463/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1463/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1463/2023 19.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsində inşa etdirdiyi və Xaçmaz rayon İcra Hakimiyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş faktiki sxemlərdə əks olunan tikintilərdən istismarına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı imtinanın qanunsuz hesab edilməsi və mülkiyyətində olan Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsində inşa etdirdiyi və Xaçmaz rayon İcra Hakimiyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş faktiki sxemlərdə əks olunan tikintilərdən istifadəyə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dədiqləşdirilməsi barədəərizə verərək iddiaçının mülkiyyətində olan Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən 1,65 ha torpaq sahəsində inşa etdirdiyi və Xaçmaz rayon İcra Hakimiyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş faktiki sxemlərdə əks olunan tikintilərdən istismarına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon notariat kontorunda təsdiq edilmiş xx.xx.2013-cü il tarixli 4Ə-19 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı torpağın mülkiyyətçisi olmuş X3 Xaçmaz rayonu, Armudpadar kəndində yerləşən 1,65 ha torpaq sahəsini satın almışdır. Əvvəllər həmin 1,65 ha torpaq sahəsi "şadlıq evi tikintisi üçün” təyinatı üzrə Xaçmaz rayonu Armudpadar bələdiyyəsinin 13 sentyabr 2007-ci il tarixli 11 saylı qərarı ilə X1. Notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsindən sonra həmin 1,65 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına qeydiyyat tarixi xx.xx.2021-ci il, qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********33 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göstərilən 1,65 ha torpaq sahəsində onun təyinatına uyğun olaraq iddiaçının tərəfindən şadlıq sarayı binası və digər köməkçi sahələri (anbar binası, sanitar qovşağı və köməkçi tikili) inşa etdirilmişdir. Hazırda həmin tikililər təyinatı üzrə istifadəsi üçün tam hazırdır. Şadlıq sarayı binasının tikinti sahəsi 1258,94 kv m, əsas sahəsi 1136,94 kv m və həcmi 8057,21 kub metrdir. Anbar binasının tikinti sahəsi 951,2 kv m, əsas sahəsi 898,32 kv m və həcmi 7609 kub metrdir. Köməkçi tikilinin (sanitar qovşaq ) tikinti sahəsi 74,44 kv m, əsas sahəsi 46.52 kv m və həcmi 189,57 kub metrdir. Digər köməkçi tikilinin tikinti sahəsi 57,56 kv m, əsas sahəsi 44,89 kv m və həcmi 138,71 kub metrdir. İddiaçının mülkiyyətində olan 1,65 ha torpaq sahəsində tərəfindən inşa etdirilmiş yuxarıda göstərilən tikililərə dair Cavabdeh baş memarı Kamil Gəncəliyev tərəfindən faktiki sxemlər tərtib edilərək təsdiq edilmişdir. İddiaçı həmin şadlıq sarayı və digər köməkçi tikililərin istismarına icazə verilməsi üçün Xaçmaz rayon İcra Hakimiyyəninə rəsmi ərizə ilə müraciət etmişdir. Həmin müraciətinə RİH-nin Memarlıq və Tikinti Şöbəsinin müdiri K.Gəncəliyev tərəfindən rədd cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cababdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -**********33 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 1.65 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 1.65 ha torpaq sahəsi barəsindədir. - Xaçmaz rayon İH Memarlıq İdarəsi tərəfindən tərtib edilmiş tikililərin planından görünür ki, həmin sənəd İddiaçı məxsus Xaçmaz rayonu Armudpadar kəndində yerləşən 1.65 ha torpaq sahəsi üzərinə inşa edilmiş tikililər barəsindədir. - Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon İcra Hakmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı Xaçmaz RİH-nə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində tikilmiş şadlıq sarayının çıxarışının alınması üçün sənədləşmənin aparılmasını xahiş etmişdir. İddiaçı ərizəsi araşdırılarkən məlum olmuşdur ki, ərizəçi mülkiyyətində olan torpaq sahəsində tikintiyə icazə almadan şadlıq sarayı inşa etmişdir. Mövcud qanunvericiliyə görə torpaq sahəsində tikinti aparılmamışdan qabaq müvafiq qaydada tikintiyə icazə alınmalı və sonradan tikinti işlərinə başlanılmalıdır. Bu səbəbdən onun ərizəsinin təmin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Maddə 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. Maddə 102.1. Tikintisinə icazə tələb edilən tikinti obyektinin (reklam qurğuları istisna olmaqla) istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir: [95] Maddə 102.1.1. tikinti sənədlərinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətləri; 102.1.2. şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda obyektin istismara verilməsindən əvvəl tikintinin, onun hissələrinin və ya mühəndiskommunikasiya təminatı sistemlərinin istismara hazırlığının yoxlanıldığını təsdiq edən sənədlər. Maddə 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Maddə 102.4. Tikinti obyektinin istismarına icazənin verilməsi üçün müraciətin təqdim edildiyi gündən 20 gün, ekspertizası keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə 10 gün, reklam qurğularına münasibətdə isə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) obyektin istismarına icazə verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada icazə almadan qeyri-yaşayış sahələri inşa etmişdir. İddiaçı icazə almalı olduğunu hüquqi cəhətdən savadsızlığı ilə əsaslandırır. Eyni zamanda artıq inşa etdiyi tikililərin istismarı üçün icazə almaq üçün müraciət etdikdə cavabdeh mövcud qanunvericiliyə görə tortpaq sahəsində tikinti aparılmamışdan əvvəl müvafiq qaydada tikintiyə icazə alınmalı olduğunu və sonradan tikinti işlrniə başlanılmalı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində yuxarıda adı çəkilən məsələni tənzimləyən hər hansı bir qadağanedici maddi norma yoxdur. Cavabdeh yuxarıda göstərilən cavabı ilə iddiaçı üçün “qapalı dairə” yaratmış olur, belə ki, icazənin tikintiyə başlanılmamışdan əvvəl alınmalı olduğunu, hazırda tikintinin aparılmasından sonra bunun mümkün olmadığını bildirmişdir. Hansı ki, tikililərin inşası artıq başa çatmışdır, lakin onlardan tam mənada istifadə edə bilmək imkanından məhrumdur. Məhkəmə qeyd edir ki, Cavabdeh Memarlıq və Tikinmti Şöbəsi sözügedən tikililərin yerləşdiyi torpağın şərti yararsız torpaqlara aid olmaqla alqı-satqı predmeti olması və tikinti işlərinin apaırlması məqsədi ilə satılmasına etiraz edilmədiyi barədə rəy vermişdir. Tikililər barəsində tərtib edilmiş eskiz layihəyə əsasən həmin eskiz layihə də Cavabdeh Memarlıq və Tikinti İdarəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, sözügedən tikilililərdən istifadəsinə icazə verilməsindən imtina üçün cavabdeh tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayonu Armudpadar kəndi ərazisində yerləşən İddiaçı Abdulmənaf qızının mülkiyyətində olan 1,65 ha torpaq sahəsində inşa etdirdiyi və Xaçmaz rayon İcra Hakimiyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş faktiki sxemlərdə əks olunan tikintilərdən istismarına icazə verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar