Məhkəmə qərarları › İş №2-1(118)-1463/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1463/2024

11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1463/2024 11.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçı və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Xızı rayon Giləzi kolxoz YAİK-nın xx.xx.1996-cı il tarixli Protokol-qərarı əsasında ona ayrılmış qaraj üzərində mülkiyyət hüquqlarının qeydə alənması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Giləzi kolxoz YAİK-nın xx.xx.1996-cı il tarixli Protokol-qərarı əsasında ona ayrılmış qaraj üzərində mülkiyyət hüquqlarının qeydə alənması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayon Giləsi kolxoz YAİK-nın və payçıların xx.xx.1996-cı il tarixli protokol-qərarına əsasən Giləzi kolxozuna məxsus təmirə ehtiyacı olan qaraj, qük qaldıran tal, 1 ədəd transformator və s. 1976-1978-ci il tikililəri əmlak payı kimi iddiaçıya verilmişdir. Həmin qaraj-meydança hazıradək iddiaçının istifadəsindədir. O, qaraja mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh təşkilata ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının səbəbi kimi göstərilmişdir ki, qeydiyyata alınması nəzərdə tutlan qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər ərizəyə əlavə edilməmişdir. İddiaçı cavabdehin bu imtinasını əsassız hesab edir. Belə ki, yerli islahat komissiyaların qərarları həmin qərarla verilmiş əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayənəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı tərəfindən zəruri hüquqmüəyyənedici sənədlərin təqdim olunmaması səbəbindən iddiaçının müraciətinin təmin olunnmasından imtina edilmişdir. İş materiallarında olan : - Xızı rayon Giləzi kolxoz YAİK-nın 30 may 1996-cı il tarixli, 07 saylı ptotokol qərarından görününr ki, Giləzi kolxoz YAİK-na kolxoza məxsus təmirə ehtiyacı olan qaraj ehtiyat hissələri anbarı, yük qaldıran tal, bir ədə elektrik transformatoru və s. 1976-1978-ci illərin tikililəri İddiaçı əmlak payına görə verilməsi qərara alınmışdır. - Xızı rayonu “Giləzi” kolxozunun möhürü ilə təsdiq edilmiş 30 may 1996-cı il tarixli aktdan görünür ki, kolxozda gedən islahatlarla əlaqədar kolxoza məxsus qaraj ehtiyat hissələri anbarı, bir ədəd elektrik transformatoru, bir ədəd yükqaldıran tal və s. 1976-1978-ci illərin tikililəri 30 may 1996-cı il 07 saylı protokol qərarı ilə əmlak payına görə İddiaçı təhvil verilmişdir. Məhkəmənin sorğusuna əsasən Xızı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 92 saylı cavab məktubdan görünür ki, Giləzi kolxozu X4 Komissiyasının 30 may 1996cı il tarixli, 07 saylı qərarı və ona əlavə edilmiş sənədlər Xızı Rayon Dövlət Arxivində aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia tələbinin əsası kimi sözügedən qaraj binasının ona ayrılması barədə Giləzi rayon X4 komissiyasının protokokunu təqdim etmişdir. Hansı ki, həmin protokol 1996cı ilə aid olsa da, latın qrafikası ilə hazırlanmış möhürlə təsdiq edilmişdir. Bundan başqa iddiaçı özünün X4 komissiyasının sədri olmasını bildirərək həmin protokol onun özü və komissiyanın katibi tərəfindən imzalanmışdır. Məhkəmənin sorğusuna əsasən həmin yerli AİK tərəfindən sənədlərin arxivə təhvil verilmədiyi müəyyən edilmişdir. Hazırda S.Məmmədova mehmanxana binası üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Cavabdeh inzibati orqan isə hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi səbəbindən imtina cavabı vermişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya aqrar-islahatları aparılması zamanı qaraj binasə və s.tikililərin ayrılması barədə kolxoz tərəfindən qərar verilsə də, həmin qarajın yerini, ölçülərini müəyyən etməyə imkan verən heç bir sənəd yoxdur. Belə ki, qərarda həmin torpaq sahəsinin yeri onu eyniləşdirməyə imkan verən şəkildə təsvir edilməmiş, yerquruluşu sxemi isə ümumiyyətlə tərtib edilməmişdir. Odur ki, iddiaçının faktiki istifadəsində olan tikilinin məhz iddiaçıya YAİK qərarı ilə ayrılmış yer olmasını iddia etmək üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin İddiaçı verdiyi imtina cavabı mahiyyətcə qanuna zidd olmamışdır. QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar