Məhkəmə qərarları › İş №2-1(118)-1466/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1466/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1466/2021 14.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili X12, İddiaçı İddiaçı Cavabdeh qarşı “Cavabdeh başçısının 22 aprel 2016-cı il tarixli, 80 nömrəli Sərəncamının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Cavabdeh başçısının 22 aprel 2016-cı il tarixli, 80 nömrəli Sərəncamının ləğv edilməsi” tələbinə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı on beş ildir ki, Hacıqabul rayonunun Qalmaz qış otlaq ərazisində heyvandarlıqla məşğul olur və xırda buynuzlu malqaramı, icarəyə götürdüyü otlaq sahələrində otarmaqla təsərrüfatını idarə edir. Eyni zamanda o icarə götürdüyü torpaq sahələrinin illik vergi ödənişləri də vaxtlı-vaxtmda dövlətin büdcəsimə ödəyir. 2015-ci ildə “Heyvandarlığın inkişaf etdirilməsi və ya otlaq sahələrinin ayrılması məqsədi ilə Cavabdeh başçısının adına ərizə ilə müraciət etdikdən sonra, 31 iyul 2015-ci il tarixdə Cavabdeh 102 saylı sərəncamı əsasında, Quba rayonun Əlik icra nümayəndəliyinin ərazisində yerləşən Dövlət yay otlaq (Çaylar yaylağı) sahəsindən icarəyə verilmiş 640 ha torpaq sahəsini 15 il müddətinə heyvandarlığın inkişafı məqsədi ilə alaraq istifadə edir. Daha sonra mənə Quba rayon İcra Hakimiyyəyti başçısı 31 iyul 2015-cil tarixdə bağlanmış “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” icraə müqaviləsi də verilmişdir. Eləcə də ona Cavabdeh başçısının imzası ilə təsdiq edilmiş" Dövlət yay otlaq sahəsindən icarəyə verilən torpaq sahəsinə dair plan da təqdim edilmişdir. İcarəyə götürülmüş torpağın ümumi sahəsi 703 hektar, örüşə yararlı sahəsi isə 640 hektar olmuşdur. Cavabdeh başçısı Cavabdeh bəşçısının 22 aprel 2016-cı il tarlxi 50 N-li sərəncamından görünür ki, həmin sərəncamla Cavabdeh başçısının 102 saylı, 31 iyul 2015-ci İİ tarixli Sərəncamına qismən dəyişikliklər edilmişdir. Onu da nəzərinizə çatdırıram ki, mənə Örüş sahəsi kirni verilmiş 703 hektar torpaq sahəsi, əvvəllər Xaçmaz rayon icra hakimiyyətinin balansında olmuşdur. Cavabdeh başçısının 22 aprel 2016-cı il tarixli, 80 nömrəli sərəncamı əsassız olduğundan ləğv edilməlidirQeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh təşkilat etirazla məhkəməyə müraciət edərək,onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba RİHB-nin 22 aprel 2016-cı il tarixli, 80 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məlumat üçün bildirilir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının 10 fevral 2007-ci il tarixli, 42/1 saylı sərəncamı ilə Xaçmaz rayonunun Quba rayonu ərazisində yerləşən “Qızıl qaya” yaylağından Şərafəddin Mühyəddinovun icarəsinə ayrılmış 640 ha örüş sahəsi geri alınaraq, İddiaçı icarəsinə heyvandarlığın inkişafı üçün 15 il müddətinə icarəyə verilmişdir. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 iyun tarixli 156 nömrəli qərarına əsasən Quba rayonu ərazisində yerləşən yay və qış otlaq sahələri Quba RİH-nin balansına verilmiş, lakin “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə riayət edilərək balansa verilmədən əvvəlki icarəçilərlə bağlanmış müqavilələr üzrə, onlarla müraciətləri əsasında yeni müqavilələr bağlanmışdır. Belə ki, həmin Qanunun 15-ci maddəsinə əsasən torpağı icarəyə verən hüquqi şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Həmçinin, icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada, onun hüquqi varislərinə keçir. Qeyd olunanlara və İddiaçı 31 iyul 2015-ci il tarixli müraciətinə əsasən Quba RİHB-nin 31 iyul 2015-ci il tarixli, 102 saylı sərəncamı ilə iddiaçıya Quba rayonu ərazisində yerləşən “Qızıl qaya” yay otlaq sahəsindən əvvəlki müqaviləyə uyğun olaraq 640 ha örüş sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Torpaq sahəsi faktiki olaraq həmin vaxtadək onun istifadəsində olmuş və hazırda da, oradan istifadə edir. Sərəncama əsasən onunla müqavilə bağlanmış və torpaq sahəsinin plan xəritəsi təsdiq edilmişdir. Həmin xəritədə də, ayrılan yaylaq sahəsinin “Qızıl qaya” olduğu göstərilmişdir. Lakin sərəncamda yaylaq sahəsinin adı texniki olaraq səhv qeyd olunmuş və orada digər icarədarın istifadəsində olan “Çaylar” yay otlaq sahəsi göstərilmişdir. Belə ki, “Çaylar” yay otlaq sahəsi (705 ha) Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının 29 iyun 2006-cı il tarixli, 209 saylı sərəncamı ilə 15 il müddətinə X2 icarəsinə verilmişdir. Bununla əlaqədar onunla müqavilə bağlanmış və ayrılmış torpaq sahəsinin plan xəritəsi təsdiq edilmişdir. Həmçinin qeyd olunan torpaq sahəsi 1996-cı ildən müqavilə əsasında Əliyusif Gülməmmədovun istifadəsində olmuşdur. Müqavilə əsasında ona “torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-1814 kod 30300001 saylı şəhadətnamə də verilmişdir. Yaylaq sahəsi Quba RİHnin balansına verildiyindən onun müraciəti əsasında Quba RİHB-nin 15 aprel 2016-cı il tarixli, 71 saylı sərəncamı ilə 705 ha torpaq sahəsi 15 il müddətinə Xaçmaz RİHB-nin sərəncamı nəzərə alınaraq Ə.Gülməmmədovun icarəsinə verilmişdir. Əliyusif Gülməmmədovun vəfatından sonra icarə müqaviləsi üzrə hüquqlar onun hüquqi varis Gülrza Gülməmmədova keçmiş və onunla yeni müqavilə bağlanmışdır. Ə.Gülməmmədova 15 aprel 2016-cı il tarixli, 71 saylı sərəncamla torpaq sahəsi icarəyə verildikdə müəyyən edilmişdir ki, Quba RİHB-nin 31 iyul 2015-ci il tarixli, 102 saylı sərəncamında texniki səhvə yol verilmiş və buna görə də, həmin sərəncama düzəliş edilərək “Çaylar” sözü “Qızıl qaya" sözü ilə əvəz edilmişdir. Hazırda faktiki olaraq İddiaçı ona icarəyə verilmiş “Qızıl qaya” yaylağından, X6 isə “Çaylar” yaylağından istifadə edir. Göstərilənlərə əsasən hesab olunur ki, iddiaçının sərəncamın etibarsız hesab edilməsilə əlaqədar irəli sürdüyü hallar əsassızdır. Sərəncamda gedən texniki səhv hesabına iddiaçının özünə hüquq əldə etməyə çalışması digər şəxsin qanunla müəyyən edilmiş hüquqlarının pozulmasına gətirib çıxarır. Halbuki iddiaçı da bilir ki, ona ayrılmış torpaq sahəsi “Qızıl qaya” yaylağı olmuş və o, əvvəllər də həmin yaylaqdan müqavilə əsasında istifadə etmişdir. Bu hallar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının 10 fevral 2007-ci il tarixli, 42/1 saylı sərəncamı, onunla bağlanmış icrarə müqavilələri, iddiaçının “Qızıl qaya” yay otlaq sahəsinin onun icarəsinə verilməsi üçün xahiş etdiyi ərizə, torpaq sahəsinin plan xəritəsi və faktiki istifadə vəziyyəti ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən iddia ərizəsini təqdim edərkən, cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Bu qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X5 məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclası 3-cü şəxsin iştirakı olmadan keçirilmişdir. Lakin 3-cü şəxs məhkəməyə etirazla müraciət edərək, bildirmişdir ki, sözügedən Quba şəhəri,8 saylı “çaylar” yay otlaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli çıxarışa əsasən hazırda 3-cü şəxsin icarəsindədir. Həmçinin, qeyd olunan yay otlaq sahəsi Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 17.04.2002-ci il tarixli, 69 saylı sərəncamına və icarə müqaviləsinə əsasən 15 il müddətinə atası X3 icarəsinə verilmiş və bununla əlaqədar JN-1814 kod 30300001 saylı istifadə hüququna dair şəhadətnamə verilmişdir. Bununla əlaqədar xəritələr də mövcuddur. Həmçinin, qeyd olunan yaylağın atasına icarəyə verilməsi ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısının 29 iyun 2006-cı il tarixli, 209 saylı sərəncamı da, mövcuddur. O zamanlar qeyd olunan yaylaqlar Xaçmaz Rayon İcra Hakimiyyətinin balansında olduğundan sərəncamları həmin icra hakimiyyəti vermişdir. Sonradan, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 iyun tarixli 156 nömrəli qərarına əsasən Quba rayonu ərazisində yerləşən yay və qış otlaq sahələri Cavabdeh balansına verilmişdir. Buna baxmayaraq, hər kəs əvvəllər bağlanmış icarə müqavilələrinə əsasən icarələrində olan torpaq sahələrindən istifadə etmiş və ya həmin torpaq sahələri üzrə Rayon İcra Hakimiyyəti ilə yeni müqavilələr bağlamışlar. Belə ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən torpağı icarəyə verən şəxsin yenidən təşkil edilməsi, habelə torpaq mülkiyyətçisinin hüququnun başqa şəxsə keçməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun vaxtından əvvəl ləğv edilməsi üçün əsas ola bilməz. Qanundan da göründüyü kimi qeyd olunan dəyişiklik əvvəlki icarədarların hüquqlarının ləğv edilməsinə gətirib çıxarmamışdır, əksinə həmin müqavilələr üzrə prosedurlar davam etdirilmiş və ya tərəflərin razılığı əsasında həmin torpaq sahələri üzrə yeni müqavilələr bağlanmışdır. Atasının vəfatından sonra vərəsəsi olaraq 3-cü şəxs həmin yaylaqla əlaqədar müqavilə öhdəliklərinə əsasən qarşılıqlı razılıq əsasında yeni müqavilə bağlayaraq icarə hüquqlarını davam etdirmişdir. Həmçinin, 1996-cı ildən indiyədək onlar həmin yaylaqdan faktiki olaraq istifadə edirlər. İddiaçı iddia qaldırdığı vaxtadək buna hərhansı pretenziyası olmamışdır. Sonradan ona məlum olmuşdur ki, İddiaçı 31 iyul 2015-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 12 iyun 2003-cü il tarixli 125 saylı sərəncamla Şərafəddin Mühyəddinova “Qızıl qaya” yay otlaq sahəsindən 640 ha icarəyə verilmiş sahənin onun adına rəsmləşdirilməsini xahiş etmişdir. Qeyd olunan ərizə əsasında Cavabdeh 31 iyul 2015-ci il tarixdə 102 saylı sərəncam vermiş və orada yaylağın adı “Qızıl qaya” əvəzinə səhvən “Çaylar” göstərilmişdir. Halbuki torpağın bütün digər göstəriciləri əvvəlki müqaviləyə uyğundur və ərizəçi özü də, faktiki istifadə etdiyi “Qızıl qaya” yaylağı ilə əlaqədar müraciət etmişdir. Həmçinin, “Çaylar” yaylağı həmin vaxt Xaçmaz RİHB-nin qüvvədə olan sərəncamına və istifadə hüququna dair şəhadətnaməyə əsasən atasına məxsus olmuşdur və onun başqa şəxsin icarəsinə verilməsi qanunla mümkün hesab edilmir. Buna görə də sonradan həmin sərəncama düzəliş edilmiş və iddiaçı tələb etdiyi yaylaqla təmin olunmuşdur. Məlumat üçün bildirilir ki, X1 adına Xaçmaz RİHB-nin 12.06.2003-cü il tarixli, 125 saylı sərəncamına əsasən “Qızıl qaya” yay otlaq sahəsindən 640.0 ha torpaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və bununla əlaqədar Torpaqdan müvəqqəti istifadə hüququna dair JN- 5410 kod 30200001 saylı şəhadətnamə tərtib edilmişdir. Bundan sonra Xaçmaz RİHB 10 fevral 2007-ci il tarixli, 42/1 saylı sərəncamıyla yuxarıda qeyd olunan sərəncama qismən dəyişiklik edərək, həmin torpaq sahəsini İddiaçı icarəsinə verilmiş və bununla əlaqədar tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Yəni həmin yaylaq sahəsi 2022-ci il tarixədək İddiaçı icarəsinə verilmişdir. Sonradan mülkiyyətçi dəyişdiyindən o, yeni müqaviləni həmin yaylaq əsasında Quba RİHB ilə bağlamış və arxiv sənədlərindən də görünür ki, ona “Qızıl qaya” yaylağı ilə əlaqədar xəritə təsdiq edilərək verilmişdir. Həmçinin Xaçmaz RİH-də də, iddiaçıya verilmiş torpaq sahəsinin xəritəsi mövcuddur. Cavabdeh 31 iyul 2015-ci il tarixdə 102 saylı sərəncamı verilərkən “Çaylar” yaylağı qanuni əsaslarla atasının icarəsində olmuşdur. Həmin yaylaq üzrə başqa şəxsin adına sərəncam verilə bilməzdi. Yaylaq sahəsi faktiki olaraq da 1996-cı ildən 3-cü şəxsin istifadəsində olmuşdur. İddiaçının həmin yaylaqla hər-hansı bir hüquqi bağlılığı olmamışdır, Onların istifadə etdiyi yaylaq qonşuluqda yerləşən “Qızıl qaya” yaylağı olmuşdur. İddiaçı qeyd olunan yanlışlıqdan özünə hüquqi əsas əldə etməyə çalışır və bununla əlaqədar məhkəmədə iddia qaldırıb. İddiaçı hətta iddia tələbində nə tələb etdiyini özü də dərk etmir. Sərəncamı həm saxta hesab edir, həm etibarsız hesab edilməsini istəyir, həmdə ləğv edilməsini. Cavabdeh İddiaçı verdiyi 31 iyul 2015-ci il tarixli, 102 saylı sərəncam özü əsassızdır. İddiaçı ərizəsində “Qızıl qaya” yaylağını tələb etsə də, orada “Çaylar” yaylağı qeyd edilir, baxmayaraq ki, həmin yaylaq üzrə başqa şəxslə bağlanmış, qüvvədə olan icarə müqaviləsi mövcuddur. Lakin Rayon İcra Hakimiyyəti həmin səhvi digər sərəncamı ilə aradan qaldırmışdır. İddiaçı Cavabdehnə və 3-cü şəxsə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassızdır, ona görə də, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələb etdiyi Cavabdeh 102 saylı, 31 iyul 2015-ci il tarixli Sərəncamına qismən dəyişikliklər və Cavabdeh başçısının 22 aprel 2016-cı il tarixli, 80 nömrəli Sərəncamının ləğv edilməsi məsələsi məhkəmə araşdırması zamanı, yəni 25.11.2021-ci ildə məhkəməyə daxil olmuş Cavabdeh 12.11.2021-ci il tarixli, 104 nömrəli Sərəncamı ilə həmin sərəncamlar ləğv edilmişdir. Başqa sözlə desək iddiaçı tərəfindən ləğvi tələb edilən qərar inzibati orqanın özü tərəfindən ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh 31.07.2015-ci il və 22.04.2016-cı il tarixli sərəncamlarının hüquqi qüvvəsi itdiyindən həmin inzibati aktların ləğvi məsələsinə məhkəmədə baxıla bilməz. Bu səbəbdən də iddia tələbi mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “Cavabdeh başçısının 22 aprel 2016-cı il tarixli, 80 nömrəli Sərəncamının ləğv edilməsi” tələbi mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar