Məhkəmə qərarları › İş №2-1(118)-1466/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1466/2022

11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1466/2022 11.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı1 Abdulməcid oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ataları X3 Şabran rayonu Gəndab kəndində yerləşən, keçmiş Gəndab üzümçülük sovxozunun inzibati idarə binasının 2-ci mərtəbəsindən o vaxtlar mövcud olmuş Dəvəçi rayonu, Gəndab inzibati ərazi vahidliyi üzrə X15 komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 08 iyul 2000-ci il tarixli, 10 saylı aktı ilə əmlak payı kimi verilmiş qeyri-yaşayış təyinatlı 13 kv.m (15.30 kv.m) otaq üzərində mərhum X1nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair arayışın verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publi hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mərhum ataları X3 Şabran rayonu, Gəndab kəndində yerləşən, keçmiş Gəndab üzümçülük sovxozunun inzibati idarə binasının 2-ci mərtəbəsindən o vaxtlar mövcud olmuş Dəvəçi rayonu Gəndab inzibati ərazi vahidliyi üzrə X15 komissiyasının əmlakan pay haqqının verilməsi barədə 08 iyul 2000-ci il tarixli, 10 saylı aktı ilə əmlak payı kimi verilmiş qeyriyaşayış təyinatlı 13 kv.m-lıq otaq üzərində mərhum X1nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 tələbini dəqiqləşdirərək İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publi hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ataları X3 Şabran rayonu Gəndab kəndində yerləşən, keçmiş Gəndab üzümçülük sovxozunun inzibati idarə binasının 2-ci mərtəbəsindən o vaxtlar mövcud olmuş Dəvəçi rayonu, Gəndab inzibati ərazi vahidliyi üzrə X15 komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 08 iyul 2000-ci il tarixli, 10 saylı aktı ilə əmlak payı kimi verilmiş qeyri-yaşayış təyinatlı 13 kv.m (15.30 kv.m) otaq üzərində mərhum X1nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair arayışın verilməsi”ni məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum X1na Şabran (keçmiş Dəvəçi) rayonu Gəndab kəndində yerləşən, keçmiş Gəndab üzümçülük sovxozunun inzibati idarə binasının 2-ci mərtəbəsindən o vaxtlar mövcud olmuş Dəvəçi rayonu Gəndab İnzibati Ərazi Vahidliyi üzrə X15 Komissiyasının əmlakdan pay haqqının verilməsi baradə 08 İyul 2000-ci il tarixli, 10 saylı aktı ilə qeyri-yaşayış təyinatlı 13 kv.m-lik (faktiki: 15,30 m2) otaq əmlak payı kimi verilmişdir. X1 xx.xx.2005-ci il tarixində vəfat etmiş, həmin daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənədin olmasına baxmayaraq, atası sağlığında həmin daşınmaz əmlaka dair adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almamışdır. X7 xx.xx.2011-ci ildə vəfat etmişdir. Halhazırda birinci növbəli vərəsələr olaraq onlar qalmışlar. O, İddiaçı1 Əbdülməcid oğlu X1nun vərəsəsi olaraq həmin daşınmaz əmlaka texniki pasportun və çıxarışın alınması ilə bağlı cavabdeh quruma xx.xx.2021-ci il tarixli ərizə ilə rəsmi müraciət etsə də, cavabdeh tərəfindən ona xx.xx.2021-cu il tarixli, **********85 nömrəli imtina məktubu göndərilmiş və həmin məktubda göstərilmişdir ki, Şabran rayonu, Gəndob adına sovxozun Aqrar İslahat Komissiyasının 08 İyul 2000-ci il tarixli, 10 saylı “əmlakdan pay haqqının verilməsi barədə aktın’’ tərtib olunmasına əsas olmuş qeyri-yaşayış binasında otağın əmlak payı kimi verilməsi barədə Rayon və X15 Komissiyasının qərarı və qeyri-yaşayış binasının eskiz sxemi əlavə edilməmişdir, yuxarıda qeyd olunanları nəzərə alaraq ərizəsinin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Cavabdeh qurum daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından, texniki pasportun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edərkən Daşınmaz Əmlakın Dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində göstərirlən heç bir hala əsaslanmamışdır. O, qeyri-yaşayış binasında otağın əmlak payı kimi verilməsi barədə rayon və X15 Komissiyasının qərarının, iclas protokolundan çıxarışın, eskiz sxeminin (tikilinin (otağın) planının)) alınması ilə bağlı 06 dekabr 2021-ci il tarixli məktub ilə Şabran rayon Gəndov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə rəsmi müraciət etsə də, xx.xx.2021-ci il tarixli, 844 nömrəli cavab məktubu ilə həmin sənədlərin nümayəndəliyin arxiv balansında olmadığı bildirilmişdir. Odur ki, yuxarıda adları çəkilən sənədlərin əslinin (qərar və eskizin onlara çatmalı nüsxəsinin) Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin arxivindən tapılıb verilməsi ilə bağlı köməklik edilməsi üçün İddiaçı1 Əbdülməcid oğlu Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanmış həmin ərizə Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, 4/201 saylı məktubu ilə aidiyyatı üzrə baxılması üçün Şabran rayon Dövlət Arxivinə göndərilmişdir. Şabran rayon Dövlət Arxivindən göndərilmiş xx.xx.2022-ci il tarixli, 09 saylı cavab məktubunda göstərilmişdir ki, Gəndov İnzibati Ərazi Vahidliyi üzrə Aqrar İslahat Komissiyasının və Şabran (keçmiş Dəvəçi) rayon Aqrar İslahat Komissiyasının sənədləri barədə arxivdə heç bir məlumat yoxdur. Odur ki, mərhum atası Gəndov kəndində yerləşən keçmiş Gəndov sovxozunun inzibati binasının 2-ci mərtəbəsindən əmlak payı alması barədə arxiv arayışı vermək qeyri mümkündür. Həmçinin yuxarıda adları çəkilən sənədlərin əslinin (qərar və eskizin bizə çatmalı nüsxəsinin) Şabran Rayon İcra Hakimiyyətinin arxivindən tapılıb verilməsi ilə bağlı köməklik edilməsi və yaxud tapılmadığı təqdirdə, həmin sənədlərin yenidən hazırlanması üçün sərəncam verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə Şabran Rayon İcra Hakimiyyətinin başçısına müraciət etsə də, xx.xx.2022-ci il tarixli, 181 nömrəli cavab məktubunda göstərilmişdir ki, məsələ ilə əlaqədar müvafiq araşdırma aparılmış və X15 Komissiyasının sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən həmin sənədlərin ona təqdim olunması mümkün olmamışdır, X15 Komissiyasının fəaliyyəti ləğv edildiyindən, müraciətdə qeyd olunan məsələnin (sənədlərin yenidən hazırlanması) həlli ilə bağlı aidiyyatı üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə mülkiyyət hüququnun mərhum atasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Çünki çıxarış əldə edilmədən vərəsəlik məsələsinin həll edilməsi mümkün deyil. Məhkəmə iclasında İddiaçı1 Abdulməcid oğlu iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Siracov X8 rayonu, Gəndob kəndi ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə 22 10.2021-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********85 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Ərizəyə əlavə edilmiş Şabran rayonu Gəndob adına sovxozun Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 10 saylı "Əmlakdan pay haqqının verilməsi barədə Aktın" tərtib olunmasına əsas olmuş qeyri-yaşayış binasının əmlak payı kimi verilməsi barədə rayon və X15 Komissiyasının qərarı və qeyri yaşayış binasının eskiz sxemi əlavə edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda göründüyü kimi, iddia ərizəsində göstərilən qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də digər iddiaçılar və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə digr iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - AZ-İ 133560 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 08 aprel 2005-ci ildə vəfat etmişdir. - Dəvəçi rayonunun Gəndab adına sovxozun yerli aqra islahat komissiyasının sədri İ.Məmmədov tərəfindən, həmin təsərrüfatın Dəvəçi rayon daxili işlər şöbəsi tərəfindən tərtib edilmiş 17 noyabr 1976-cı il tarixli Əmlakdan pay haqqının verilməsi barədə 10 saylı aktdan görünür ki, həmin təsərrüfatdan X4 13 kv.m-lik 1 otaqdan ibarət əmlak pay haqqının verilməsi barədə akt tərtib edilmişdir. - Cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 26 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının sözügedən əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Şabran rayon Dövlət Arxivinin 26 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyası fəaliyyət dövrü toplanmış sənədlərini rayon arxivinə təhvil verməmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Şabran rayon İcra Hakimiyyəti başçısının aparatının 22 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X3 aqrar islahatlar keçirilərkən torpaq sahəsinin ayrılmasına dair qərarın qəbul olunub-olunmaması, eləcə də “Əmlakdan pay haqqının verilməsi barədə” 10 saylı, 08 iyul 2000-ci il tarixli aktla əmlak payı kimi verilmiş sahəsi 13 kv.metr olan otağın yerləşdiyi binanın hansı dövlət orqanının balansında olması barədə rayon İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı Dəvəçi rayonunun Gəndab adına sovxozun X15 komissiyasının həmin təsərrüfatın Dəvəçi rayon daxili işlər şöbəsi tərəfindən tərtib edilmiş 17 noyabr 1976-cı il tarixli Əmlakdan pay haqqının verilməsi barədə 10 saylı aktla 13 kv.m otağın mərhum atası X5 əmlak payı kimi verildiyini bildirir. İddiaçı qeyd olunan əmlaka dair atasının adına arayışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 26 oktyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsidən imtina edilmişdir. Cavabdehin imtinasının əsası kimi Şabran rayonu, Gəndob adına sovxozun Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 10 saylı “Əmlakdan pay haqqının verilməsi barədə Aktın” tərtib olunmasına əsas olmuş qeyri-yaşayış binasının əmlak payı kimi verilməsi barədə rayon və X15 Komissiyasının qərarı və qeyri yaşayış binasının eskiz sxeminin əlavə edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin sözügedən əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı tərəfindən nə inzibati icraat zamanı, nə də məhkəmə icraatında sözügedən əmlakın atasına veriməsinə dair Aqrar İslahat komissiyasının qərarı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması zamanı da müxtəlif orqanlara sorğular göndərilməsinə baxmayaraq həmin aktın tərtib edilməsinə əsas olmuş hər hansı qərar (məlumat) aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 8-ci maddəsi ilə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Lakin həmin normada “Əmlakdan pay haqqının verilməsi barədə” akt Daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi hüquqların dövlət qeydiyyatı üçün kifayət qədər əsaslar olmadığı üçün, inzibati orqan tərəfindən qeydiyyat aparılmamışdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publi hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ataları X3 Şabran rayonu Gəndab kəndində yerləşən, keçmiş Gəndab üzümçülük sovxozunun inzibati idarə binasının 2-ci mərtəbəsindən o vaxtlar mövcud olmuş Dəvəçi rayonu, Gəndab inzibati ərazi vahidliyi üzrə X15 komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 08 iyul 2000-ci il tarixli, 10 saylı aktı ilə əmlak payı kimi verilmiş qeyri-yaşayış təyinatlı 13 kv.m (15.30 kv.m) otaq üzərində mərhum X1nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair arayışın verilməsi”nə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publi hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ataları X3 Şabran rayonu Gəndab kəndində yerləşən, keçmiş Gəndab üzümçülük sovxozunun inzibati idarə binasının 2-ci mərtəbəsindən o vaxtlar mövcud olmuş Dəvəçi rayonu, Gəndab inzibati ərazi vahidliyi üzrə X15 komissiyasının əmlakdan pay haqqının verilməsi barədə 08 iyul 2000-ci il tarixli, 10 saylı aktı ilə əmlak payı kimi verilmiş qeyri-yaşayış təyinatlı 13 kv.m (15.30 kv.m) otaq üzərində mərhum X1nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair arayışın verilməsi”nə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar