Məhkəmə qərarları › İş №2-1(118)-1466/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1466/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1466/2023 19.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı X1 (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X3 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri “Yaşma” bağlar massivində yerləşən “Polimer” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş 369 saylı bağ sahəsi üzərində X1 adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri “Yaşma” bağlar massivində yerləşən “Polimer” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş 369 saylı bağ sahəsi üzərində X1 adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Polimer” X5 Heyətinin mart 1989-cu il tarixli 1 saylı protokol qərarına əsasən iddiaçı “Polimer” Bağçılıq Yoldaşlığının üzvlüyünə qəbul olunmuş və “Yaşma” bağlar massivində yerləşən 369 saylı bağ torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Həmin vaxtdan 369 saylı bağ torpaq sahəsi onun icarəsində və istifadəsindədir. Cavabdeh idarəyə müraciət edərək Sumqayıt şəhərinin “Yaşma” bağlar massivində yerləşən “Polimer” kollektiv bağçılıq yoldaşlığına təhkim edilmiş 369 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alıb Çıxarış verilməsini xahiş etmişdir. Lakin ona ünvanladığı məkubda Bağçılıq-yoldaşlığı üzvlərinin siyahısının Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdasinə təhvil verilmədiyi əsas gətirilərək ərizəsi təmin edilməmişdir. Halbuki, həmin siyahı iddiaçı tərəfindən cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin dəlillərindən fərqli olaraq izah etdi ki, ilkin olaraq ona 25 nömrəli sahə başqa ərazidən ayrılmışdır. Lakin sənədləri ona verilməmişdir. Sonradan ona 369 saylı torpaq sahəsi tanıdılmışdır. Sənədlər də saonradan düzəldilib ona verilmişdir. O, qazıb torpaq sahəsini düzəndirmişdir. Lakin bir müddətdən sonra torpaq sahəsinin qarışdırıldığını, 369 saylı torpaq sahəsinin zəbt edildiyini öyrənmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, iddiaçıya və o cümlədən, həmin təsərrüfatdan bağ sahəsi əldə etmiş digər şəxslərə bağ sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş "Polimer” bağçılıq-yoldaşlığı cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıq-yoldaşlığı üzvlərinin siyahısı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmin sənədlərin təhvil verilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Həmçinin İddiaçının nəzərinə çatdırılmışdır ki, qeyd olunan bağçılığa dair arxiv sənədləri aidiyyəti üzrə təhvil verildikdən və daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədlərin əsillərini ərizəyə əlavə etdikdən sonra Sumqayıt şəhəri, Yaşma bağlar ərazisində yerləşən "Polimer” B/Y 369 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan: -369 nömrəli bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı Gülmirzə oğlu 1986-cı ildən bağçılıq cəmiyyətinin üzvüdür. -018006 və 003728 seriyalı qəbzlərdən görünür ki, İddiaçı 2001-2007-ci illər ərzində torpaq vergisi ödəmişdir. -X5 heyətinin 1 saylı protokolundan çıxarışda görünür ki, Səlimov X2 bağçılıq yoldaşlığının üzvlüyünə qəbul edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işüzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə, Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoterka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Göstərilən Qanunun 8.0.7-ci maddəsinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin əsasların sırasına daxil edilmişdir. Müddəanın tələbindən göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: -10.2.1 hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; -10.2.2 torpaq sahəsinin planı və ölçüsü; -10.2.3 torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; -10.2.4 dövlət rüsumunun ödənilməsi barədə sənəd. xx.xx.1999-cu il tarixli 695-İQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina halları göstərilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı 369 saylı bağ torpaq sahəsinin onu faktiki istifadəsində olmadığını, həmin torpağın ona bələdiyyə tərəfindən ayrıldığını, sənədlərinin isə sonradan düzəldildiyini bidlirmişdir. Qeyd olunmalıdır ki, sənədlərin (bağçılığ üzvlük kitabçası) tarixi 1989-cu il tarixə aid olsa da, üzərindəki möhür və protokoldan çıxarış latın əlifbası latın əlifbası ilə doldurulmuşdur. Halbuki, «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 506 saylı Fərmanına əsasın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında kargüzarlığın latın qrafikası ilə aparılmasını 2001-ci il avqustun 1-ə qədər təmin etmək Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Bundan sonra «Azərbaycan Respublikasında dövlət dili haqqında» xx.xx.2002-ci il tarixli 365-İİQ saylı Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin Qanunun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət diliinin əlifbası latın qrafikalı Azərbaycan əlifbası hesab edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas ola biləcək hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı X1 bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar