Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1469/2023 27.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X6, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “İddiaçı 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-nin 25 yanvar 2019-cu il tarixli 01 saylı arayışı, “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun 16 yanvar 2019-cu il tarixli 30,31,32 saylı arayışlarını, 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunduğu dövr- 2 il 7 ay 7 günü ikiqat ölçüdə nəzərə almaqla 52 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmşdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 10 ildən az güzəştli iş stajı mövcuddur. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1967-ci il tarixdə Azərbaycan Respublikası, Gədəbəy rayonunun Gərgər kəndində anadan olmuşdur. 15 oktyabr 1984-cü il tarixdən 08 oktyabr 1985-ci il tarixədək 1-ci Sumqayıt Tikinti- Quraşdırma MMC-də (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti- Quraşdırma İdarəsində) 2-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsində işləmişdir. 23 oktyabr 1985-ci il tarixdən 22 noyabr 1987-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Sovet Ordusu sıralarından hərbi xidmətdən qayıtdıqdan sonra 15 yanvar 1988-ci il tarixdən 01 iyul 1993-cü il tarixədək keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti- Quraşdırma İdarəsində neft və kimya sənayesində avadanlıqların quraşdırılması üzrə sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatları üzrə 2,3,4,5,6-cı dərəcəli quraşdırıcı çilingər vəzifəsində işləmişdir. 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunmuşdur. 07 avqust 1996-cı il tarixdə köçürmə yolu ilə Sumqayıt “Sintez-Kauçuk” zavodina keçirilmişdir. 13 sentyabr 1996-cı il tarixdə Sumqayıt Sintez-Kauçuk zavodunun Təmir Quraşdırma sexinə spirt, divinil, kauçuk istehsalatı üzrə 6-cı dərəcəli quraşdırıcı çilingər vəzifəsinə qəbul olunmuşdur. 01 aprel 2002-ci il tarixdən 02 avqust 2004-cü il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun mexaniki təmir və quraşdırma sexinin quraşdırma sahəsinin spirt, divinil, kauçuk istehsalatları üzrə 6-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 01 noyabr 2005-ci il tarixdən 11 yanvar 2006-cı il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexinə divinil. spirt, kauçuk istehsalı üzrə 6-cı dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. 18 aprel 2008-ci il tarixdən 30 dekabr 2016-cı il tarixədək Azərbaycan Dizaynerlər İttifaqı X1 16 saylı inşaat istehsalat Təsərrüfat trestinə 6-cı dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. 25 yanvar 2018-ci il tarixdən 19 sentyabr 2018-ci il tarixədək "xxxx"ASC-də qaynaqçı işləmişdir. 20 sentyabr 2018-ci il tarixədən bu günə kimi SOSAR-ın “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Quraşdırma bölümünün 1 saylı tikinti quraşdırma sahəsində əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsində işləyir. 15 oktyabr 1984-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajına 10 ildən artıq ağır zərərli şəraitdə iş stajına malikdir. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası huququna malikdirlər. Bununla əlaqədar olaraq, 05 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona 52 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ərizəyə qanunvericiliyin tələblərinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin surətini, Əmək kitabçasının əslini, hərbi biletin 1,2,3-cü səhifələrinin notariusda təsdiq edilmiş surətini, güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağa dair 1-ci Sumqayıt Tikinti- Quraşdırma MMC-nin 25 yanvar 2019-cu il tarixli 01 saylı arayışını, “Azərkimya” İstehsalat birliyi “Etilen- Polietilen”zavodunun 16 yanvar 2019-cu il tarixli 30.31,32 saylı arayışlarını əlavə etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 02 noyabr 2022-ci il tarixli məktub ilə ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası aşağıdakılara əsasən, qanuna zidd və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat huququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə gorə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə gorə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat huququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası huququna malikdirlər. 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə 06 mart 2007-ci il tarixinə kimi qüvvədə olmuş "X4 haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin "a" bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli. 320 nömrəli qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. "X4 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. "X4 haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə dəyişikliklər edilməsi barədə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə yaş həddinin 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılması nəzərə alındıqda “X4 haqqında” Qanununun 13-cü maddəsində Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən 1 nömrəli siyahı üzrə kişilər üçün nəzərdə tutulan 50 yaşın üzərinə 2 il artırılır, Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli “X4 haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 2-ci bəndinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: - 67-ci maddənin 2-ci bəndinin “V” və “Ğ” bəndlərinə əsasən, hərbi (alternativ) xidmət və müvafiq icra hakimiyyəti orqanında, qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, ədliyyə. Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti və ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin Qanunun 68-ci maddəsinə əsasən hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) pensiya almaq hüququ verən iş stajına güzəştli şərtlə ikiqat ölçüdə daxil edilir. Belə müddəa 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” 7 fevral 2006-cı il tarixli 54-İİİQ nömrəli Azərbaycan Respublikası Qanunununda da nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş Özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə ikiqat ölçüdə daxil edilir. İddiaçı məxsus ИТ-1 seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, onun 15 oktyabr 1984-cü il tarixdən 08 oktyabr 1985-ci il tarixədək 1-ci Sumqayıt Tikinti- Quraşdırma MMC-də (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti- Quraşdırma İdarəsində) 2-ci dərəcəli quraşdırıcı çilingər vəzifəsində işlədiyi dövr-11 ay 23 gün təşkil edir. Ona məxsus hərbi biletin notariatda təsdiq edilmiş surətindən görünür ki, 23 oktyabr 1985-ci il tarixdən 22 noyabr 1987-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövr - 02 il 29 gün təşkil edir. Əmək kitabçasından görünür ki, 15 yanvar 1988-ci il tarixdən 01 iyul 1993-cü il tarixədək keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti-Quraşdırma İdarəsində neft və kimya sənayesində avadanlıqların quraşdırılması üzrə sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatları üzrə quraşdırıcı çilingər vəzifəsində işlədiyi dövr- 5 il 5 ay 13 gün təşkil edir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş 484 saylı 31 avqust 2022-ci il tarixli arayışına əsasən 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunduğu dövr- 2 il 7 ay 7 gün, ikiqat ölçüdə -5 il 2 ay 14 gün təşkil edir. Əmək kitabçasından görünür ki, mənim 13 sentyabr 1996-cı il tarixdən 02 avqust 2004-cü il tarixədək Sumqayıt Sintez-Kauçuk zavodunun Təmir Quraşdırma sexində spirt, divinil. kauçuk istehsalatı üzrə quraşdırıcı çilingər vəzifəsinə işlədiyi dövr- 7 il 10 ay 19 gün təşkil edir. 01 noyabr 2005-ci il tarixdən 11 yanvar 2006-cı il tarixədək Sumqayıt “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində divinil, spirt, kauçuk istehsalı üzrə qaynaqçı vəzifəsində işlədiyim dövr- 02 ay 00 gün təşkil edir. Beləliklə, 15 oktyabr 1984-cü il tarixdən 01 yanvar 2006-cı il tarixədək işlədiyi dövrlər ümumilikdə ümumi iş stajı - 11 ay 23 gün + 02 il 29 gün + 5 il 5 ay 13 gün + 5 il 2 ay 14 gün + 7 il 10 ay 19 gün + 02 ay 00 gün = 21 il 9 ay 8 gün təşkil edir. 1-ci Sumqayıt Tikinti-Qııraşdırma MMC-nin 25 yanvar 2019-cu il tarixli 01 saylı arayışına əsasən, 15 yanvar 1988-ci il tarixdən 01 yanvar 1993-cü il tarixədək keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti-Quraşdırma İdarəsində neft və kimya sənayesində avadanlıqların quraşdırılması üzrə sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatları üzrə quraşdırıcı çilingər vəzifəsində işlədiyim dövr- 4 il 11 ay 16 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli. 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun 16 yanvar 2019-cu il tarixli 30 saylı arayışına əsasən, 13 sentyabr 1996-cı il tarixdən 31 mart 2002-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt.butaden və kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər işləmişəm. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan spirt.butaden və kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmin vəzifəsində işlədiyim dövr- 5 il 6 ay 18 gün təşkil edir. “Azərkimya” İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun 16 yanvar 2019-cu il tarixli 31 saylı arayışına əsasən, 01 aprel 2002-ci il tarixdən 02 avqust 2004-cü ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun mexaniki təmir və quraşdırma sexinin quraşdırma sahəsində spirt.butaden və kauçuk istehsalatları üzrə elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan spirt.butaden və kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmin vəzifəsində işlədiyi dövr- 02 il 04 ay 01 gün təşkil edir. “Azərkimya” İstehsalat birliyi “Etilen-Polietilen”zavodunun 16 yanvar 2019-cu il tarixli 32 saylı arayışına əsasən, 01 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində butaden, spirt və kauçuk İstehsalatları üzrə elektrik qaynaqçısı vəzifəsində işləmişəm. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan butaden, spirt və kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Həmin vəzifəsində işlədiyim dövr- 02 ay təşkil edir. Beləliklə, 15 yanvar 1988-ci il tarixdən 01 yanvar 1993-cü il tarixinə kimi, 13 sentyabr 1996-cı il tarixdən 31 mart 2002-ci il tarixinə kimi, 01 aprel 2002-ci il tarixdən 02 avqust 2004-cii il tarixinə kimi, 01 noyabr 2005-ci il tarixdən 31 dekabr 2005-ci il tarixinə kimi - 4 il 11 ay 16 gün + 5 il 6 av 18 gün + 02 il 04 ay 01 gün + 02 av = 13 il 05 gün ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. İddiaçı hesab edir ki, onun “X4 haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə dəyişikliklər edilməsi barədə 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun tələblərini nəzərə almaqla 21 il 9 ay 8 gün ümumi iş stajı və bu müddətin 13 il 05 gün ağır zərərli şəraitdə işlədiyi iş stajına malik olduğu üçün, güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixdən yaranmış olur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 15 yanvar 1988-ci il tarixdən 01 iyul 1993-cü il tarixləri arasındakı dövr ərzində keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Tikinti-Quraşdırma İdarəsində neft və kimya sənayesində avadanlıqların quraşdırılması üzrə sulfat turşusu, divinil, butaden, ilkin benzol istehsalatları üzrə quraşdırıcı çilingər vəzifəsində işlədiyi dövrlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısının kimya istehsalatı (Vİİİ) sahəsinə aid olmaması dəlilinə qarşı bildirir ki, onun güzəştli şərtlərlə pensiya təyin olunması barədə ərizəyə baxan zaman, cavabdeh Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar mübahisələrlə bağlı əvvəlki (Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının iş №2-l(102)-54/2021saylı xx.xx.2021-ci il tarixli, iş №2-l(102)-120/2021 saylı xx.xx.2021-ci il tarixli, iş №2-1(102)- 369/2021 saylı xx.xx.2021-ci il tarixli, iş №2l(102)-1280/2021 saylı xx.xx.2021-ci İl tarixli və iş №2-l(102)-120/2021 saylı xx.xx.2021-ci il tarixli, 2-l(102)-341/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(102)-! 323/2022 saylı xx.xx.2022-ci il tarixli) qərarlarında formalaşdırdığı hüquqi mövqelərini nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)- 54/2021saylı, 28 yanvar 2021-ci il tarixli qərarında (sədrlik edən X7, hakimlər X12, X3) cavabdehin kassasiva şikayətinin dəlillərində iddiaçının çalışdığı peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahlı ilə uyğunluq təşkil etmədiyini əsassız hesab edərək göstərmişdir ki, iddiaçının əmək kitabçasında nəzərdə tutulan qazayırma sexində aparatçı, növbə rəisi, növbə ustası peşələri siyahıda konkret olaraq adı çəkilməsə də həmin vəzifələr öz əmək şəraitinə və yerinə yetirilən işlərin xüsusiyyətlərinə görə neft kimya sənayesi sahələrinin ’’fəhlələri”, ”rəhbərləri” vəzifələrinə uyğundur. Belə ki, iddiaçı ’’Azərkimya” istehsalat Birliyinin keçmiş “Sintez kauçuk” zavodunun qazayırma sexində aparatçı (fəhlə) peşəsində işlədiyi müddətdə iş şəraiti zərərli olduğu üçün bir sıra güzəştlərlə təmin olunmuş, həmin müddətdə iş şəraiti zərərli olduğu üçün xüsusi qida məhsullarından hər gün 0,5 litir südlə və isti yeməklə təmin edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının iş №2-l(102)-369/2021 saylı 03 mart 2021-ci il tarixli, qərarında (sədrlik edən və məruzəçi X10, hakimlər edən X7, X5) cavabdehin kassasiva şikayətinin dəlillərində iddiaçının çalışdığı peşələrin 1985-ci ildən 1995-ci ilə kimi quraşdırıcı çilingər peşəsində işlədiyi Sumqayıt Tikinti Quraşdırma məhdud məsuliyyətli cəmiyyətinin (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma idarəsində) adından da göründüyü kimi, qeyd edilən müəssisənin iş sahəsi bilavasitə kimya sənayesində kimyəvi maddələr istifadə edilməklə istehsalat sahəsi deyil, həmin müəssisənin iş sahəsi Tikinti Quraşdırma sahəsidir və həmin sahədə iddiaçının işlədiyi peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi qəbul edilə bilməz dəlilinə göstərmişdir ki, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasına əsasən o, 1985-ci ildən 1995-ci ilədək keçmiş “Azneftkimyaquraşdırma” trestində neft və kimya sənayesində avadanlıqlar üzrə quraşdırıcı- çilingər, 1985-ci ildən 1995-ci ilədək keçmiş “Azneftkimyaquraşdırma” trestində quraşdırıcı çilingər və avadanlıqların quraşdırılması üzrə divinil, spirt, kauçuk istehsalatları üzrə 5-ci dərəcəli quraşdırıcı-çilingər işləmişdir. Bundan əlavə, iddiaçıya Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 01/06 saylı, 2018-ci il tarixli arayışda iddiaçının 1985-ci ildən 1995-ci ilə kimi həmin müəssisədə (keçmiş “Azneftkimyaquraşdırma” trestinin 1-ci Sumqayıt Quraşdırma İdarəsində) quraşdırıcı-çilingər vəzifəsində işlədiyi göstərilmişdir. Həmin arayışda qeyd olunur ki, iddiaçının işlədiyi müəssisədə istehsal olunan məhsulun adı “butadien”, “sulfat turşusu”,“divinil”,“ilkin-benzol” qeyd olunmuşdur. Həmçinin, “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun arayışı ilə iddiaçı 1995-ci ildən 1998-ci ilə kimi keçmiş “Sitezkauçuk” zavodunun təmir quraşdırma sahəsinə butadien, spirt, kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər peşəsində işləməyi təsdiq edilmişdir. Arayışlarda həmçinin göstərilmişdir ki. həmin vəzifə Azərbaycan Respubikasının Nazirlər Kabinetinin 21 iyunl993-cü il 320 nömrəli qərarına əsasən istehsalatda 1-ci siyahıya 8- ci bölməyə aid edilir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Belə olan halda, iş materiallarına əsasən iddiaçı cavabdehin qeyd etdiyi kimi tikinti quraşdırma sahəsində deyil, kimya sahəsində işlədiyinə görə, həmin bölmədə isə (1 nömrəli Siyahının Vİİİ bölməsi) 1080A00-17541 kodu ilə “kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri” nəzərdə tutulduğundan həmin müəssisələrdə işlədiyi dövr iddiaçının güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Cavabdehin kassasiya şikayəti təmin olunmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının işi ilə yuxarıda göstərilən iş eynilik təşkil edir və cavabdehin imtinası qanunvericiliyin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar işlərlə bağlı formalaşdırdığı hüquqi mövqeyinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən iddanın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 iştirak etmiş, iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 İİ 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X4 haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. Qeyd olunanlara əsasən işəgötürən tərəfindən iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2019-cu il tarixli 01 nömrəli arayışda onun işlədiyi müəssisələrlə həmin arayışı verən müəssisə fərqlidir. Həmçinin sözügedən arayışında xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində İddiaçı quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Beləliklə iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı (Vİİİ) sahəsinə aid deyil. Qeyd olunanlara əsasən iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (8 il 19 gün (xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir. İddiaçı hesab edir ki, onun 21 il 9 ay 8 gün ümumi iş stajı və 13 il 05 gün güzəştli iş stajına malik olduğu üçün, güzəştli şərtlərlə əmək pensiyası hüququ 52 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixdən yaranmış olur. Cavabdeh isə qeyd edir ki, iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 10 ildən az (8 il 19 gün (xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir... Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İddiaçı 13 sentyabr 1996-cı ildən 31 mart 2002-ci ilə kimi X2 keçmiş Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, butadien, kauçuk istehsalatları üzrə quraşdırıcı çilingər işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan spirtlər, butadien, kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. (X2 “Etilen-Polietilen” X13 16 yanvar 2019-cu il tarixli, 30 saylı arayışı) İddiaçı 01 aprel 2002-ci ildən 02 avqust 2004-cü ilə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş Sintezkauçuk” zavodunun mexaniki təmir və quraşdırma sexinin quraşdırma sahəsində spirt, kauçuk, butadien istehsalatları üzrə elektrik qaynaqçısı işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan spirtlər, butadien, kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. (X2 “Etilen-Polietilen” X13 16 yanvar 2019-cu il tarixli, 31 saylı arayışı) İddiaçı 01 noyabr 2005-ci ildən 31 dekabr 2005-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş Sintezkauçuk” zavodunun təmir quraşdırma sexində spirt, kauçuk, butadien istehsalatları üzrə elektrik qaynaqçısı işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən 1 saylı siyahısında sadalanan spirtlər, butadien, kauçuk istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. (X2 “Etilen-Polietilen” X13 16 yanvar 2019-cu il tarixli, 32 saylı arayışı) Qeyd edilən dövrlər 8 il 19 gün (xx.xx.1996-xx.xx.2004-cü il, xx.xx.2005-xx.xx.2005ci il tarixləri arasındakı dövrlər) olub cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh tərəfindən nəzərə alınmayan dövrlər xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlərdir. Cavabdeh qeyd edir ki, “İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2019-cu il tarixli 01 nömrəli arayışda onun işlədiyi müəssisələrlə həmin arayışı verən müəssisə fərqlidir. Həmçinin sözügedən arayışında xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində İddiaçı quraşdırıcı-çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Beləliklə iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı (Vİİİ) sahəsinə aid deyil.” İş materiallarına əlavə edilmiş 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-nin 25 yanvar 2019-cu il tarixli, 01 saylı arayışından görünür ki, İddiaçı 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-də (keçmiş «Azneftkimyaquraşdırma» trestinin 1-ci Sumqayıt Quraşdırma idarəsində) xx.xx.1988-ci ildən (əmr № 6-k, xx.xx.1988-ci il) xx.xx.1993-ci ilə kimi (əmr № 61-k,xx.xx.1993-ci il) quraşdırıcı-çilingər vəzifəsində çalışmışdır. xx.xx.1993-ci ildən (əmr № 61-k, xx.xx.1993-ci il ) xx.xx.1996-ci ilə kimi (əmr № 19-лs, xx.xx.1996-ci il) 6-ci dərəcə quraşdırıcı -çilingər vəzifəsində çalışmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il 320 №-li 1080A010 qərarına əsasən istehsalatda 1-ci siyahıya 8-ci dərəcəyə aid edilir. Cavabdehin mövqeyinə münasibətdə məhkəmə qeyd edir: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 437 nömrəli sərəncamı ilə "xxxx" Səhmdar Firmasının tabeliyində olmuş 1-ci Sumqayıt Mexaniki-Quraşdırma İdarəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış, cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2002-ci il tarixində başa çatdırılmışdır. Göründüyü kimi iddiaçının işlədiyi müəssisə özəlləşmişdir ki, burada iddiaçının hərhansı məsuliyyəti yoxdur. Təqdim edilmiş arayışın mötəbərliyinə şübhə yaradan əsas mövcud deyildir. Bundan əlavə əmək kitabçasında və ya arayışda qeyd edilmiş quraşdırıcı-çilingər vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” nın kimya istehsalatı (Vİİİ) sahəsinə aid olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıdakı 1080A010 kodu Siyahının Vİİİ bölməsinin “A” yarımbölməsinə (Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri) aiddir və həmin kod altında fərqli istehsalatlar nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi istehsalatlar da həmin kod altında mövcuddur. Belə ki, Siyahının 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalatı” bölməsində tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri 1080A010 kodu ilə nəzərdə tutulmuşdur: - polidien, polivinilpirrolidon; akril, metaakril turşuları, onların törəmələri, polimerləri və polimer kimiləri; sadə vinil efirilərinin polimerləri; polietilentereftalatlar, butadien, poliizobutilen, izopren, latekslər, örtük və onların əsasında başqa materiallar; polifosfatlar; polikarbonat örtüyü; poroplastlar; porofor; sıxılma materialları; benzol, benzoil və naftalin törəmələri, onların homoloqları; sadə mürəkkəb efirlər İddiaçının işlədiyi quraşdırıcı-çilingər vəzifəsi 1 nömrəli Siyahısının Vİİİ Kimya istehsalatı” bölməsində nəzərdə tutulmuş 1080A010 kodu müəyyən edilən peşələrə (fəhlələr) aid olduğundan, onun 01 yanvar 2006-cı il tarixədək ümumilikdə 10 ildən artıq güzəştli iş stajı yaranmış olur. Beləliklə iddiaçının Azərbaycan Respublikasının Əmək Pensiyaları haqqında Qanunu qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı yaranmışdır. Bu halda yuxarıda qeyd edilmiş normalara müvafiq olaraq iddiaçıya münasibətdə “X4 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı” üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Belə ki, “X4 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən: Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə iddiaçıya münasibətdə “X4 haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndi tətbiq olunduğundan onun 52 yaşından güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmış olur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tələbində 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunduğu dövr- 2 il 7 ay 7 günü ikiqat ölçüdə nəzərə alınmasını istəyir. “X4 haqqında” Qanunun 68-ci maddəsinə əsasən hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) pensiya almaq hüququ verən iş stajına güzəştli şərtlə ikiqat ölçüdə daxil edilir. Həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş Özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə ikiqat ölçüdə daxil edilir. Qeyd edilənlər iddia tələbinin əsaslı olduğunu göstərir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarından görsənir ki, iddiaçı 2022-ci il tarixdə inzibati orqana müraciət etmişdir. Göründüyü kimi iddiaçı onun pensiya hüququnun yarandığı tarixdən üç il keçməmiş inzibati orqana müraciət etmişdir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1-ci Sumqayıt Tikinti-Quraşdırma MMC-nin 25 yanvar 2019-cu il tarixli 01 saylı arayışı, “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun 16 yanvar 2019-cu il tarixli 30,31,32 saylı arayışlarını, 08 iyul 1993-cü il tarixdən 15 fevral 1996-cı il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərə cəlb olunduğu dövr 2 il 7 ay 7 günü ikiqat ölçüdə nəzərə almaqla 52 yaşdan, yəni 17 yanvar 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1469/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1469/2023
27.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver