Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-147/2020 10.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X8rşı “Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən iddiaçıya məxsus yaşayış mənzili üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin **********05 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən mənzil 1954-cü ildən iddiaçının istifadəsindədir. Şamaxı şəhər Şəhriyar Bələdiyyəsinin xx xxx 2000-ci il tarixli sərəncamı ilə həmin mənzil sahəsinə görə iddiaçının adına xx xxxxxx 2015-ci ildə təkrar 303 saylı Order verilmişdir. Həmin Orderlə təsdiq edilmişdir ki, mənzildə X1, X2 və X3 daimi qeydiyyatdadır. Sözügedən mənzildə 1954-cü ildən fasiləsiz olaraq yaşayırlar. Mənzilin ümumi sahəsi 106,2 kv.m-dən (49,1 kv.m yaşayış sahəsi) ibarətdir. İddiaçı, mənzil üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması xahişi ilə AR ƏMDK yanında DƏDRX-nin 14 saylı X10 müraciət etmişdir. Cavabdeh özünün xx xxxxxx 2019-cu il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Səbəb kimi məktubda cavabdeh göstərmişdir ki, təqdim etdiyi sənədlər mənzilin özəlləşməsi üçün əsas olmadığından imtina edilir. İddiaçı cavabdehin imtinasını əsassız hesab etmişdir. Belə ki, “Azərbaycan Respublikasının Mənzil Fondunun özəlləşdirilməsi haqqında” qanunun 1-ci maddəsinə görə “Dövlət və İctaıni mənzil Fondunun mülkiyyətçisi ilə mənzilkirayə müqaviləsi bağlamış vətəndaş yaşadığı mənzilləri əvəzsiz, olaraq şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir”. Həmin qanunun 8-ci maddəsinə görə “Vətəndaş mənzili özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına (burada müvafiq icra hakimiyyəti orqanı dedikdə AR Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur) mənzil sahəsinin orderini təqdim etməlidir”. AR İMP-nin 33-cü maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə cdiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. AR İMP-nin 73-cü maddəsinə görə “İnzibati aktın qəbulundan imtina -olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur”. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı ərizə ilə Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən mənzilin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin, mənzilin onun qanuni istifadəsinə verilməsi barədə (2009-cu ilin 01 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə qeyd olunan) hüquq müəyyənedici sənəd (order) ərizəsinə əlavə olunmamışdır. İddiaçı ərizəsinə əlavə etdiyi orderi səlahiyyəsiz qurum Şamaxı rayon Şəhriyar Bələdiyyəsi tərəfindən verilmişdir. 2009-cu ilin 01 oktyabr tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X6 İcraiyyə Komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. İddiaçı yaşadığı mənzilin özəlləşdirilməsinə hüquq verən hər-hansı bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmədiyinə görə, onun ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. İddiaçı və cavabdehin nümayəndəsi hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak etsədə, şifahi məhkəmə baxışında tərəflər iştirak etməmiş, məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Belə ki, 2009-cu ilin 01 oktyabr tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X6 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı əsasları müəyyən edilmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçı ərizəsində Şamaxı şəhər Şəhriyar Bələdiyyəsi tərəfindən verilmiş orderəəsaslansa da, Şamaxı şəhər Şəhriyar Bələdiyyəsinin qanunvericilikdən irəli gələn bu səlahiyyəti olmamış, həmçinin iddiaçı tərəfindən yaşadığı mənzilin özəlləşdirilməsinə hüquq verən hər-hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məhkəmə tərəfindən Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinə sorğu edilmiş, bələdiyyənin cavab məktubunda bu kateqoriyadan 164 evin bələdiyyənin balansında olduğu və evlərin özəlləşdirilməsinə etirazlarının olmadığı qeyd edilmişdir. Lakin iddiaçılara orderin verilməsinin hüquqi əsası göstərilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının və onunla eyni hüquqi vəziyyətdə olan digər şəxslərin yaşayış evlərindən faktiki olaraq uzun müddətdir istifadə etməsi mübahisə olunmasada, cavabdeh inzibati orqanın müvafiq mülkiyyət hüququnun yaranması ilə bağlı qeydyyatın aparılması üçün hüquqi əsası olmalıdır. Bu isə dövlətin müvafiq digər qurumları tərəfindən müəyyən oluna bilər. Bələdiyyələrin isə qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən kənara çıxmağa hüququ yoxdur. Məhkəmə hesab edir ki, həmin dövrdə bələdiyyələrin order vermək səlahiyyəti olmadığından və iddiaçı tərəfindən yaşadığı mənzilin özəlləşdirilməsinə hüquq verən hərhansı bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-147/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-147/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver