Məhkəmə qərarları › İş №2-1(118)-1472/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1472/2021

06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1472/2021 06.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı İddiaçı MMCnin adına Türkiyə Respublikasından idxal edilərək 08.06.2021-ci il tarixli **********2033 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilən və 90OE586 və 99ZC245 qeydiyat nömrəli avtonəqliyyat vasitələri ilə daşınan malların gömrük yoxlanışından buraxılmasına tətbiq edilən qadağanın qanunsuz hesab edilməsi tələbinə dair iddiaya Sumqayıt İnzibati Məhkəmənin binasında inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı iddia qaldıraraq İddiaçı MMC-nin adına Türkiyə Respublikasından idxal edilərək 08.06.2021-ci il tarixli **********2033 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilən və 90OE586 və 99ZC245 qeydiyat nömrəli avtonəqliyyat vasitələri ilə daşınan malların gömrük yoxlanışından buraxılmasına tətbiq edilən qadağanın qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Sumqayıt Baş Gömrük İdarəsinə qarşı İddiaçı MMCnin adına Türkiyə Respublikasından idxal edilərək 08.06.2021-ci il tarixli **********2033 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilən və 90OE586 və 99ZC245 qeydiyat nömrəli avtonəqliyyat vasitələri ilə daşınan malların gömrük yoxlanışından buraxılmasına tətbiq edilən qadağanın qanunsuz hesab edilməsi tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar