Məhkəmə qərarları › İş №2-1(118)-1472/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1472/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1472/2025 11.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi XN iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı (bundan sonra - “iddiaçı”) xx xxxx N959-cu il tarixdə doğulmuşdur.

2. İddiaçıya məxsus əmək kitabçasısının surəti.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının (bundan sonra – “cavabdeh”) N0 may NN4-cü il tarixli, 3-N7-N/N-R-NN0084/NN4 saylı məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (N sentyabr N975-ci il tarixdən N0 avqust N976-cı il tarixinədək təhsil aldığı illər və N4 aprel N977-ci il tarixindən NN aprel N979-cu il tarixinədək hərbi xidmətə olduğu müddət də nəzərə almaqla) N il NN ay 7 gün təşkil edir.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 dekabr N996-cı il tarixli, N86 saylı qərarı ilə təsdiq olunmuş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş əmək fəaliyyəti dövrlərinin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır (əmək kitabçasının titul vərəqində ata adına düzəliş edilmiş və düzəliş olunması faktı təsdiq olunmamışdır). N5 aprel NN4-cü il tarixli müraciətə münasibətdə bir daha bildirilmişdir ki, əmək kitabçasının iddiaçıya məxsus olması faktı məhkəmə qaydasında təsdiq edildikdən sonra sözügedən əmək kitabçasında qeyd olunmuş dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaqdır. Eyni zamanda, əmək kitabçasının titul vərəqinin ona məxsus əmək kitabçasına aid olubolmamasını aşkarlamaq mümkün olmamışdır. N yanvar N06-cı il tarixdən N iyul NN8-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, sığorta stajının qanunla nəzərdə tutulandan (N5 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə müavinət icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunanlara əsasən iddiaçıya NN iyun NNN-ci il tarixdən İİ dərəcə (orqanizmin funksiyalarının 6N-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi) əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi NN manat olmaqla davam etdirilir.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin N oktyabr NN4-cü il tarixli, N-Q/R-N470-N/NN4 saylı arxiv araşından görünür ki, iddiaçı N №-li hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, 99 №-li əmrilə (əsas: səh.-N30, §N) ərizəsinə əsasən İ dərəcə üzrə nəqliyyat işçisi götürülmüşdür. N №-li hərbi hissənin AO qulluqçularının əlifba qeydiyyatı kitabında (əsas: kitab: kitab: N yanvar N967 - 30 dekabr N06; səh.-N07, sıra-4) N №li hərbi hissədən gəlmiş iddiaçının komandirin N fevral N00-ci il tarixli N №-li əmrilə N fevral N00-ci il tarixdən N-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi və N oktyabr N04-cü il tarixli N6 nömrəli əmrilə işdən azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N fevral N00-ci il tarixli N №-li əmrilə (əsas: səh.-3, §3) iddiaçı Müdafiə nazirinin N7 dekabr N999-cu il tarixli müvafiq əmrinə əsasən N fevral N00-ci il tarixindən N №-li hərbi hissənin nəzdində olan anbarların gözətçisi vəzifəsinə təyin edilmiş və N-ci dərəcəli fəhlənin tarif əmək haqqı ilə ödənilmişdir. N №-li hərbi hissə komandirinin N oktyabr N04-cü il tarixli N6 №-li əmrində (əsas: səh.-N6, §3) hərbi hissənin AO qulluqçusu olan iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin N-ci hissəsinin “A” bəndinə uyğun olaraq (öz təşəbbüsü ilə) N oktyabr N04-cü il tarixdən işdən azad edilməsi barədə məlumat vardır. 67N (77059) №-li hərbi hissə komandirinin N4 dekabr N999 - 3N dekabr N999-cu il, N00-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən, iddiaçının xidməti barədə əlavə araşdırma aparılmamışdır.

6. Cavabdehin N9 noyabr NN4-cü il tarixli, 3-N7-N/N-R-N8N06N/NN4 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən sığorta stajı N sentyabr N975-ci il tarixindən N iyul N976-cı il tarixinədək təhsil aldığı illər və N4 aprel N977-ci il tarixindən NN aprel N979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət və NN aprel N3-cü il tarixindən N oktyabr N04-cü il tarixinədək olan əmək fəaliyyəti dövləri (arxiv arayışının surətinə əsasən) də nəzərə alınmaqla ümumi N4 il 3 ay N8 gün təşkil edir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, əmək kitabçasının surətində qeyd edilmiş N aprel N975-ci il tarixindən N fevral N3-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının titul vərəqində ata adına düzəliş edilmiş və düzəliş olunması faktı təsdiq olunmayıb) həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən N yanvar N06-cı il tarixindən N iyul NN8-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Sığorta stajı qanunla nəzərdə tutulandan (N5 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya NN iyun NNN-ci il tarixindən İİ dərəcə (orqanizmin funksiyalarının 6N-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi) əlilliyə görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi NN manat olmaqla davam etdirilir.

7. Abşeron Rayon Məhkəməsinin N3 iyul NN4-cü il tarixli, N(0NN)-4N73/NN3 saylı qəraradı ilə ərizəçinin (iddiaç) hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi tələbi barədə ərizəsinin qəbulundan imtina edilməsi və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Ərizəçiyə “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlərinə haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun NN aprel NN9-cu il tarixli, 3 saylı Qərarının 6.N-ci bəndinə uyğun olaraq”eyni bir şəxsin adının, atasını adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən eilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur.

8. Abşeron Rayon Məhkəməsinin N8 oktyabr NN4-cü il tarixli, N(0NN)-4386/NN4 saylı qərardadı ilə ərizəçinin (iddiaçı) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır.

Məhkəmə araşdırması zamanı İPM-in NN.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. Cavabdeh orqan NN iyun NN4-cü il tarixli, 3-N7-N/N-N43304/NN4 saylı məktubla iddiaçıya münasibətdə aparılmış inzibati icraat materiallarını təqdim etmişdir. - N7 mart NN4-cü il tarixli “Müraciət vərəqəsi”ndən görünür ki, iddiaçı “ümumi qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi” üçün müraciət etmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş iddiaçıya məxsus texniki peşə məktəbənin dülgərlik ixtisası üzrə 365 saylı attestatın surəti. - İddiaçıya məxsus əmək kitabçasının surəti. - “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubların surətləri. 10.N aprel NN4-cü il tarixli, 3-N7-N/N-R-686N6/NN4 saylı “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərardan görünür ki, əmək kitabçasında vətəndaşın atasının adı dəyişdirilmiş və düzəlişin doğruluğu təsdiq edilməmişdir, bu səbəbdən əmək kitabçasında olan dövrlər sosial sığorta stajına daxil edilmir. Sosial müavinət alır.

11. N may NN4-cü il tarixli, 3-N7-N/N-R-95N79/NN4 saylı “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərardan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. Əmək kitabçasının doldurulma qaydasının pozulmasının səbəbindən təqdim olunan əmək kitabçasında vətəndaşın adı dəyişdirilmiş və düzəlişin doğruluğu təsdiq edilməmişdir. Əlavə olaraq N5 aprel NN4-cü il tarixli müraciətində təqdim olunan əmək kitabçasının vətəndaşa məxsus əmək kitabçasına aid olub-olmadığı aşkarlamaq mümkün olmamışdır.

12. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən göndərilmiş 6 noyabr NN4cü il tarixli, 3N55 saylı məktubu.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

13. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə müavinətin təyin edilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavbadehin üzərinə qoyulması xahiş edilmişdir.

14. İddia tələbi işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, xx xxxx N959-cu il təvəllüdlü iddiaçı N0-ci ildən N05-ci ilədək Hərbi Hissədə çalışmışdır. O xeyli müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən NNN-ci ildə ona İİ qrup əlillik təyin olunmuş və NN manat məbləğində müavinət alır. Əmək funksiyasını tamamilə itirmişdir, heç yerdə işləmir, müavinətdən əlavə heç bir gəliri yoxdur. Xəstəliyi ağır dərəcəli olduğu üçün, aldığı müalicələrə maddi imkanı çatmır. Buna görə də yaşa görə təqaüdə çıxmaq istəyir.

15. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8, N7, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun N3, 69-cu maddələrinə, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) N.N.N, 34.N-ci maddələrinə istinad olunmuşdur.

16. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

18. İddiaçı tərəfindən daha sonra iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edilmiş, ona N9 mart NN4-cü il tarixdən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Ərizə məhkəmənin 7 aprel NN5-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

19. Cavabdeh orqan etiraz və daha sonra isə təqdim edilmiş etiraza əlavədə aşağıdakı dəlilləri əsas gətirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respubliakası Qanununun N.0.N-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı N5 il sığorta stajı olduqda (NN7-ci il iyulun N-dok yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. N iyul NN-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. İddiaçının xx xxxx N959-cu il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu N9 mart NN4-cü İİ tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə: N) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq); N) qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı N5 il sığorta stajına malik olmalıdır. Lakin iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya N5 illik sosial sığorta stajın malik deyil. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən sığorta stajı N sentyabr N975-ci il tarixdən N iyul N976-cı il tarixədək təhsil aldığı illər və N4 aprel N977-ci il tarixdən NN aprel N979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və NN aprel N3-cü il tarixdən N oktyabr N04-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri (arxiv arayışının surətinə əsasən) də nəzərə alınmaqla ümumi N4 il 3 ay N8 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 dekabr N996-cı il tarixli, N86 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş N aprel N975-ci il tarixdən N fevral N3-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının titul vərəqində ata adına duzəliş edilmiş və düzəliş olunması faktı təsdiq olunmayıb) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmin Qaydaların 3.N-ci bəndinə əsasən, işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası təsdiqedici sənədlərə əsasən aparılır. Hazırki iş üzrə məsələyə hüquqi qiymət verilməsi ümumi məhkəmənin yurisdiksiyasına aid olduğundan işə inzibati məhkəmədə baxıla bilməz. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində N yanvar N06-cı il tarixdən N iyul NN8-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi mümkün olmamışdır.

c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza və onun əlavəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in N.N.N-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 33.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

27. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun N8.N.N-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni, iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir.

28. Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozmuş olsun. Bundan əlavə, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu; iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər).

29. Hazırki iş üzrə müəyyən olunur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə N. Əsas anlayışlar N.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) N.0.N5. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)

32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 48. Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər

1. Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi təqdim edir. (-)

Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri N. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir. N. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.

4. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

5. İşəgötürən tərəfindən bu Məcəllənin N73-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. (-)

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N996-cı il N6 dekabr tarixli, N86 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarında (bundan sonra – “Qaydalar”) aşağıdakılar qeyd olunmuşdur:

N. Ümumi müddəalar N.N. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. N.N. Əmək kitabçası işə götürən tərəfindən 5 gündən artıq işləyən bütün işçilər üçün əsas iş yerində açılır. ... N. Əmək kitabçalarının hazırlanması və verilməsi N.N. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. N.N. Əmək kitabçalarının hazırlanması ilə əlaqədar vəsaitin ayrılmasını Respublika Maliyyə Nazirliyi həll edir.

3. Əmək kitabçasının doldurulması 3.N. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində XN yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.

4. İş haqqında məlumatların daxil edilməsi 4.N. İşçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. ...

9. Əmək kitabçalarının uçotu 9.N. Doldurulmuş və doldurulmamış əmək kitabçalarının, əlavə içliklərin uçotu aşağıdakı qaydada aparılır: Əmək kitabçaları və əlavə içliklər hərəkətinin uçotu kitabı işə qəbul və işdən çıxarılmasını rəsmiyyətə salan şəxs tərəfindən aparılır. Əmək kitabçaları, (əlavə içliklər) mədaxil-məxaric və onların hərəkətləri, uçotu kitablarında qeydə alınır. Mədaxil-məxaric kitabına əmək kitabçalarının və əlavə içliklərin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır (seriya və nömrələr göstərilir). Kitab işəgötürənlərin mühasibatı tərəfindən aparılır. Mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir. Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir. 9.N. Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir. Əmək kitabçalarının uçotunun aparılmasına məsuliyyət daşıyan şəxs hər ay əmək kitabçalarının, (əlavə içliklərin) vəziyyəti, əmək kitabçalarına (əlavə içliklərə) çəkilmiş xərclərin dəyərinə görə alınmış məbləğlər haqqında (kassaya mədaxil edilməklə) (-)

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (-) N.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

Maddə NN. Qanunçuluq prinsipi NN.N. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. NN.N. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

35. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

36. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun N.0.N, N.0.N, N.0.5 və N.N4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun N5 may NN-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ...”

Məhkəmənin mövqeyi:

37. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

38. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

39. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğundan, ona N9 mart NN4-cü il tarixdən etibarən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır.

40. Cavabdeh tərəfin mövqeyi isə iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən sığorta stajı N sentyabr N975-ci il tarixdən N iyul N976-cı il tarixədək təhsil aldığı illər və N4 aprel N977-ci il tarixdən NN aprel N979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və NN aprel N3-cü il tarixdən N oktyabr N04-cü il tarixədək olan əmək fəaliyyəti dövləri (arxiv arayışının surətinə əsasən) də nəzərə alınmaqla ümumi N4 il 3 ay N8 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N6 dekabr N996-cı il tarixli N86 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş N aprel N975-ci il tarixdən N fevral N3-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (əmək kitabçasının titul vərəqində ata adına duzəliş edilmiş və düzəliş olunması faktı təsdiq olunmayıb) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Hazırkı iş üzrə məsələyə hüquqi qiymət verilməsi ümumi məhkəmənin yurisdiksiyasına aid olduğundan, işə inzibati məhkəmədə baxıla bilməz. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində N yanvar N06-cı il tarixdən N iyul NN8-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.

41. Göründüyü kimi, cavabdeh orqan iddiaçının N4 il 3 ay N8 gün ümumi iş stajını mübahisələndirmir. N aprel N975-ci il tarixdən N fevral N3-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün, həmin dövrləri nəzərə almamış, əsas kimi isə həmin illərə inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında baxılmalı olmasını bildirmişdir.

42. Məhkəmə prosesində iştirak etmiş iddiaçı bununla bağlı iki dəfə qeydiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə müraciət etdiyini bildirmiş və həmin qərardadlar iş materialına əlavə edilmişdir.

43. Məhkəmə hesab edir ki, hazırkı halda cavabdeh orqanın əmək kitabçasında qeyd olunan illərin bir hissəsini arxiv arayışa əsasən nəzərə alıb, digər hissəsini nəzərə almaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. 44.Belə ki, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən göndərilmiş məktubun məzmunundan görünür ki, iddiaçı ərizəsinə əsasən 77059 (67N) nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli, 99 nömrəli əmrilə (əsas: §-N, səh-N30) nəqliyyat üzrə İ dərəcəli işçisi vəzifəsinə götürülmüşdür. Qeyd edilir ki, 67N (77059) nömrəli hərbi hissə komandirinin N4 dekabr N993 – 3N dekabr N999-cu il, N00-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən, iddiaçının işdən azad edilərək N nömrəli hərbi hissəyə göndərilməsi barədə araşdırma apara bilinməmişdir. N nömrəli hərbi hissənin AO qulluqçularının əlifba qeydiyyatı kitabında (əsas: kitab: N yanvar N967 – 30 dekabr N06, səh-N07, sıra-4) 67N nömrəli hərbi hissədən gəlmiş iddiaçının komandirinin N fevral N00-ci il tarixli, N nömrəli əmrilə N fevral N00-ci il tarixdən N-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilməsi və N oktyabr N04-cü il tarixli, N6 nömrəli əmrilə işdən azad edilməsi barədə məlumat vardır. Müdafiə nazirinin N7 dekabr N999-cu il tarixli müvafiq əmrinə əsasən, iddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N00-ci il tarixli N nömrəli əmrilə (əsas: §-3, səh-3, əmr olduğu kimi köçürülmüşdür) N fevral N00-ci il tarixdən N nömrəli hərbi hissənin nəzdində olan anbarların gözətçisi vəzifəsinə təyin edilmiş və N-ci dərəcəli fəhlənin tarif əmək haqqı ilə ödənilmişdir. N nömrəli hərbi hissənin AO fəhləsi olan iddiaçı ərizəsinə əsasən, N nömrəli hərbi hissə komandirinin N aprel N0N-ci il tarixli, N5 nömrəli əmrilə (əsas: §- N, əh-N5) N aprel N0N-ci il tarixdən iş həcminin azalması ilə əlaqəar N-ci dərəcəli fəhlə vəzifəsindən ekspeditor vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə uyğun olaraq hesablanmışdır. N nömrəli hərbi hissə komandirinin N oktyabr N04-cü il tarixli, N6 nömrəli əmrində (əsas: §-3, səh-N6) hərbi hissənin AO qulluqçusu olan iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin N-ci hissəsinin “A” bəndinə uyğun olaraq (öz təşəbbüsü ilə) N oktyabr N04-cü il tarixdən işdən azad edilməsi barədə məlumat vardır. 45.Əmək kitabçalarının vahid fоrmada оlması və оnun tərtibinin еyni qaydada aparılması üçün Azərbaycan Rеspublikası Nazirlər Kabinеti N996-cı il N6 dеkabr tariхli, N86 nömrəli qərarı ilə “İşçilərin əmək kitabçasının fоrması və оnun tətbiqi qaydaları”nı təsdiq еtmişdir. Qaydalara görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq еdən əsas sənəddir. Cavabdeh orqan eyni əmək kitabçasında qeyd olunmuş illərin bir hissəsini arxiv arayışı ilə də olsa, nəzərə almaq mübahisələndirməmişdir. Qalan illərlə bağlı arxiv arayışının olmaması isə iddiaçının hüququndan məhrum edilməsi üçün əsas ola bilməz. 46.Məhkəmə nəzərə alır ki, əmək kitabçasında əmrlərin tarixi, nömrəsi ilə bağlı heç bir pozuntu halı yoxdur, həmin dövrlər möhürlərlə də təsdiqini tapmışdır. 47.Bundan əlavə, Müdafiə Nazirliyi hazırkı işdən xəbərdardır, müvafiq sorğu ilə orqana müraciət olunmuşdur, məhkəməyə təqdim olunmuş məktubda şəxsin işləməməsi kimi bir hala istinad olunmamış, yalnız əmək kitabçasında qanuni əsaslarla qeydiyyatı aparılmış illərin bir hissəsinə münasibətdə müvafiq illər üzrə nizami hissə üzrə əmrlərin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə verilməməsi bildirilmişdir. 48.İPM-in 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 49.Aparılmış qiymətləndirmənin nəticəsi kimi məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh orqanın etirazında qeyd etdiyi dəlillər əsassız olduğundan, iddia tələbi təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

50. Şərh edilənlərə və İPM-in 5N, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu N9 mart NN4-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar