Məhkəmə qərarları › İş №2-1(118)-1475/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1475/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1475/2023 12.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin üzərinə ona xx.xx.1999-cu il tarixindən “xəstəlik, xidmətkeçmə dövründə almışdır” rəyinə əsasən təyin edilmiş əmək pensiyasının dəyişdirilərək xidməti vəzifəsinin icrası ilə bağlı ezam olunduğu döyüş bölgəsində xəstələnməyi ilə bağlı pensiya təyin olunması vəzifəsinin qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1985-1999-cu illərdə Azərbaycan Respublikası DİN-nin, Xaçmaz RPŞ-nin, X2 baş növbətçi inspektoru vəzifəsində xidmətdə olmuş, polis kapitanıdır. Hal-hazırda təqaüdçüdür. Xidmət zamanı o, Polis iş yoldaşlarım ilə birlikdə Azərbaycan Respublikası DİN-nin müvafiq əmrləri ilə 1988-1993-cü illərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Sonuncu dəfə Azərbaycan Respublikası DİN-nin 21 fevral 1993-cü il tarixli, 403 №-li əmri (teleqramı) ilə Ağdərə rayonuna ezam olunmuşdur. Ağdərə rayonu ərazisində erməni qəsbkarlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin vaxt qış dövrü idi, ayaqları şaxtadan donmuş və o, ikitərəfli sətəlcəm olaraq ağır xəstələnmişdir, bir neçə gün hərarəti 40-41 dərəcə olmuşdur. Xidmətdən qayıtdıqdan sonra DİN-nin Hospitalına müraciət etmişdir, həmin vaxtı Hospitalda yaralılar çox olduğu üçün yer olmadığına görə onu Xaçmaz MRX-na göndərmişdirlər, aylarla xəstəxanalarda və ev şəraitində müalicələr almışdir. Xaçmaz MRX-da, hətta Bakı şəhərində müalicələr almışdır. 04 oktyabr 1993-cü il tarixli, Xaçmaz rayon Polis Şöbəsinin rəisinin göndərişi ilə AR-sı DİN-nin 1 Saylı Poliklinikasının Baş Həkiminə məktubu ilə əlaqədar həkim Həsənovanın qəbulunda olmuş, analizlər vermiş, ona xəstəlik vərəqəsi yazılıb, “kəskinləşmiş xroniki bronxit”, hipertoniya və s. xəstəliklərə diaqnoz qoyulmuş və Hospitala göndərilmişdir və nəhayət 23 sentyabr 1999-cu il tarixdə DİN-nin HHK-nm 395 saylı akta əsasən 1 -ci dərəcə hipertonik, xroniki bronxit, xroniki faringit diaqnozları qoyulmuş və xəstəliyinin xidmət illərində aldığı göstərilmişdir. Halbuki, o, xəstəliyi 1993-cü ilin fevral ayının 21-dən, mart ayının 1-nə kimi Ağdərə bölgəsində-xidməti vəzifəni icra edərkən xəstələnmişdir. Yaxın günlərdə o, DİN-nin Tibb İdarəsinə müraciət edərək xəstəlik tarixi və epikrizlə maraqlanmaq istəmiş, ona demişdirlər ki, guya o, Hospitala və poliklinikaya ilk dəfə 1999-cu ildə və 2003-cü ildə müraciət etmiş və orada müalicədə olmuş və müalicənin davam etdirilməsi üçün Respublika xəstəxanasına göndərilmişdir. Halbuki, 1993-cü ilin fevral ayında, ezam olunduğu Ağdərə bölgəsindən xəstələnmiş, yüksək hərarətlə gələndə Hospitala müraciət etmiş və Hospitalda yaralılar çox olmuş, yer olmadığından Xaçmaz Mərkəzi Rayon xəstəxanasına göndərilmiş və müalicələr almışdır. Həmin ildə hətta Hospitaldan ona xəstəlik vərəqəsi də verilmişdir. Hospitala, ezamiyyədən qayıtdıqdan sonra daim xəstəxanalarda olduğuna görə, Xaçmaz RPŞ-nin rəisinin göndərişi ilə getmişdir və hospitalda müalicələrdə olmuşdur. Hal-hazırda ona deyirlər ki, “sən güllə yarası almamısan və ya kontuziya olmamısan, ona görə də imtina verilir.” Halbuki, güllə yarası tez sağalır, cəbhə bölgəsində, “Kasapet” dağında, səngərdə, ayaqlarının donması nəticəsində, iki tərəfli sətəlcəm xəstəliyi ilə ömürlük xəstələnmişdir. Əgər, xəstələnməsəydi xidmətini davam etdirib, hamı kimi o da iş stajı tam olandan sonra təqaüdə çıxaraq normal pensiyanı alardı. Hal-hazırda o sıravi polis nəfərindən də az təqaüd alır, o da dərmanlarına çatmır. 2022-ci ilin may ayında, Azərbaycan Respublikası Daxili X3 V.Eyvazovun, Quba rayon Polis Şöbəsində vətəndaşların qəbulunun keçirildiyi zaman qəbulunda olmuşdur, problemlə bağlı ona köməklik ediləcəyini də qeyd etmişdir. Ancaq ona köməklik olunmur, əksinə DİN-nin Tibb İdarəsində onun Hospitalda yatmağı, Poliklinikanın həkimlərinə müraciətləri ilə bağlı sənədləri də məhv etmək istəyirlər. O, Azərbaycan Respublikası Daxili X3 V.Eyvazovun adına ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq xx.xx.2022-ci il tarixdə, AR- sı DİN-nin Maliyə-Plan İdarəsinin rəisi tərəfində imtina cavabı verilmişdir. Yenə də AR-sı Nazirlər Kabinetinin 29.02. 2008-ci il tarixli, 59 nömrəli Qərarının 7-ci maddəsinin “ç” bəndinə əsasən “ezam olunduğu döyüş bölgəsində xəsarət, travma, kontuziya almadığına görə, ümumi xəstəliyin səbəb əlaqəsinin dəyişdirilərək xidməti vəzifəsinin icrası ilə əlaqələndirilməsinin mümkün hesab edilmir” . O, 1999-cu ildə xəstəliyi ilə bağlı təqaüdə göndərilmişdir. Xəstəliyini də cəbhə bölgəsində qazanmış, cəbhədən qayıdan gün xəstəxanaya daxil olmuş, bütün bunları sübut edən sənədləri, şahidləri var. Azərbaycan Respublikası DİN-nin hərbi qulluqçularına, rəis və sıravi həyətinə pensiya təyinatı haqqında 15 sentyabr 1993-cü il tarixli, 575 saylı əmri ilə tənzimlənir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmişdir. İddiaçı bildirmişdir ki, onun 25 illik xidməti xəstəliyinə görə tamam olmadığına görə pensiyasını tam ala bilmir. Xəstəliklə bağlı səbəb əlaqəni düzgün müəyyən etmədiklərinə görə pensiyası aşağı faizlə hesablanır. Əgər sağlamdırsa imkan versinlər xidmətini tamamlasın və ya xəstəliyini müəyyən edib, pensiyasını artırsınlar. Xəstəliyi ilə bağlı komisiyada olmuşdur, lakin ona yazılı sənəd verməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, xx.xx.1999-cu il tarixindən “xəstəlik, xidmətkeçmə dövründə almışdır” rəyinə əsasən təyin edilmiş əmək pensiyasının dəyişdirilərək, xidməti vəzifəsinin icrası ilə bağlı ezam olunduğu döyüş bölgəsində xəstələnməyi ilə bağlı pensiya təyin olunmasını istəyir. İddiaçının tələbindən göründüyü kimi o, xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsini və pensiya təyinatının aparılmasını istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin pensiya təyin etmək səlahiyyəti yoxdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 saylı Fərmanında qeyd edilir: “4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinə tapşırılsın ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməsi ilə əlaqədar, həmin şəxslərin pensiya təminatına dair müvafiq sənədlərin Dövlət Sosial Müdafiə Fonduna təhvil verilməsini bir ay müddətində təmin etsinlər. ... Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.” Göründüyü kimi hazırda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin pensiya təyin edilməsi ilə bağlı səlahiyyəti mövcud deyildir. İddiaçıya izah edilsin ki o, xəstəliyin səbəb əlaqəsinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasına müraciət edə bilər. İstədiyi nəticəni əldə etdikdən sonra isə pensiyasının yenidən hesablanmsı ilə bağlı zəruri sənədlərin yenidən pensiya təyinatını həyata keçirən səlahiyyətli orqana göndərilməsini tələb edə bilər. Hansı inzibati orqanın hərəkətlərindən narazı qalarsa ona qarşı iddia ilə məhkəməyə müracət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar