Məhkəmə qərarları › İş №2-1(118)-148/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-148/2023

10.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-148/2023 10.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən iki otaqlı mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsi bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanda yerləşən iki otaqlı mənzilə dair iddiaçı ilə sosial kirayə müqaviləsi bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə vəzifə kimi qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-148/2023 saylı qərardadı ilə “Məhəmmədli” Mənzil Tikinti Koorpetarivi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cavabdeh başçısının 13 yanvar 2013-cü il tarixli 204 nömrəli sərəncamına əsasən iddiaçıya ünvan 2 ünvanda yerləşən iki otaqlı mənzilə köçmək üçün 13 yanvar 2013-cü il tarixli 2535 saylı sərəncam verilmişdir. Lakin qeyd olunan ünvanda qeydiyyatdan keçmək üçün Asan Xidmət Mərkəzinə müraciət etdikdə ona izah etmişdirlər ki, Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixli Mənzil Məəcəlləsi qüvvəyə mindikdən sonra qeydiyyat üçün əsas Azərbaycan Respublikası Cavabdeh tərəfindən onunla bağlanmış sosial əmək müqaviləsidir. Bununla əlaqədar o, cavabdeh şəxsə yuxarıdakı ifadə ilə müraciət etmişdir və həmin ərizədə onunla ümumi sahəsi 56,8 kv.m olan 2 otaqlı mənzilin sosial kirayə müqaviləsi bağlanması üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin onun müraciəti təmin olunmamış qalmışdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, sözügedən binalar özəl şitkər "xxxx" MTK tərəfindən inşa olunmuş və həmin binalarda yerləşən mənzillər də vətəndaşlara MTK tərəfindən satılmışdır. Həmin binalar Cavabdeh balansında deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.2 Kollektiv maraqların müdafiə olunması məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində həmin maraqların pozulduğunu əsaslandırdıqları hallarda qeyri-hökumət təşkilatları (ictimai birliklər və ya fondlar) tərəfindən bu Məcəllənin 35.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq iddianın qaldırılmasına yol verilir. 35.3İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Odur ki, məhkəmədən iddia tələbinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - 22 yanvar 2007-ci il tarixli “Evlərin alqı-satqısına dair müqavilə”dən görünür ki, Məhəmmədəli kəndi, Əziz Əliyev küçəsi, ev 18 ünvanında yerləşən, 13 saylı mənzili X1 Elşən Həsənxan oğluna satmışdır. - Cavabdeh başçısının 2535 nömrəli, 19 mart 2013-cü il tarixli orderindən görünür ki, Məhəmmədli kəndi, Əziz Əliyev küçəsi, ev 18, mənzil 13 ünvanına dair İddiaçı adına order tərtib edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Cavabdeh başçısının 204 saylı, 19 mart 2013-cü il tarixli sərəncamından görünür ki, "xxxx" MTK rəhbərliyinin və vətəndaşların Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətində Məmmədli kəndi, Əziz Əliyev küçəsində yerləşən yaşayış kompleksində istismara qəbul olunmuş 18, 19, 21, 22, 24, 25, 27, 31, 32, 33, 102, 103, 104 və 105 saylı kooperativ yaşayış binalarının mənzillərinə order verilməsini xahiş etmiş, qeyd edilən mənzillərə order verilməsi məqsədə müvafiq hesab edilmiş, İddiaçı 18 saylı evin 13-cü mənzilinə dair oder verilməsi qərara alınmışdır. - Cavabdeh 30 iyun 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, mübahisəli ünvanda yerləşən yaşayış binaları Cavabdeh balansında deyildir və həmin binalar vaxtilə "xxxx" MTK tərəfindən inşa olunmuşdur. - "xxxx" MTK tərəfindən Cavabdeh başçısına ünvanlanmış 13 saylı, 25 fevral 2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK-nın inşa etdiyi 18, 19, 21, 22, 24, 25, 27, 31, 32, 33, 102, 103, 104 və 105 saylı binalarda vətəndaşlara verilmiş mənzilə order verilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. - Abşeron rayon Dövlət Arxivinin 29 iyul 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 13 saylı, iki otaqlı mənzilə dair X2 verilmiş orderin surətinin, iddiaçıdan əvvəl mənzilə sahiblik etmiş X3 ünvan 5 ünvanında yerləşən 13 saylı mənzilin hansı əsaslarla (order, sərəncam və s.) ayrılması barədə ətraflı məlumatın verilməsi onların imkanı xaricindədir. - Cavabdeh iddiaçıya ünvalnadığı 5/23 saylı, 05 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

4. İddianın növü və mümkünlüyü: Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir və təmin edilməməlidir. Belə ki, iddiaçı Cavabdehnə müraciət edərək ünvan 1 ünvanda yerləşən iki otaqlı mənzilə dair sosial kirayə müqaviləsinin bağlamasını xahiş etmişdir. Cavabdehin 5/23 saylı, 05 yanvar 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsidən imtina edilmişdir. Cavabdehin imtinasının əsası kimi İddiaçı adına orderin olmamasını göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, cavabdehin iddiaçı ilə ünvan 1 ünvanda yerləşən mənzilə dair sosial kirayə müqaviləsinin bağlamasından imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə icraatı zamanı iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin onun qanuni istifadəsinə verilməsinə dair hər hansı sənəd təqdim edilməmişdir. Cavabdeh 30 iyun 2022-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda da qeyd edilmişdir ki, mübahisəli ünvanda yerləşən yaşayış binaları Cavabdeh balansında deyildir və həmin binalar vaxtilə "xxxx" MTK tərəfindən inşa olunmuşdur. Belə olan halda isə müəyyən olunur ki, Cavabdeh səlahiyyətlərini pozaraq, öz balansında və mülkiyyətində olmayan "xxxx" MTK tərəfindən inşa edilmiş, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı adına order verilməsinə dair sərəncam qəbul etmişdir. Halbuki, "xxxx" MTK-nın mülkiyyətində olan həmin mənzil yalnız "xxxx" MTK tərəfindən “alqı-satqı” müqaviləsinə əsasən iddiaçıya satıla bilərdi. İşin obyektiv və hərtərəfli araşdırılmasının həyata keçirilməsi məqsədilə məhkəmə tərəfindən Cavabdehnə və Abşeron rayon X7 rayonu, Məmmədli kəndi, Yeni qəsəbə, Əziz Əliyev küçəsi, ev 18, ünvanında yerləşən 13 saylı, iki otaqlı mənzilə dair X2 verilmiş orderin surətinin, iddiaçıdan əvvəl mənzilə sahiblik etmiş X3 ünvan 5 ünvanında yerləşən 13 saylı mənzilin hansı əsaslarla (order, sərəncam və s.) ayrılması barədə ətraflı məlumatın verilməsi və müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilsə də, Cavabdeh məhkəməyə ünvanladığı məktubunda aidiyyəti üzrə Abşeron rayon Dövlət Arxivinə müraciət edilməsini bildirmiş, Abşeron rayon Dövlət Arxivi isə məhkəməyə ünvanladığı cavab məktubunda qeyd edilən məlumatların verilməsinin onların imkanı xaricində olduğunu qeyd etmişdir. Həmçinin məhkəmə sorğuları ilə qeyd edilən mənzilin "xxxx" MTK tərəfindən iddiaçıya satılmasına dair alqı-satqı müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə iddiaçı mübahisələndirilən mənzilə dair cavabdeh orqan ilə sosial kirayə müqaviləsi bağlamaq üçün əsas kimi göstərdiyi halları sübut edə bilməmiş, onunla həmin mənzilə dair bağlanmış alqı-satqı müqaviləsi də aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı ilə sosial kirayə müqaviləsi bağlamaq üçün hər hansı bir əsas mövcd olmadığından onun iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İddiaçının adına kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlər olmadığından, iddiaçının iddiası təmin edilməməlidir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Memarlıq, tarixi və mədəni abidə sayılan binalardakı mənzillər özəlləşdirildikdən sonra həmin binaların arxitektura görkəmini pozmaq, binanın mədəni, tarixi dəyərinə xələl gətirmək qadağan edilir. Həmin binalar satılarkən onları almaqda dövlət üstün hüquqa malikdir. Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir:mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0-cı maddəsinə əsasən 8.0. mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; 8.0.2. mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; 8.0.3. mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; 8.0.4. qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; 8.0.5. mənzil-tikinti kooperativində üzvlük; 8.0.6. mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondununyaşayış sahələri verilir. Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Məcəllənin 58.1.-ci maddəsinə əsasən bir neçə kirayəçinin və mülkiyyətçinin yaşadığı kommunal mənzildə boşalmış yaşayış sahəsi onların ərizəsi əsasında sosial kirayə müqaviləsinə əsasən həmin mənzildə yaşayan kirayəçilərə və mülkiyyətçilərə verilir bu şərtlə ki, onlar yaşayış sahəsinin boşaldığı günə müəyyən edilmiş qaydada aztəminatlı və yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və ya hesab edilə bilərlər. Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin – vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə cavabdehin üzərinə iddiaçı ilə sosial kirayə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzilə cavabdehin üzərinə iddiaçı ilə sosial kirayə müqaviləsi bağlamaq öhdəliyinin qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar