Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1482/2025 01.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (“müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı və nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə “cavabdehin N3 aprel N0N4-cü il tarixli N8N/4666 saylı imtinasının qeyri-qanuni hesab edilməsi və ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “cavabdehin N3 aprel N0N4-cü il tarixli N8N/4666 saylı imtinasının qeyri-qanuni hesab edilməsi və ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N0N0-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən yenidən hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyinin tabeliyində olan N81, N və N saylı hərbi hissələrdə baş gizir kimi xidmət etmişdir. Tərtər, Qubadlı, Xocavənd və Laçın rayonları uğrunda gedən döyüşlərdə iştirak etdiyini, lakin hər hansı bir orden və ya medalla təltif edilmədiyini bildirmişdir. Daha sonra iddiaçı tərəfindən cavabdeh orqana müraciət ediləsə də, xx.xx.N0N4-cü il tarixdə N/N-4666 saylı cavab məktubu ilə ərizənin icrasından imtina edilmişdir.
N. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası N3 aprel N0N5-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, vəkili iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmiş və iddiaçı onunla birlikdə hərbi xidmətdə olub müvafiq hərbi hissələrdə xidmət keçən şəxslərdən heç kəsin “müharibə veteranı” adı və vəsiqəsini əldə etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.N0N4-cü il tarixli 77 nömrəli məktubda iddiaçının N nömrəli hərbi hissənin tərkibində heç bir döyüş əməliyyatlarında iştirak etmədiyini, habelə N nömrəli hərbi hissə komandirinin N7 noyabr N0N0-ci il tarixli 174 nömrəli əmrindən çıxarışda İddiaçı yuxarıda qeyd olunan tarixdən, yəni döyüş əməliyyatları bitdikdən sonra (xx.xx.N0N0-ci il tarixdən sonra) xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyini bildirmişdir. Əlavə olaraq,N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.N0N4cü il tarixli, 77 nömrəli məktuba və Azərbaycan Respublikasının Müdafiə nazirinin N mart N0N1-ci il tarixli əmrinə əsasən N81 və N nömrəli hərbi hissələr döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sının iddiaçıya ünvanladığı xx.xx.N0N4-cü il tarixli N/N-N nömrəli məktubunda N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli 77 nömrəli məktubuna və Azərbaycan Respublikasının Müdafiə nazirinin N mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N81 və N nömrəli hərbi hissələr (N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək və 03, 08, 09, 14 noyabr N0N0-ci il tarixlərdə) döyüş əməliyyatlarında iştirak hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
3. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel N015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın N.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialar qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan isə iddiaçının ərizəsinin icrasından sonuncu dəfə xx.xx.N0N4-cü ildə imtina etmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının yaşayış yeri Xaçmaz rayonu, Molla Burhan kəndi olduğundan məhkəmə hesab edir ki, aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Məhkəmə iş materiallarını, işdə olan sənədləri tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir.
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu 3-cü maddə: Aşağıdakı şəxslər müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
Maddə 7. Veteran adlarının və vəsiqələrin verilməsi. Müharibə veteranı, Silahlı qüvvələrin veteranı, əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamə
Müharibə veteranları adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N0N0-ci il N7 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; [7] N0N0-ci il sentyabrın N7-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.N006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.N007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən, hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
1N.N-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 1N.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
6. Məhkəmənin mövqeyi
Hazırkı iş materialları ilə müəyyən edildi ki, iddiaçı 7 oktyabr N0N0-ci il tarixdən N noyabr N0N0-ci il tarixədək N81 nömrəli hərbi hissədə, N noyabr N0N0-ci il tarixdən N6 noyabr N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə, N7 noyabr N0N0-ci il tarixdən 31 dekabr N0N0-ci il tarixədək isə N nömrəli hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”sının iddiaçıya ünvanladığı xx.xx.N0N4-cü il tarixli N/N-N nömrəli N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli 77 nömrəli məktubuna və Azərbaycan Respublikasının Müdafiə nazirinin N mart N0N1-ci il tarixli müvafiq əmrinə əsasən N81 və N nömrəli hərbi hissələr (N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0ci il tarixədək və 03,08,09,14 noyabr N0N0-ci il tarixlərdə) döyüş əməliyyatlarında iştirak hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı hesab edərək qeyd edir ki, yuxarıda adıçəkilən Nazirlər Kabinetin qərarından və digər qanunvericilik normalarının təhlilindən də göründüyü kimi imperativ göstəriş kimi şəxsin N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək döyüşlərdə bilavasitə iştirak etməsi, döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirməsi və ya döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirməsi əsas şərtdir. Döyüş əməliyyatları aparılan ərazilərdə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmə dedikdə, şəxsin N7 sentyabr N0N0-ci il tarixdən 10 noyabr N0N0-ci il tarixədək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonunun Talış, Suqovuşan, Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının N7 sentyabr N0N0-ci il tarixədək işğal altında olmuş ərazilərində döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat üzrə tapşırıqları icra etməsi nəzərdə tutulur. Beləliklə, qeyd olunur ki, iddiaçı ilk öncə 7 oktyabr N0N0-ci il tarixdən N noyabr N0N0-ci il tarixədək N81 nömrəli hərbi hissədə xidmət etmişdir ki, Müdafiə nazirinin N mart N0N1-ci il tarixli əmrindən çıxarışda qeyd olunduğu üzrə həmin hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında müəyyən edilməmişdir. Daha sonra İddiaçı N noyabr N0N0-ci il tarixdən N6 noyabr N0N0-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir, lakin N nömrəli hərbi hissə də Müdafiə nazirinin N mart N0N1-ci il tarixli əmrindən çıxarışda qeyd olunduğu üzrə döyüş əməliyyatlarıda iştirak edən hərbi hissələrin siyahısında müəyyən edilməmişdir. Son olaraq İddiaçı N7 noyabr N0N0-ci il tarixdən 31 dekabr N0N0-ci il tarixədək isə N nömrəli hərbi hissədə xidmət etmişdir. Eyni zamanda N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.N0N4-cü il tarixli 77 nömrəli məktubda iddiaçının N nömrəli hərbi hissənin tərkibində heç bir döyüş əməliyyatlarında iştirak iddiaçının etmədiyi bildirilmişdir. Yəni, hazırkı halda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmır. Nəzərə almaq lazımdır ki, inzibati qanunvericiliyin tələbinə görə iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki halda iddiaçı bu halı sübuta yetirən zəruri sənədləri təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı məhkəmə iclasında da sədrlik edənin sualına cavab olaraq onunla birlikdə xidmət keçmiş şəxslərdən heç kəsin “müharibə veteranı” adı və vəsiqəsini əldə etmədiklərini bildirmişdir. Bütün bu qeyd olunanlar ona əsas verir ki, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqları pozulmamışdır. Beləliklə, yuxarıda adı çəkilən maddi və prosessual hüquq normalarının təhlilini rəhbər tutaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin N3 aprel N0N4-cü il tarixli N8N/4666 saylı imtinasının qeyri-qanuni hesab edilməsi və ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi) gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev