Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1487/2021 02.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədirliyi, Muradova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Quba şəhərindəki cavabdehin ərazisində iddiaçının şəxsi vəsaiti hesabına tikilmiş və 23 may 2018-ci ilə qədər iddiaçının istifadəsində olan və cavabdeh tərəfindən 23.05.2018-ci il tarixdə sökülmüş mağazanın tikilməsi öhdəliyi və mağazanın söküldüyü həmin tarixdən mağaza tam tikilərək onun istifadəsinə verildiyi ana qədər sahibkarlıq fəaliyyətindən məhrum olması nəticəsində ona dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Quba şəhərindəki cavabdehin ərazisində iddiaçının şəxsi vəsaiti hesabına tikilmiş və 23 may 2018-ci ilə qədər iddiaçının istifadəsində olan və cavabdeh tərəfindən 23.05.2018-ci il tarixdə sökülmüş mağazanın tikilməsi öhdəliyi və mağazanın söküldüyü həmin tarixdən mağaza tam tikilərək onun istifadəsinə verildiyi ana qədər sahibkarlıq fəaliyyətindən məhrum olması nəticəsində ona dəymiş zərərin ödənilməsi”ni məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə, iddianın Cavabdehnə qarşı yönəldilməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh qismində mütləq qaydada inzibati orqan çıxış edir. Hazırki tələbə münasibətdə məhkəmə hesab edir ki, Cavabdehdir ki, həmin müəssisə inzibati orqan deyildir. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında həmin müəssisə inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Bundan başqa İnzibati Prosessual Məcəllənin 27-ci maddəsi qısa olaraq inzibati prosesdə iştirakçıların dairəsinə dair qaydanı nəzərdə tutur. Normaya görə 2 qrup iştirakçılar fərqləndirilir. Birinci qrup prosesin “əsl iştirakçılar”ından, yəni iddiaçı və cavabdehdən, ikinci qrup isə prosesə “xüsusi qərar əsasında cəlb olunmuş iştirakçılar”dan təşkil olunur. Cəlb olunmanın xüsusi prosessual əhəmiyyətə malik olmasını nəzərə alaraq qanunverici bu institutu İPM-in 28-ci maddəsində aynca tənzimləmişdir. Prosesdə iştirakı zəruri olan iştirakçılar kimi iddiaçı və cavabdeh tanınır. İnzibati məhkəmə icraatında həm iddiaçı, həm də cavabdeh tərəfində şəxs və ya şəxslər birliyi çıxış edə bilər. Prosesdə iddiaçı və cavabdeh birlikdə tərəflər adlandırılırlar. Məhkəmə prosesində tərəflər qismində bir qayda olaraq öz adından dövlətdən mübahisəsinin həlli üçün hüquqi yardım istəyən və tələb edən şəxslər çıxış edirlər. Yəni məhkəmə prosesində tərəf kimi təmsil edən yox, təmsil edilən qəbul edilir. Prosesdə tərəf olan şəxs nə şahid, nə üçüncü şəxs, nə də başqa proses iştirakçısı qismində çıxış edə bilməz. Tərəflər ilə bağlı mülki prosessual qanunvericiliyin ümumi qaydaları tətbiq edilir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, hazırkı iddia ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1487/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1487/2021
02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver