Məhkəmə qərarları › İş №2-1(118)-1487/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1487/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1487/2022 10.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “27.07.1994-cü il təvəllüdlü X18, 28.12.1979-cu il təvəllüdlü X4, 20.08.1947-ci il təvəllüdlü X5, 01.02.1984-cü il təvəllüdlü X15, 14.04.1977 il təvəllüdlü Hüseynov Zaur İsmayıl oğlu, 2007-ci il təvəllüdlü X8, 2008-ci il təvəllüdlü X9 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 ünvanından qeydiyyatdan çıxarmaq öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddi qaldıraraq “27.07.1994-cü il təvəllüdlü X18, 28.12.1979-cu il təvəllüdlü X4, 20.08.1947-ci il təvəllüdlü X5, 01.02.1984-cü il təvəllüdlü X15, 14.04.1977 il təvəllüdlü Hüseynov Zaur İsmayıl oğlu, 2007-ci il təvəllüdlü X8, 2008-ci il təvəllüdlü X9 Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 ünvanından qeydiyyatdan çıxarmaq öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X6 14.04.2022-ci il tarixli 2-1(118)-1487/2022 saylı Qərardadı ilə X18, X4, X7, X15 və Hüseynov Zaur İsmayıl oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 30.04.2021-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən iddiaçının tam mülkiyyətindədir. Qeyd olunan mənzili o Sumqayıt şəhəri 4 saylı notariat kontorunda 30.03.2021-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 almışdır. Həmin mənzildə hazırda: 27.07.1994-cü il təvəllüdlü X18, 28.12.1979-cu il təvəllüdlü X4, 20.08.1947-ci il təvəllüdlü X5, 01.02.1984-cü il təvəllüdlü X15, 14.04.1977-ci il təvəllüdlü Hüseynov Zaur İsmayıl oğlu, 2007-ci il təvəllüdlü X8, 2008-ci il təvəllüdlü X16 qeydiyyatdadırlar. Qeyd olunan mənzilin keçmiş sahibi X5 mənzili ona satdıqdan sonra mənzildən çıxıb gedərkən özünün və digər şəxslərin mənzildən qeydiyyatdan çıxacaqlarını bildirsə də, ancaq qeyd olunan şəxslər əsassız olaraq onun xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan bu günə kimi çıxmamışdırlar ki, bu da hazırda onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 07.02.2022-ci il tarixli, ******* saylı Arayışından görünür kİ, İ27.07.1994 il təvəllüdlü X18, 28.12.1979 il təvəllüdlü X4, 20.08.1947 il təvəllüdlü X5, 01.02.1984 il təvəllüdlü X15, 14.04.1977 il təvəllüdlü Hüseynov Zaur İsmayıl oğlu hazırda Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 ünvanında qeydiyyatda qalmışlar. ünvan 3.2022-ci il tarixli 156 nömrəli arayışında göstərilir ki, 27.07.1994-cü il təvəllüdlü X18, 28.12.1979-cu il təvəllüdlü X4, 20.08.1947-ci il təvəllüdlü X5, 01.02.1984 il təvəllüdlü X15, 14.04.1977 il təvəllüdlü Hüseynov Zaur İsmayıl oğlu, 2007-ci il təvəllüdlü X8, 2008ci il təvəllüdlü X16 onunla qeydiyyatda olsalar da, faktiki olaraq həmin mənzildə yaşamırlar. O, Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, qeyd edilən şəxsləri Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin həmin şəxsləri polis orqanının məsul şəxsləri onun xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarmamışlar. 27.07.1994 il təvəllüdlü X18, 28.12.1979 il təvəllüdlü "X4, 20.08.1947 il təvəllüdlü X5, 01.02.1984 il təvəllüdlü X15, 14.04.1977 il təvəllüdlü Hüseynov Zaur İsmayıl oğlu, 2007-ci il təvəllüdlü X8, 2008-ci il təvəllüdlü X16 onun mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar və onların yaşayış sahəsinə əmlak hüquqlarının mövcud olması barədə hər-hansı bir sübut mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçının Sumqayıt şəhər Polis İdarəsinə ünvanladığı 08.02.2022-ci il tarixli ərizədən və həmin ərizənin 09.02.2022-ci il tarixdə təqdim edildiyini təsdiq edən poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, X13, X1, X3, Hüseynov Rauf İsmayıl oğlunun və Hüseynov Zaur İsmayıl oğlunun, X12, X9 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət olunmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 07.02.2022-ci il tarixli arayışdan görünür ki, X18, X4, X5, X15, Hüseynov Zaur İsmayıl oğlu Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 ünvanında qeydiyyatdadırlar. - “Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” ********** saylı, 30.04.2021-ci il tarixli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia X18, X4, X7, Hüseynov Rauf İsmayıl oğlu və Hüseynov Zaur İsmayıl oğlunun iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxaılması hissəsində təmin edilməli, qalan hissədə təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər X18, X4, X7, X15 və Hüseynov Zaur İsmayıl oğlu qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan tərəfindən onun müraciətinə cavab verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamır. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə iddiaçının 2007-ci il təvəllüdlü X8 və 2008-ci il təvəllüdlü X9 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair tələbinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 07.02.2022-ci il tarixli arayışla həmin şəxslərin ona məxsus mənzildə qeydiyyatda olmaları müəyyən olunmur. Belə olan halda cavabdehin hər hansı bir hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqları pozulmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin, 27.07.1994cü il təvəllüdlü X13, 28.12.1979-cu il təvəllüdlü X1, 20.08.1947-ci il təvəllüdlü X3, 01.02.1984-cü il təvəllüdlü X10, 14.04.1977-ci il təvəllüdlü Hüseynov Zaur İsmayıl oğlunun Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarıı öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. 27.07.1994-cü il təvəllüdlü X13, 28.12.1979-cu il təvəllüdlü X1, 20.08.1947-ci il təvəllüdlü X3, 01.02.1984-cü il təvəllüdlü X10, 14.04.1977-ci il təvəllüdlü Hüseynov Zaur İsmayıl oğlunun Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108, mənzil 9 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar