Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1488/2020 19.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, İbrahimov Vüsal Eldar oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Audotorlar Palatasının üzvü, sərbəst auditor İddiaçı cavabdeh Abşeron rayonu Güzdək bələdiyyəsinə qarşı 1710 (bir min yeddi yüz on) manat məbləğində zərərin və məhkəmə baxışı üçün ödənilmiş olan 30 manat rüsumun məcburi qaydada Sərbəst auditor İddiaçı Kapitalbank ASC Gənclik Mail filialında olan (kod 201025. VÖHN: **********. Müxbir hesab: A/.37NAB/********************.S.W.İ.F.T. BİK AİİBAZ2X) AZ73AİİB**********000373142 saylı cari hesabına (VÖEN **********) ödənilməsi” tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Audotorlar Palatasının üzvü, sərbəst auditor İddiaçı cavabdeh Abşeron rayonu Güzdək bələdiyyəsinə qarşı 1710 (bir min yeddi yüz on) manat məbləğində zərərin və məhkəmə baxışı üçün ödənilmiş olan 30 manat rüsumun məcburi qaydada Sərbəst auditor İddiaçı Kapitalbank ASC Gənclik Mail filialında olan (kod 201025. VÖHN: **********. Müxbir hesab: A/.37NAB/********************. S.W.İ.F.T. BİK AİİBAZ2X) AZ73AİİB**********000373142 saylı cari hesabına (VÖEN **********) ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Audotorlar Palatasının üzvü, sərbəst auditor İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin aidiyyəti üzrə düzgün məhkəməyə istiqamətləndirmədiyinə görə həmin ərizəsnin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması onun yenidən eyni iddia ilə məhkəməyə müraciət etməsini istisna etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı Azərbaycan Respublikası Audotorlar Palatasının üzvü, sərbəst auditor İddiaçı cavabdeh Abşeron rayonu Güzdək bələdiyyəsinə qarşı 1710 (bir min yeddi yüz on) manat məbləğində zərərin və məhkəmə baxışı üçün ödənilmiş olan 30 manat rüsumun məcburi qaydada Sərbəst auditor İddiaçı Kapitalbank ASC Gənclik Mail filialında olan (kod 201025. VÖHN: **********. Müxbir hesab: A/.37NAB/********************. S.W.İ.F.T. BİK AİİBAZ2X) AZ73AİİB**********000373142 saylı cari hesabına (VÖEN **********) ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-1488/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1488/2020
19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver