Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1488/2022 29.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu, İddiaçı cavabdeh Xızı rayonu Sitalçay bələdiyyəsinə qarşı “Xızı rayonu Sitalçay kənd Bələdiyyəsi tərəfindən İddiaçı fərdi ev tikmək üçün 23 noyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən ayrılmış 12 sot(0.12 h) torpaq sahəsinə dair alqı-satqı aktının verilməsi və bundan irəli gələn digər məsələlərin cavabdehin üzərinə öhdəlik kimi qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Xızı rayonu Sitalçay bələdiyyəsinə qarşı “Xızı rayonu Sitalçay kənd Bələdiyyəsi tərəfindən İddiaçı fərdi ev tikmək üçün 23 noyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən ayrılmış 12 sot(0.12 h) torpaq sahəsinə dair alqı-satqı aktının verilməsi və bundan irəli gələn digər məsələlərin cavabdehin üzərinə öhdəlik kimi qoyulması”na dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 26 iyul 2022-ci il tarixdə elektron kabinetindən daxil olmuş ərizəsinə əsasən iddiaçı, cavabdeh tərəf olan Sitalçay Bələdiyyəsinin mübahisə doğuran torpağa görə alqı-satqı aktını 26 iyul 2022-ci il tarixində ona təqdim etdiyini, bu səbəbdən qanuna müvafiq olaraq, məhkəmə çəkişməsindən rəsmi şəkildə imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xızı rayonu Sitalçay bələdiyyəsinə qarşı “Xızı rayonu Sitalçay kənd Bələdiyyəsi tərəfindən İddiaçı fərdi ev tikmək üçün 23 noyabr 2007-ci il tarixli 13 saylı qərarına əsasən ayrılmış 12 sot(0.12 h) torpaq sahəsinə dair alqı-satqı aktının verilməsi və bundan irəli gələn digər məsələlərin cavabdehin üzərinə öhdəlik kimi qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1488/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1488/2022
29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver