Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1489/2025 13.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X8 Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Şamaxı rayonu Avaxıl Bələdiyyəsinə qarşı “Cavabdeh 09 mart 2024-cü il tarixli 03 nömrəli iclas protoklundan çıxarışa əsasən həmin saylı, həmin tarixli qərarın ləğv edilməsini, “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-119A KOD 301 15018 saylı Şəhadətnamənin Miqyas 1:1000 səhifəsində olan ona məxsus torpaq sahəsi ilə bitişik olan 549BB hissəsi (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, RX seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli çıxarışa əsasən Qusar bələdiyyəsinə məxsus 0,06 ha) yəni 0,06 ha torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 119A KOD 30115018 saylı şəhadətnaməyə əsasən Qusar rayonu Qalacıq kəndidə 0,12 ha torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 2001-ci il tarixli 11 saylı qərarı ilə ona verilmişdir. Həmin torpaq sahəsinə bitişik olan ona məxsus şəhadətnamədə 549BB kimi göstərilmiş 0,06 ha torpaq sahəsi onun istifadəsində olan boş bir ərazidir. Həmin ərazi başqa heç bir qonşu torpaq sahələrinə bitişik deyildir. JN-119A KOD 30115018 saylı Şəhadətnamənin Miqyas 1:1000 səhifəsindən də həmin ərazinin ona məxsus 0.12 ha torpaq sahəsi ilə bitişik olması, digər heç bir qonşu torpaq sahələrinə aid olmaması aydın görünür. Həmin torpaq sahəsi faktiki istifadəsində olsa belə, torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alnması üçün yəni bələdiyyədən alqısatqı qaydasında əldə edilməsi üçün bələdiyyə müraciət etmişdir. Sonuncu dəfə müraciətindən sonra bələdiyyə ona Kapitalbankın Qusar filialına bələdiyyənin hesabına 300 manat məbləğində pul köçürməsini bildirmişdir. Bundan sonra iddiaçı Qalacıq bələdiyyəsinin X7 filialındakı hesabına 14 dekabr 2012-ci il tarixdə 04 nömrəli qəbzlə 300 (üç yüz) manat məbləğində pul köçürmüş və həmin ödəniş qəbzini bələdiyyəyə təqdim etmişdir. Bələdiyyə həmin qəbz əsasında göstərilən torpaq sahəsinə dair öz adına ******* nömrəli, RX seriyalı, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli çıxarış almışdır. Bundan sonra bələdiyyəyə həmin torpaq sahəsini onun adına rəsmiləşdirilməsi xahiş etmişdir. Bələdiyyə bir müddət səssiz qaldıqdan onun çoxsaylı müraciətlərini görüb, ona guya torpaqların qiymətlərinin artması səbəbindən əlavə olaraq 420 (dörd yüz iyirmi) manat məbləğində pulun bələdiyyə hesabına köçürülməsi tələb etdi. Ona görə də xx.xx.2019-cu il tarixdə bələdiyyə hesabına əlavə olaraq 420 manat pul ödəmiş və həmin qəbzi də bələdiyyəyə təqdim etmişdir.Bələdiyyədən torpaq sahəsini onun adına rəsmiləşdirilməsi işlərinə başlamağı xahiş etmiş, etdiyi müraciətlərdən sonra bələdiyyə tezliklə torpaq sahəsinin onun adına alqı-satqısını həyata keçirəcəyini bildirmişdir. Lakin, bu məsələnin üzərindən uzun müddət keçsə də bələdiyyə torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün heç bir tədbir görmədiyini başa düşmüşdür. Bundan sonra yazılı olaraq Qusar rayonunun Qalacıq bələdiyyəsinə 04 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərək Qusar rayonun Qalacıq kəndi ərazisindən özünə məxsus torpaq sahəsinə bitişik olan 0586775, reyestr nömrəsi **********06 qeydiyyat tarixi xx.xx.2015 olan çıxarış üzrə Cavabdeh mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ona satılması ilə əlaqədar müvafiq sənədləşmə işlərinin aparılmasını xahiş etmiş və əks təqdirdə bununla əlaqədar müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət olunacağı barədə bildirmişdir. Bələdiyyə ərizəyə cavab vermədiyinə görə təkrarən 14 mart 2022-ci tarixdə həmin ərizəni poçt vasitəsilə xəbərnaməli məktubla göndərmiş, yalnız bundan sonra bələdiyyə ərizəyə cavab vermiş və bildirmişdir ki, iddia etdiyi 0,06 ha torpaq sahəsi guya Qalacıq Bələdiyyəsinin 22 mart 2005-ci il tarixli, 06 saylı qərarı ilə həmin kənd sakini X3 fərdi yaşayış evinin tikintisi məqsədilə bələdiyyənin ilkin sənədlərinə əsasən satılmış, sonuncu 2007-ci ildə vəfat etdiyinə görə həmin torpaq sahəsi o vaxtdan hal-hazıra kimi mərhumun qardaşının ailəsinin istifadəsindədir. Bələdiyyənin ona verdiyi cavabla razılaşmadığı üçün göstərilən 0,06 ha torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə işi ətraflı araşdırmış və 2-1(118)-3199/2023 saylı, xx.xx.2023-cü il qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq, İddiaçı müraciətinə yenidən baxılması Qusar rayon Qalacıq bələdiyyəsinə həvalə edilmiş. (Cavabdeh inzibati orqan mərhum X3 0.08 ha torpaq sahəsinin ayrılması və İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı hallan yenidən araşdırmalı, (eyni zamanda məhkəmənin müvafiq xüsusi qərarı nəzərə alınaraq, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olubolmaması müvafiq cinayət təqibi orqanı tərəfindən də araşdırılmalıdır) iddiaçının tələbinin təmini ilə bağlı müvafiq hərəkətlər etməli, bu mümkün olmadıqda iddiaçıya onun razılığı ilə başqa torpaq sahəsinin ayrılması ilə bağlı tədbirlər görməli, bu da mümkün olmadıqda iddiaçıya vurulmuş ziyanla bağlı ona müvafiq kompensasiya ödəməlidir.) Eyni zamanda məhkəmənin həmin nömrəli və tarixli qərardadı ilə yuxarıda göstərilən faktlarla bağlı xüsusi qərardad çıxarılmış, mərhum X3 0.08 ha torpaq sahəsi ayrılması və İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı Qusar rayon Qalacıq bələdiyyəsinin əvvəlki və hazırkı vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olmasının araşdırılması üçün zəruri sənədlərin surətləri əlavə edilərək Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qeyd edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna gedərək müvafiq izahat vermiş, bundan sonra iddiaçı bir müddət gözləmiş, məhkəmənin qərarının icra edilməsi üçün bələdiyyədən ona hər hansı bir məlumat gəlməmişdir. Nəhayət poçt vasitəsilə ona bələdiyyənin 09 mart 2024-cü il tarixli 03 nömrəli iclas protokolundan çıxarış gəlmişdir.Həmin çıxarışda bələdiyyənin onu dəvət etmədən, məhkəmə qərarında göstərilən məsələləri həll etmədən gündəlikdə olan məsələnin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3199/2023 saylı, xx.xx.2023-cü il qərarı qismən təmin edilməsi məsələsinə baxılmışdır. Halbuki bələdiyyə gündəlikdə olan məsələ kimi məsələnin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(1 18)-3199/2023 saylı, xx.xx.2023-cü il qərarında qeyd edilən məsələlərə baxmalı ümumi müzakirə keçirməli idi. Lakin bələdiyyə məhkəmənin qərarında qoyulan məsələləri müzakirə etmədən birbaşa artıq nəticə verəcəyi məsələni müzakirə etmişdir. Bələdiyyə həmin protokolun qərarında məhkəmənin qərarına əsasən ödənilmiş pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi, ona bələdiyyə büdcəsinə ödənilmiş 720 manat məbləğində pul vəsaitinin yeni qiymətlər səviyyəsində 1156,86 manat pul vəsatinin qaytarılması qərara alınmışdır.Bələdiyyənin bu qərarı ilə razılaşmır, bələdiyyənin qərarı qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, bələdiyyə hazırkı qərarı qəbul edərkən onun əsaslandırmamışdır. Bələdiyyə hazırkı qərarı qəbul edərkən onun iştirakı təmin edilməmişdir.Bələdiyyə hazırkı qərarı qəbul edərkən məhkəmənin qərarının nəticə hissəsində göstərilən digər əsasların hansı səbəbdən təmin edilə bilməməsini əsaslandırmamışdır.Bələdiyyənin həmin torpaq sahəsinin ona satılmasının mümkün olmaması, həmin torpaq sahəsinin 17 mart 2006-cı il tarixində 03 nömrəli qərarı ilə Qalacıq sakini X1 arqumenti ilə razılaşmır. Ona görə ki, Bələdiyyə Qalacıq sakini X3 torpaq sahəsi satmamış, bununla bağlı müvafiq qərar qəbul olunmamışdır. Bələdiyyənin iddia etdiyi Qalacıq sakini X3 torpaq sahəsinin satılması ilə bağlı sənədlərdə torpaq sahəsinin ölçüsü 0.08 ha kimi göstərilir.Bu da torpaq sahələrinin ayrı-ayrı torpaq sahələri olduğu anlamına gəlir. Bələdiyyənin iddia etdiyi torpaq sahəsi ilə ona satılmasını tələb etdiyi torpaq sahələri fərqlidir. Göründüyü kimi bələdiyyənin hazırkı torpaq sahəsini ona satmamaq üçün heç bir əsası yoxdur. Bundan başqa məhkəmənin xüsusi qərardadı əsasında Azərbaycan Respublikası Baş prokurorluğunda aparılmış araşdırma nəticəsində bələdiyyə sədri X3 torpaq sahəsi ayırmadığını, onun istifadəsində olan torpaq sahəsinin heç kimə satmadığını bildirmişdir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh iddia tələbinə qarşı yazılı münasibət bildirməmişdir. Lakin, iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli məktub ilə bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrası ilə bağlı Cavabdeh xx.xx.2024-ci il 03 nömrəli qərarı qəbul edilmişdir. Həmin iclasda İddiaçı iddia etdiyi torpaq sahəsi Qusar rayonu Qalacıq kənd sakini mərhum X3 bələdiyyə qərarı ilə satıldığını nəzərə alaraq və başqa yerdə bələdiyyəsinin yaşayış məntəqəsi kateqoriasına aid torpaq sahəsinin olmadığı üçün, vətəndaşın bələdiyyə büdcəsinə ödədiyi 720 (yedi yüz iyirmi) manat pul vəsaitini yeni qiymətlərinin səviyyəsinə uyğun olaraq 1156.86 manat pul vəsaitini qaytarılması üçün qərar qəbul edilmişdir. Bələdiyyə büdcəsində pul vəsaiti olduğu təqdirdə həmin qərara əsasən ödənilmiş pul vəsaiti geri qaytarılması təmin olunacaq. Əlavə olaraq bildirilir ki, Cavabdeh xx.xx.2024-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsi barədə məhkəməyə müraciət etmək hüququnuz vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını,eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 27.2-ci maddəsinə əsasən Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh xx.xx.2024-ci il tarixli 03 nömrəli qərarının surəti, Cavabdeh xx.xx.2024-ci il tarixli məktubu, JN-119A KOD 30115018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, Cavabdeh xx.xx.2006-cı il tarixli 03 nömrəli qərarının surəti, ******* nömrəli, RX seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli çıxarışın surəti, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 3199/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarın surəti, DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia müəyyən etmə və ya tanınma haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin hallarından görünür ki, İddiaçı mülkiyyətində olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-119A KOD 301 15018 saylı Şəhadətnaməyə bitişik bələdiyyə mülkiyyətində olan 0.06 ha torpaq sahəsini öz adına rəsmiləşdirmək qərarına gələrək, Qalacıq Bələdiyyəsinə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3199/2023 saylı, xx.xx.2023-cü il qərarına əsasən İddiaçı müraciətinə yenidən baxılması Qusar rayon Qalacıq bələdiyyəsinə həvalə edilmiş və cavabdeh inzibati orqan mərhum X3 0.08 ha torpaq sahəsinin ayrılması və İddiaçı torpaq sahəsi ayrılması ilə bağlı hallar yenidən araşdırmalı, (eyni zamanda məhkəmənin müvafiq xüsusi qərarı nəzərə alınaraq, cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin əməllərində cinayət tərkibinin olub-olmaması müvafiq cinayət təqibi orqanı tərəfindən də araşdırılmalıdır) iddiaçının tələbinin təmini ilə bağlı müvafiq hərəkətlər etməli, bu mümkün olmadıqda iddiaçıya onun razılığı ilə başqa torpaq sahəsinin ayrılması ilə bağlı tədbirlər görməli, bu da mümkün olmadıqda iddiaçıya vurulmuş ziyanla bağlı ona müvafiq kompensasiya ödəməlidir. Sumqayıt İnzibati Məhkəməsinin sözügedən qərarı qüvvəyə minmiş və həmin qərar əsasında Cavabdeh 09 mart 2024-cü il tarixli 03 nömrəli qərar qəbul etmişdir.Göründüyü kimi cavabdeh inzibati orqan üzərinə düşən vəzifələri yerinə yetirərək, məhkəmə qərarını əsas götürmüş və diskression səlahiyyətlərindən birini qəbul etmişdir. Yəni iddiaçının müraciətinə yenidən baxıb, torpaq sahəsinə görə iddiaçının ödədiyi pul məbləğini halhazıkı dövrə görə yuvarlaqlaşdıraraq 1156,86 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması qərarına gəlmişdir. Göründüyü kimi bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması məqsədəmüvafiq olmadığından, iddiaçının əvvəlki ödədiyi pul vəsaiti artıqlaması ilə kompensasiya edilməsi qərara alınmışdır. Bu səbəbdən iddiaçının hazırkı tələbi qanunsuz olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Bundan başqa o da nəzərə alınmalıdır ki, Bələdiyyə inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyəti nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, habelə bələdiyyə torpaqlarının istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilir. Həmçinin, məhkəmə iddiaçının diqqətinə onu çatdırır ki, bələdiyyə hərəkətləri nəticəsində ona ziyan vurulması halına istinad etdiyi halda, həmin ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürməklə, mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmiun Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı rayonu Avaxıl Bələdiyyəsinə qarşı “Cavabdeh 09 mart 2024-cü il tarixli 03 nömrəli iclas protoklundan çıxarışa əsasən həmin saylı, həmin tarixli qərarın ləğv edilməsini, “Torpağın Mülkiyyətə verilməsinə dair” JN-119A KOD 301 15018 saylı Şəhadətnamənin Miqyas 1:1000 səhifəsində olan ona məxsus torpaq sahəsi ilə bitişik olan 549BB hissəsi (hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli, RX seriyalı ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********06 reyestr nömrəli çıxarışa əsasən Qusar bələdiyyəsinə məxsus 0,06 ha) yəni 0,06 ha torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №2-1(118)-1489/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1489/2025
13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver