Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-149/2020 22.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, X2 katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4, X5, X7, X3, X8, X6, X10 və X1 adlarına qanunsuz və əsassız verilmiş 05.11.2008-ci il tarixli, **********88 və **********86 REYESTR saylı reyestr qeydiyyatlarının və bu barədə verilmiş çıxarışların etibarsız hesab edilməsi və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 29.09.2005-ci il tarixli, 4ə-3-439 saylı və 27.12.2005-ci il tarixli, 4ə-3–472 saylı müqavilələr və mülkiyyət hüququ barədə 22 mart 2006-cı il tarixli, JN:189, KOD 30103028 nömrəli dövlət AKT–ı əsasında Qusar rayonun Avaran-qışlaq kəndində 2,94 ha. torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4, X5, X7, X3, X8, X6, X10 və X1 adlarına qanunsuz və əsassız verilmiş 05.11.2008-ci il tarixli, **********88 və **********86 REYESTR saylı reyestr qeydiyyatlarının və bu barədə verilmiş çıxarışların etibarsız hesab edilməsi və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 29.09.2005-ci il tarixli, 4ə-3-439 saylı və 27.12.2005-ci il tarixli, 4ə-3–472 saylı müqavilələr və mülkiyyət hüququ barədə 22 mart 2006-cı il tarixli, JN:189, KOD 30103028 nömrəli dövlət AKT–ı əsasında Qusar rayonun Avaran-qışlaq kəndində 2,94 ha. torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 19 may 2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş İddiaçıiddia tələbindən imtina etdiyini və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən onun iddiadan imtinası qəbul edilməli və 2-1(118)-149/2020 nömrəli işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Hazırkı işdə iddiaçının iddia tələbindən imtina etdiyini və işə xitam verilməsini xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X4, X5, X7, X3, X8, X6, X10 və X1 adlarına qanunsuz və əsassız verilmiş 05.11.2008-ci il tarixli, **********88 və **********86 REYESTR saylı reyestr qeydiyyatlarının və bu barədə verilmiş çıxarışların etibarsız hesab edilməsi və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə Dövlət notariat kontorunda rəsmiləşdirilmiş 29.09.2005-ci il tarixli, 4ə-3-439 saylı və 27.12.2005-ci il tarixli, 4ə-3–472 saylı müqavilələr və mülkiyyət hüququ barədə 22 mart 2006-cı il tarixli, JN:189, KOD 30103028 nömrəli dövlət AKT–ı əsasında Qusar rayonun Avaran-qışlaq kəndində 2,94 ha. torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmaqla bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin qoyulması tələbinə” dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-149/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-149/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver