Məhkəmə qərarları › İş №2-1(118)-1492/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1492/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1492/2024 26.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Kamal qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı İbrahimova (Allahverdiyeva) Qısxanım Abdulla qızının Cavabdehnə qarşı iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 1944-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunun Aragöl (Arakel) kəndində anadan olmuş Allahverdiyeva (İbrahimova) Qısxanım Abdulla qızının doğum faktının Gürcüstan Respublikasının Bolnisi rayon VVAQ Şöbəsi (yaxud Aragöl (Arakel) kənd soveti) tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı İbrahimova (Allahverdiyeva) Qısxanım Abdulla qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 1944-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunun Aragöl (Arakel) kəndində anadan olmuş Allahverdiyeva (İbrahimova) Qısxanım Abdulla qızının doğum faktının Gürcüstan Respublikasının Bolnisi rayon VVAQ Şöbəsi (yaxud Aragöl (Arakel) kənd soveti) tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İbrahimova (Allahverdiyeva) Qısxanım Abdulla qızı 1944-cü ildə Gürcüstanın Bolnisi rayonunun Aragöl (Arakel) kəndində anadan olmuşdur. Onun doğumu Bolinisi rayon VVAQ şöbəsi (yaxud Aragöl (Arakel) kənd soveti) tərəfindən qeydə alınaraq doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Heç vaxt təhsil almamış, uzun müddət Bolnisi rayonu Aragöl (Arakel) kənd kolxozunda sağıcı işləmişdir. Anası X1 Bolnisi rayonunun Bəzəkli kəndində anadan olub. Anası Gürcüstan SSR-nin vətəndaşı olub, Gürcüstanın Bolnisi rayonunun Aragöl (Arakel) kəndində vəfat edib. X12 (atasının atasının adını bilmir) Gürcüstanın Bolnisi rayonunun Aragöl (Arakel) kəndində anadan olub. Atası Gürcüstan SSR-nin vətəndaşı olub. Gürcüstanın Bolnisi rayonunun Aragöl (Arakel) kəndində vəfat edib. 1969-cu ildə Gürcüstanın Dmanisi rayonunun Saca kəndində anadan olmuş X9 ilə ailə qurmuşdur. Valideynləri evlənmələrinə razı olmadığı üçün onunla valideynlərinin razılığı olmadan evlənmişdir. Bu səbəbdən də, sənədləri valideynlərinin evində, Aragöl (Arakel) kəndində qalmışdır. Özü ilə heç bir sənədini götürə bilməmişdir. Evləndikdən sonra əri ilə birlikdə Dmanisi rayonunun Saca kəndində yaşamışlar. İbrahimov Hümbətlə evlilikdən iki uşaqları doğulub. X3 1970-ci ildə Gürcüstanın Dmanisi rayonunun Saca kəndində anadan olub, Gürcüstan Respublikasının vətəndaşıdır, hazırda Gürcüstanın Bolnisi rayonunun Darbaz kəndində yaşayır. Kiçik qızı X5 xx.xx.1972-ci il tarixdə Gürcüstanın Dmanisi rayonunun Saca kəndində anadan olub, hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Qızı hazırda Azərbaycan Respublikasının Siyəzən rayonunda yaşayır. Uşaqlarının doğum haqqında şəhadətnaməsində iddiaçının soyadı “Allahverdiyeva” göstərilmişdir. Təxminən 1980-ci ilin yanvar ayında həyat yoldaşı X11 vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra Dmanisi rayon İcraiyyə Komitəsinin Daxili İşlər orqanına müraciət edərək xx.xx.1981-ci il tarixdə Xİİ-Tİ(TH) seriyalı, 558386 nömrəli SSRİ nümunəli pasportla təmin edilmişdir. Həmin vaxt iddiaçının soyadı pasportda həyat yoldaşının soyadına uyğun olaraq “İbrahimova” kimi, doğum yeri isə Dmanisi rayonunun Saca kəndi qeyd edilmişdir. xx.xx.1981-ci il tarixdə Dmanisi rayon İcraiyyə Komitəsinin Kirov kənd soveti tərəfindən Dmanisi rayonun Saca kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 1993-cü ildə qızı X5 ilə birlikdə Qobustanın Xilmili kəndində gəlmişlər. Həmin vaxtdan etibarən Azərbaycan Respublikasının ərazisində yaşayır. İddiaçı 1993-cü ildən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, Gürcüstan dövləti tərəfindən isə şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. İddiaçı eyni zamanda, üçüncü bir ölkənin vətəndaşlığını da əldə etməmişdir. Belə ki, iddiaçı Azərbaycana Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ nümunəli pasportla gəlmişdir. 2005-ci ildə SSRİ nümunəli pasportlar Azərbaycanda qüvvədən düşdükdən sonra iddiaçı heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Hazırda, şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Bu səbəbdən də, BMTnin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. Hazırda, iddiaçının 79 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur, heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Lakin doğum haqqında şəhadətnaməm olmadığı üçün iddiaçının şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi mümkün olmur. Bu səbəbdən də, iddiaçının doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir. Hazırda, iddiaçı Qobustan rayonunun Xilmili kəndində yaşayır və Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 1944-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunun Aragöl (Arakel) kəndində anadan olmuş Allahverdiyeva (İbrahimova) Qısxamm Abdulla qızının - doğum faktımın Gürcüstan Respublikasının Bolnisi rayon VVAQ Şöbəsi (yaxud Aragöl (Arakel) kənd soveti) tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmişdir. Cavabdeh müraciətinə özünün xx.xx.2023-cü il tarixli, 234/2023 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə göndərdiyi teleqramda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 9.7-ci bəndinə əsasən, 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Araşdırma zamanı məlum olmuşdur ki, şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə təkrar doğum haqqında şəhadətnamənin istənilməsi ilə bağlı ərizənizin təmin edilməsindən imtina edilir. İş materiallarına əlavə edilmiş: - 558386 nömrəli SSRİ nümunəli pasportundan görünür ki, 1944-cü il təvəllüdlü İbrahimova (Allahverdiyeva) Qısxanım Abdulla qızına xx.xx.1981-ci il tarixdə verilmişdir. - BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi tərəfindən verilmiş himayə sənədndən görünür ki, iddiaçı İbrahimova (Allahverdiyeva) Qısxanım Abdulla qızı BMT QAK-nın mandatı altında olan şəxsdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-37/2-İ-4294-26-7-07-13199/2023 saylı arayışdan görünür ki, BMT-nin Qaçqınlar üzrə Alı Komissarlığının Azərbaycandakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1944-cü il təvəllüdlü Giskhanım İbrahimovaya (himayə sənədi №***-*******90) ondan ötrü ki, Dövlət Miqrasiya Xidməti tərəfindən 11 may 2023-cü il tarixindən 31 may 2024-cü il tarixinədək ünvan 3i ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli 234/2023 saylı məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin l bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Konstitusiyanın 69-cu maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları, yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının- milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və diger qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Həmin Qanunun 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Məcəllənin 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarım və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsiriəndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyataxtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlerin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı hazırda vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və həmin himayə sənədi əsasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikasına gəldiyi zaman qanuni əsaslarla, yəni ona SSRİ nümunəli pasportla gəlmişdir. Onun hazırda şəxsiyyətini təsdiq edən sənədin olmaması şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrıseçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 11 may 2023-cü il tarixli, 9xx-xx-1322649 nömrəli himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir. Belə ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımı sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq, Xaçmaz rayonu Çaykənarı kəndinə qeydiyyata almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı İnrahimova (Allahverdiyeva) Qısxanım Abdulla qızından şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikası ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 1944-cü il tarixdə Gürcüstanın Bolnisi rayonunun Aragöl (Arakel) kəndində anadan olmuş Allahverdiyeva (İbrahimova) Qısxanım Abdulla qızının doğum faktının Gürcüstan Respublikasının Bolnisi rayon VVAQ Şöbəsi (yaxud Aragöl (Arakel) kənd soveti) tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar