Məhkəmə qərarları › İş №2-1(118)-1498/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1498/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1498/2022 09.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X2 qarşı “onun xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində, xx.xx.1994-cü ildən 2006-cı ilədək müəllim vəzifəsində işlədiyi müddətin sosial sığorta stajı nəzərə alınaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin X1 üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin X2 qarşı “onun xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində, xx.xx.1994-cü ildən 2006-cı ilədək müəllim vəzifəsində işlədiyi müddətin sosial sığorta stajı nəzərə alınaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin X1 üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Ağdam rayonundan məcburi köçkün olmaqla, yuxarıda göstərilən ünvanda məskunlaşmışdır. İddiaçı xx.xx.1988-ci ildən xx.xx.2017-ci ilədək Ağdam rayonu Muğanlı kəndində ilkin olaraq pioner baş dəstə rəhbəri, sonradan isə müəllim vəzifəsində işləmişdir. Həmin dövrdə qeyd olunan vəzifələrdə işləməyi barədə adına Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2000-ci il tarixli, 174142 nömrəli əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Lakin 1988-1993 və 1994-2000-ci illərdə işlədiyi dövlər onun sosial sığorta stajına hesablanmamışdır. Həmin dövrlərə aid arxiv arayışının verilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam Filialına müraciət etmişdir. Həmin filial tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 31 №li arxiv arayışında Ağdam rayon Təhsil şöbəsinin 1988-1993-cü ilə qədər olan arxiv sənədlərinin işğalda qaldığı üçün filialda mühafizə olunmadığı, 1994-2000-ci illərin işləməyən müəllimlərin dondurulmuş əmək haqqı cədvəllərinin filiala təhvil verilmədiyi göstərilmişdir. Bundan sonra o, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində, xx.xx.1994-cü ildən 2000-ci ilədək müəllim vəzifəsində işləməyi barədə məlumat verilməsi üçün Ağdam Rayon Təhsil Şöbəsinə müraciət etmişdir. Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən müraciətə cavab olaraq xx.xx.2021-ci il tarixli, 51 nömrəli arayış verilmişdir. -Həmin arayışda onun xx.xx.1988-ci ildən xx.xx.1994-cü il tarixə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi, xx.xx.1994-cü ildən xx.xx.2016-cı ilədək Nazirlər Kabinetinin müvafiq qanuna uyğun olaraq iş yeri və əmək haqqı saxlanılmaqla Ağdam Rayon Təhsil Şöbəsindən işləməyən müəllim kimi əmək haqqı aldığı, xx.xx.2017-ci il tarixdən əmək haqqı 68-ci maddəsinin '*b” bəndinə əsasən müqavilə vaxtı bitdiyi üçün əmək müqaviləsinə xitam verildiyi göstərilmişdir. Göründüyü kimi onun xx.xx.1988-ci ildən xx.xx.1994-cü il tarixə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində işlədiyi, xx.xx.1994-cü ildən xx.xx.2016-cı ilədək Nazirlər Kabinetinin müvafiq qanuna uyğun olaraq iş yeri və əmək haqqı saxlanılmaqla Ağdam Rayon Təhsil Şöbəsindən işləməyən müəllim kimi əmək haqqı aldığı öz təsdiqini tapmışdır. xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına müraciət edərək onun xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində. xx.xx.1994-cü ildən 2000-ci ilədək müəllim vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Onun ərizəsinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional Filialı tərəfindən xx.xx.2022-ci il tarixli. **********0 nömrəli məktubla cavab verilmiş və ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubu ilə iddiaçının xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində xx.xx.1994-cü ildən 2000-ci ilədək müəllim vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına hesablanmadığı müəyyən olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional Filialı tərəfindən onun xx.xx.1988-ci ildən xx.xx.1994- cü ilə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində, xx.xx.1994-cü ildən 2000-ci ilədək müəllim vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına hesablanmasından imtina edilməsi qanunsuz olmaqla onun pensiya təminatı hüququnun məhdudlaşdırılmasına yönəlmişdir. Belə ki, onun qeyd olunan müddətlərdə işləməyini Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən onun adına tərtib edilmiş xx.xx.2000-ci il tarixli, 174142 nömrəli əmək kitabçası və Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən onun müraciətə cavab olaraq xx.xx.2021-ci il tarixli, 51 nömrəli arayış təsdiq edir. Buna baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron- Xızı regional filialı tərəfindən verilmiş imtinada iddiaçının sosial sığorta stajının 12 il 04 aydan az (02 il 03 ay 19 gün) olması göstərilmişdir. Halbuki təqdim etdiyi xx.xx.2000-ci il tarixli, 174142 nömrəli əmək kitabçasında və Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən onun müraciətə cavab olaraq xx.xx.2021 -ci il tarixli, 51 nömrəli arayışda işlədiyi iş yerləri və müddət tam və dəqiq göstərilmişdir. Həmin sənədlərlə əmək stajının 12 il 04 aydan az olmadığı müəyyən olunur. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 regional Filialı tərəfindən onun xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində, xx.xx.1994-cü ildən 2000-ci ilədək müəllim vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına hesablanmasından imtina edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin olunmalı, onun xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Ağdam rayonu Muğanlı kənd orta məktəbində Pioner baş dəstə rəhbəri vəzifəsində, xx.xx.1994-cü ildən 2000-ci ilədək müəllim vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron- X10 həvalə edilməsi barədə qərar qəbul edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı daha öncə eyni tələblə Sumqayıt İnzibati məhkəməsinə müraciət etmiş və Sumqayıt inzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1 (118)-1262/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəmnəsinin xx.xx.2022-ci il tarixli 2- 1 (105)-293/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə yeni qərar qəbul edilərək “xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən 2000-ci ilədək işlədiyi illərin sığorta satjına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1 (105)-293/2022 nömrəli qərarından xx.xx.2022-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-ci maddəsində “iddianın qaldırılması” əsasları tənzimlənmişdir. İPM-nin 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Əlavə olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli “inzibati Məhkəmə icraatında iddianın Mümkünlüyünə dair” plenum qərarının 15.4-cü bəndində qeyd olunur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Qeyd olunan halda məhkəməyə iddia ərizəsi ilə müaciət edildikdə iddialar məhkəmələr tərəfindən mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına qarşı “1988-1993-cü və 1994-2000-ci illərin sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair inzibati iş olmuş, Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(118)- 1262/2021 saylı qərarı ilə iddia rədd edilmişdir, iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı eyni məhkəmədə eyni tərəfə qarşı, eyni iddia ilə bundan əvvəl də iddia qaldırmışdır. Hazırda iddiaçı yenidən eyni tələblə eyni tərəfə qarşı məhkəmədə iddia qaldırmışdır. Bu halda məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar