Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-15/2021 15.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 (Sumqayıt Bələdiyyəsinin İcra aparatının Hüquq şöbəsinin müdiri işləyən, Sumqayıt şəhəri, 45-ci məhəllə, ev 11/13, mənzil 88-də yaşayan) Cavabdeh X2 (DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində hüquqşünas işləyən) Üçüncü şəxs X4 (işləməyən,Sumqayıt şəhəri, Corat bağları 21/92 C ünvanda yaşayan) iştirakı ilə, İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt İdarəsinə qarşı Sumqayıt bələdiyyəsi tərəfindən sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin “Corat” bağları ərazisində yerləşən və X4 mülkiyyətində olan 2192C saylı bağ sahəsinin daxilində olan əlavə 300 kv m torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İddiaçı Sumqayıt bələdiyyəsi cavabdeh DƏDRX-nin 2 saylı X9rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Sumqayıt bələdiyyəsi tərəfindən sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin “Corat” bağları ərazisində yerləşən və X4 mülkiyyətində olan 2192C saylı bağ sahəsinin daxilində olan əlavə 300 kv m torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 iddianı müdafiə edərək izah etdi ki, vətəndaş X12 ərizə ilə Sumqayıt bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin “Corat" bağları ərazisində yerləşən və onun xüsusi mülkiyyətində olan 2192C saylı bağ sahəsinin daxilində olan uzun illər faktiki istifadə etdiyi əlavə 300 kv m torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə mülkiyyətinə verilməsini xahiş etmişdir. Sumqayıt bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin xx xxxx 2018-ci il tarixli 03 saylı iclasının 46-cı qərarı ilə X4 uzun müddət rəsmiləşdirmədən istifadə etdiyi qeyd olunan bağ torpaq sahəsinin mülkiyyətinə ayrılması barədə müraciəti məqsədəuyğun hesab edilmişdir. Torpaq sahəsinin sənədləşdirilməsi məqsədi ilə Sumqayıt bələdiyyəsinin müvafiq müraciəti əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 5 saylı Sumqayıt ərazi şöbəsi tərəfindən xx xxxxx 2018ci il tarixli 1530 saylı rəy verilərək torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin torpaqlarına aid edilməklə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə verilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən xx xxxx 2019cu il tarixli məktubla Cavabdehnə müraciət edilmiş və göstərilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi xahiş olunmusdur. Lakin cavabdeh xx xxxxx 2019-cu il tarixli, **********87 saylı məktubla cavab verərək həmin torpaq sahəsinin guya Corat qəbristanlığının ərazisinə aid olduğunu bildirərək bələdiyyənin mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Bununla bağlı iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh DƏDRX-nin 2 saylı X14 nümayəndəsi X5 iddianı qəbul etmədi və izah etdi ki, Sumqayıt bələdiyyəsinin müraciəti ilə əlaqədar araşdırma zamanı sözügedən torpaq sahəsinin Corat qəbristanlığının ərazisinə aid olduğu aşkar edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 24-cü maddəsinə əsasən qəbirstanlıq sraziləri mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquq rejim müəyyən edilən torpaqlardır. Həmin Məcəlləyə əsasən tarix-mədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilir. Bununla bağlı iddiaçının hüququnun dövlət qeydiyyatından imtina edilmiş və bu barədə ona bildiriş göndərilmişdir. İş üzrə üçüncü şəxs X12 iddianı müdafiə edərək 0.066 ha bağ torpaq sahəsinin onun mülkiyyətində olduğunu izah etdi. Hasarın içərisində yerləşən və uzun illərdir onun istifadəsində olan 0.03 ha torpaq sahəsinin ayrılması üçün bələdiyyəyə müraciət etmişdir. Həmin torpağın qəbristanlılq ərazisinə heç bir aidiyyəti yoxdur. İş materiallarında olan : -Sumqayıt Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 03 saylı qərarından görünür ki, Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində mülkiyyətində olan 2192 c bağ torpaq sahəsinin daxilində yerləşən 300 kv m torpaq sahəsinin X4 mülkiyyətinə ayrılması barədə müraciəti məqsədəuyğun hesab edilmiş və bununla bağlı müvafiq sənədləşmənin aparılması qərara alınmışdır. - ƏMDK 5 saylı Sumqayıt ərazi şöbəsinin xx xxxxx 2018-ci il tarixli 1530 saylı rəyindən görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən bağ evinin tikintisi məqsədi ilə mülkiyyətə verilməsi nəzərdə tutulan 300 kv m torpaq sahəsi Sumqayıt bələdiyyəsinin torpaqlarına aid olmaqla kateqoriyası – yaşayış məntəqələrinin torpaqları, təyinatı – bağ evinin tikintisidir və alqı-satqı predmeti olmaqla, müsabiqə və hərraca çıxarılması yolu ilə və bilavasitə mülkiyyətə verilməsinə baxıla bilər. - RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat bağlar ərazisi 2192 C ünvanında yerləşən 0,066 ha bağ sahəsi xx.xx.2018-ci il tarixdə X4 adına qeydə alınmışdır. - DƏDRX-nin 2 saylı Ərazi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd X6 ayrılmış 0,066 kv m ölçüdə torpaq sahəsinə dair tərtib edilmişdir. -X1 xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, Sumqayıt bələdiyyəsinə müraciət edərək Corat bağlar massivi ərazisində 300 kv m bağ torpaq sahəsinin ayrılmasına sərəncam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh DƏDRX-nin 2 saylı X18 bələdiyyənin müraciətini təmin etməkdən imtina edərək həmin torpaq sahəsinin qəbristanlıq ərazisinə aid olduğuna istinad etmişdir. Məhkəmə mübahiə predmeti olan torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyəti olması, həmçinin qəbristanlıq ərazisinə aid olub-olmamasını müəyyən etmək üçün mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən və X4 mülkiyyətində olan 2192C saylı bağ sahəsinin daxilindəki əlavə 300 kv m bağ torpaq sahəsi elektron kadastr məlumat bazasına inteqrasiya olunmuş Sumqayıt şəhər Sumqayıt bələdiyyəsinin xəritəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara aiddir. Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində aparılan dövlət torpaq uçotuna aid yerquruluşu xəritəsinə və 2018-ci ildə aidiyyəti qurumlar tərəfindən təsdiq olunmuş Sumqayıt şəhəri Corat bələdiyyə xəitəsinə əsasən həmin torpaq sahəsi mövcud Corat qəbristanlığının torpaqlarına aid deyildir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı” haqqında Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi və vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyəyə təhvil verirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpa qsahəsinini qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Məhkəmə qeyd edir ki, cavabdeh imtinasının əsası kimi mübahisəli torpaq sahəsinin xüsusi hüquqi rejimi olan qəbristanlıq ərazisinə aid olmasını qeyd etmişdir. Həmin dəlil ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti tərəfindən verilmiş mütəxəssis rəyi ilə təkzib edilmişdir. Həmin rəylə sözügedən torpaq sahəsinin Sumqayıt bələdiyyəsinə aid olması və Corat qəbristanlığına aid olmaması müəyyən edilmişdir. Beləliklə də, cavabdehin imtinasının əsasını təşkil edən hal aradan qalxmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudiyyət və ya imtina üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt Bələdiyyəsi tərəfindən sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin “Corat” bağları ərazisində yerləşən və X4 mülkiyyətində olan 2192C saylı bağ sahəsinin daxilində olan əlavə 300 kv m torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı X14 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün sərf edilmiş 74 manat məbləğində pul vəsaiti cavabdeh DƏDRX-nin 2 saylı X10 tutularaq “xxxx” ASC-nin Xətai filialında “Kadastr və X8 Mərkəzi” MMC-nin AZ23AllB******************** saylı hesabına (VÖEN **********) ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən və X4 mülkiyyətində olan 2192C saylı bağ sahəsinin daxilində olan əlavə 300 kv m torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı X14 üzərinə qoyulsun. Mütəxəssis rəyinin verilməsi üçün sərf edilmiş 74 manat məbləğində pul vəsaiti cavabdeh DƏDRX-nin 2 saylı X10 tutularaq “xxxx” ASC-nin Xətai filialında “Kadastr və X8 Mərkəzi” MMC-nin AZ23AllB******************** saylı hesabına (VÖEN **********) ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-15/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-15/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver