Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-15/2024 27.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, Cavabdeh Sumqayıt şəhər Corat bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat bələdiyyəsinə qarşı cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinə və Corat bələdiyyəsinə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilən torpaq sahəsindən sərbəst isdifadəsinə, yeni torpaq sahəsinə hasar çəkməyinə və fərdi yaşayış evi tikməyinə maneçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinə ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən məqsədli təyinatına görə yaşayış məntəqələrinin torpaqlarına aid edilən torpaq sahəsindən sərbəst isdifadəsinə, yeni torpaq sahəsinə hasar çəkməyinə və fərdi yaşayış evi tikməyinə maneçilik törədən hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş №1452980, RX seriyalı Çıxarışa əsasən sözü gedən torpaq sahəsi 05 aprel 2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə tam payda iddiaçının mülkiyyətindədir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Lakin buna baxmayaraq iddiaçı öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Buna səbəb isə iddiaçının mülkiyyətinə Sumqayıt şəhər İcra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyinin və Corat bələdiyyəsinin qanunsuz müdaxiləsi olmuşdur. Belə ki, iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsini hasara almaq istəsə də, Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyi və Corat bələdiyyəsi buna icazə verməmiş, qanunsuz olaraq müdaxilə edərək hasara almağını dayandırmağı tələb etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt şəhər Corat bələdiyyəsinin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Corat qəsəbə bələdiyyə mülkiyyətinə məxsus, Qəsəbə qəbristanlıq ərazisinin genişləndirilməsi üçün ayrılmış 5,0 ha torpaq sahəsindən İddiaçı adına sahəsi 0.12 ha olan torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli RX-1452980 nömrəli qeydiyyat nömrəsi ********** olan çıxarış, xx.xx.2019-cu il tarixdə tərtib olunmuş, reyestr nömrəsi **********23, A- 348166 nömrəli Torpaq sahəsinin plan və ölçüsü tərtib edərək cavabdehin mülkiyyəti kimi qeydə almışdn. Sözügedən torpaq sahəsi qəsəbə qəbristanlığı üçün ayrılmış toıpaq sahəsidir. Cavabdehin həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədi olmamışdır. Lakin həmin torpaq sahəsinə dair çıxarış və torpaq sahəsinin plan və ölçüsü blələdiyyə mülkiyyəti pozulmaqla tərtib olunmuşdur. Belə ki, həmin torpaq sahəsi qəbristanlıq ərazisi olmaqla yanaşı tərdi yaşayış məntəqələrinin torpaqları kateqoriyyasına aid deyildir. Sözügedən torpaq sahəsinə çıxarışın verilməsi və ilkin olaraq tərtib və müayinə edilərkən torpaq sahəsinin mülkiyyət növü və torpağın qanunvericilik əsasında kimə məxsus olması da müəyyən olunmamışdır. Bələdiyiyə mülkiyyəti kobud surətdə pozulmuş, qeyri-qanuni olaraq bələdiyyə mülkiyyəti özgəninkiləşdirilmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəliyi və iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2019-cu il tarixliŞ **********23 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA 348166 nömrəli plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə İƏD üzrə nümayəndliyinin 13 aprel 2021-ci il tarixli, 27 nömrəli məktubundan görünür ki, Novxanı bağ massivi nümayəndəliyin ərazisinə aid deyildir. - Sumqayıt şəhər Corat bələdiyyəsi tərəfindən verilmiş 13 aprel 2021-ci il tarixli, 60 nömrəli məktubdan görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2376 №-li torpaq sahəsi Corat bələdiyyəsinə aid deyildir. - İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri kimi ona məxsus torpaq sahəsinə dair hər hansı sərəncam verilməsi və həmin torpaq sahəsindən qəbir yerlərinin ayrılmasını cavabdehlərə qadağan edilməsi barədə ərizəsi Sumqayıt Apellyasiya Məhkəməsinin MXMT(118)-49/2021 saylı, xx.xx.2021-ci il tarixli ərizəsi ilə təmin edilmişdir - Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ünvanında yerləşən 2376 nömrəli torpaq sahəsi ləğv olunmuş DTXK Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş JN- 3133B nömrəli, xx.xx.2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı adına qeydiyyata alınaraq xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövət reyestrindən çıxarış verilmişdir. -Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına verilmiş 05 aprel 2019-cu il tarixli ********** qeydiyyat və RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə sazişin surəti məhkəməyə təqdim edilmişdir. - Məhkəmə sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına verilmiş 11 iyun 2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənələrin surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmə sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı 25 noyabr 2021-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhər Bələdiyyə iclasının xx.xx.2005-ci il tarixli, 21 saylı protokolu və əlavə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasərı Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərətindən müdafiə olunur. Azərbaycan Respublikasının 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təminedilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətlər edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında’' Konvensiyaya 1 saylı Əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir”. Məhkəmə hesab edir ki, sözügedən torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən ayrılması və hazırda onun xüsusi mülkiyyətidə olması iş materialları ilə təsdiq edilir. Müvafiq bələdiyyə qərarı, onun əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hazıradək qüvvədədir, qanunla müəyyən edilmiş qaydada ləğv və ya etibarsız heab edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinin iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2376 ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən sərbəst isdifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsi və fərdi yaşayış evi tikməsinə maneəçilik törədən hərəkətləri qanunsuz hesab edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdehlər Sumqayıt şəhər İcra Hakimiyyətinin Corat qəsəbəsi üzrə Nümayəndəliyinə və Corat bələdiyyəsinin İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2376 ünvanında yerləşən torpaq sahəsindən sərbəst istifadəsinə, yəni torpaq sahəsinə hasar çəkməsi və fərdi yaşayış evi tikməsinə maneəçilik törədən hərəkətləri qanunsuz hesab edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-15/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-15/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver