Məhkəmə qərarları › İş №2-1(118)-150/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-150/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-150/2021 05.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X19 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Qusar rayonu, 2- Gedəzeyxur kədində yaşayan) və onun vəkili X30 (fərdi qaydada vəkil, Qusar şəhəri, K.Marks küçəsi ev 2, mənzil 11-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli şəhadətnamədə göstərilən 0,24 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehinz üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Qusar rayon Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(029)- 1579/2016 saylı qətnaməsi ilə ləğv edilmiş kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamədə göstərilən 0,24 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasının və adına müvafiq çıxarışın verilməsinin cavabdehə tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 16.08.2019-cu il tarixli 2-1(085)-1076/2019 saylı qərarı ilə iddia rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli 2-1(105)-44/2020 saylı qərarı ilə birinci instansiya məhkəməsinin 16.08.2019-cu il tarixli 2-1(085)- 1076/2019 saylı qərarı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1953-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş və indiyədək həmin kənddə yaşayır. 1979-cu ildə həmin kənddə onun tərəfindən fərdi yaşayış evi inşa edilmiş və kənd üzrə təsərrüfatbaşına kitablarda bu barədə müvafiq qeydiyyat aparılmışdır. Həmin fərdi yaşayış evi onun təsərrüfatının şəxsi mülkiyyətində, yerləşdiyi torpaq sahəsi isə qanuni istifadəsində olmuşdur. İddiaçı həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və oradan ona bildirmişlər ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi həmin idarənin elektron baza kadastr məlumat bazasına əsasən JN-450 saylı kod 30107018 «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» ilə digər şəxslərin adına qeydə alınmışdır. Bu səbəbdən də onun qeydiyyatla bağlı müraciətindən imtina olunmuş və bu barədə 29.03.2016-cı il tarixli məktub verilmişdir. Həmçinin, bildirilmişdir ki, həmin torpaq sahəsinə hüquqmüəyyənedici sənədlər yoxdur. Bu səbəbdən də iddiaçı Qusar rayon məhkəməsində iddia qaldıraraq Qusar rayon Aqrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarının, Qusar Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinin cavabdehlər X8, X3, X4, X2, X9 və X10 mülkiyyətinə verilməsinə dair hissədə etibarsız hesab edilməsi, həmin Qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş kod 30107018 JN-450F saylı şəhadətnamənin ləğv edilməsini xahiş etmiş və Qusar rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(029)-1579/2016 saylı qətnaməsi ilə iddiası qismən təmin edilərək Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair cavabdehlər X8, X3, X22 (Şamiddin) qızının, X20 (Şamiddin) qızının, X35 (Şamiddin) qızının və X36 (Şamiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli şəhadətnamə ləğv edilmişdir. Qusar rayon məhkəməsinin həmin qətnaməsi apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra o yenidən cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona heç bir cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka aid hüquqlann ciövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. İddia ərizəsində göstərilən Qusar rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli, 2(029)-1579/2016 saylı qətnaməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuşdur. Qusar rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli, 2(029)-1579/2016 saylı qətnaməsində göstərilən Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair cavabdehlər X8, X3, X22 (Samiddin) qızının, X20 (Samiddin) qızının, X25 (Samiddin) qızının və X26 (Samiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş kod 30107018 JN- 450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamənin ləğv edilməsi ilə əlaqədar 5 saylı Xaçmaz Ərazi İdarəsinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında müvafiq qeydlər aparılmışdır. Həmin qətnamə əsasında İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüquqları müəyyən edilməmişdir. İş materiallarında olan : - Qusar rayon Dövlət Arxivinin 79 saylı 25.02.2016-cı il tarixli arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Gədəzeyxur kənd XDS İK-nin 1986-1990-cı illərin 4№ li Təsərüfatbaşına kitabında şəxsi hesab nömrəsi 271 olan İddiaçı təsərrüfatı şəxsi mülkiyyətində 1986-1987-1988-ci illrəd ümumi (yararlı) sahə 100 kv m, o cümldən yaşayış sahəsi 60 kv m olan 1979-ci ildə tikilmiş yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində cəmi 0.125 hektar olduğu qeyd edilmişdir. - Qusar rayon Dövlət arxivi tərəfindən verilmiş 204 saylı 06.05.2016-cı il tarixli arxiv arayışından görünür ki, Orconikidze adına sovxozun 12 may 1978-ci il tarixli 59 saylı əmrinə əsasən Qazıyev Nəsrədin torpaq sahəsinin 0.15 ha ölçüdə saxlanılması və Nəsrəddin Qazıyevdən götürülmüş 0.12,5 ha torpaq sahəsinin İddiaçı verilməsi qərara alınmışdır. -cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 29.03.2016-cı il tarixli məktubundan görünür ki, cavabdeh mübahisəli torpaq sahəsinə dair başqa şçəxslərə torpağa mülkiyyət hüququnda dair şəhadətnamə verildiyini bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. - Qusar rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli, 2(029)-1579/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X16 və qeyrilərinə qarşı qərarın qismən etibarsız hesab edilməsi, torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Qusar Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinin cavabdehlər X8, X3, X4, X2, X9 və X10 adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş kod 30107018 JN-450F saylı şəhadətnamənin ləğv edilməsi qət edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 21 aprel 2017-ci il tarixli 2(105)-1053/2017 saylı qətnaməsi ilə Qusar rayon Məhkəməsinin 24.11.2016-cı il tarixli, 2(029)- 1579/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6437/2017 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 21 aprel 2017-ci il tarixli 2(105)-1053/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Qusar rayon Dövlət Arxivinin 62 saylı 16.02.2016-cı il tarixli arxiv arayışından görünür ki, Qusar rayon arxivində saxlanılan Qusar rayon Gədəzeyxur kənd İƏÜN 1991-1995-ci illərin 5 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 354 olan İddiaçı təsərrüfatında X13, X15, X14, X11, X5 və X6 təsərrüfat üzvləri olduqları göstərilmişdir. Həmin təsərrüfatın şəxsi mülkiyyətində ümumi sahəsi 130 kv m, o cümlədən yaşayış sahəsi 66 kv.m olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 0.125 hektar torpağı olduğu qeyd olunur. -Qusar rayon Dövlət Arxivinin 61 saylı 15.02.2016-cı il tarixli arxiv arayışından görünür ki, Qusar rayon Dövlət Arxivi bildirir ki, rayon arxivində saxlanılan Qusar rayon Gədəzeyxur kənd İƏÜN-nin 1991-1995-ci illərin 5№li Təsərrüfatbaşına kitabında şəxsi nömrəsi 353 olan X1 başçısı kimi və təsərrüfatın ictimai grup olan grafasında birinci üzv kimi göstərilmişdir. Təsərrüfatın başçısı kimi göstərilmiş Qazıyev familiyasından sonra “Nəsrəd Mizan” yazıların üstündən qələmlə xətt çəkilmişdir. Təsərrüfatın birinci üzv kimi qeyd olunan X17 adı familiyası atasının adı, cinsi, təvəllüdü, milliyəti və təhsili yazıların üstündən qələmlə çarpaz xətt çəkilmişdir. Müvvəqəti qayıb olan təsərrüfat üzvləri haqqında qeyd qrafasında 12/ 01-1992 vəfat sözləri qeyd edilmişdir. Təsərrüfatın ikinci üzvü Qazıyeva Xədicə Beybala qızı arvadı kimi göstərilmişdir. Həmin təsərrüfatın xüsusi mülkiyyətində ümumi sahəsi 120 kv m, o cümlədən yaşayış sahəsi 66 kv m olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 0.15 ha torpağın olduğu qeyd edilmişdir. -05.07.2013-cü il tarixli vəsiyyətnamədən görünür ki, Qusar rayon Gədəzeyxur kəndində yaşayan X18 JN-450 F şəhadətnamə ilə mülkiyyətində olan 0.24 ha həyətyanı torpaq sahəsini və JN 0173 kod 30107018 dövlət aktı ilə təhkim olunmuş 0.378 ha əkin sahəsini oğlu İddiaçı vəsiyyət etmişdir. -Qusar rayon Gedəzeyxur bələdiyyəsi tərəfindən verilmiş 25.09.2018-ci il tarixli 26 nömrəli arayışdan görünür ki, iddiaçıya məxsus 0.24 ha həyətyanı torpaq sahəsinin topraq vergisini, pay torpaq vergisini və əmlak vergisini 2017-2018-ci illərdə onun tərəfindən ödənilmişdir. -Qusar rayon Gədəzeyxur bələdiyyəsi tərəfindən verilmiş 29 iyun 2019-cu il tarixli 54 və 55 nömrəli arayışlardan görünü ki,Qusar rayon Gədəzeyxur bələdiyyəsi ərazisində 0.24 ha torpaq sahəsi İddiaçı məxsusdur və onun 01.01.2019-cu il tarixə bələdiyyəyə torpaq, əmlak və icarə borcu yoxdur. -Gədəzeyxur bələdiyyəsinin 25.11.2019-cu il tarixli 147 saylı arayışından görünür ki, İddiaçı Nəsrdə oğlunun Qusar rayon Gədəzeyxur bələdiyyəsi ərazisində 0.24 ha torpaq sahəsi mövcuddur, həmin torpaq sahəsinə islahat zamanı 0.20 ha JN-451F saylı şəhadətnamə işlənilmişdir. Faktiki olaraq islahat zamanı vətəndaşın həyətyanı torpaq sahəsindən zəbt olunmuş torpaq sahəsinə görə pay torpağından 0.18 ha torpaq sahəsi çıxılmışdır. -JN 0172 kod 30107018 saylı dövlət aktından görünür ki, həmin akt Qusar rayon Aqrar islahat Komissiyasının 25 dekabr 1999-cu il tarixli 14/3 saylı qərarı ilə İddiaçıdin oğlu və onun ailə üzvlərinə verilmiş 1.89 hektar torpaq sahəsinə dair verilmişdir. Məhkəmənin sorğusuna əsasən Qusar rayon Gədəzeyxur kənd İƏDN tərəfinfən verilmiş 13 nömrəli 19.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, Gədəzeyxur kənd sakini olmuş mərhum X7 05 iyul 2013-cü il tarixdə vəsiyyətnamə ilə öz daşınmaz əmlaklarını oğlu İddiaçı vəsiyyət etmişdir. 13 dekabr 2019-cu il tarixdə İddiaçı nümayəndəlikdən mərhum atası X17 vərəsələri barədə arayış alaraq Qusar rayon Məhkəməsinə təqdim edilmişdir. Yuxarıda sadalanan sənədlərdən başqa Gədəzeyxur İƏD tərəfindən həmin şəxslərə heç bir sənəd təqdim edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı 2019-cu ilin yanvar ayında cavabdeh inzibati orqana müraciət edərək 0,24 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasını xahiş etmiş, həmin ərizə cavabdeh inzibati orqana 01.02.2019-cu il tarixdə daxil olmuş, lakin cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə qeyd edir ki, Qusar rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı Qusar rayonu Gedəzeyxur kəndində 1979-cu ildə fərdi yaşayış evi olmuş, qanuni istifadəsində isə 0.125 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmin kənddə aqrar islahatları aparılarkən vətəndaşların həyətyanı torpaq sahələrinin inventarizasiyası aparılmış və həmin vaxt İddiaçı istifadəsində sənəd üzrə 0.125 ha, faktiki olaraq isə 0.24 ha olması müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi 03.02.2020-ci il tarixli qərardadında qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iş materiallarına əlavə edilmiş arxiv arayışlarında göstərilən 0.125 ha, təsərrüfatbaşına kitabdan çıxarışda göstərilən 0.125 ha torpaq sahəsi ilə anası tərəfindən iddiaçıya vəsiyyət edilən 0.24 ha torpaq sahəsinin eyni və ya ayrı-ayrı torpaq sahələrinin olub-olmaması aydınlaşdırılmalıdır. Məhkəmə araşdırması zamanı iddiaçı izah etdi ki, təsərrüfatbaçına kitabdan çıxarışda və arxiv arayışlarında göstərilən 0.125 ha torpaq sahəsi ilə anası tərəfindən ona vəsiyyət olunan 0.24 ha torpaq sahələri eynilik təşkil edir. Vəsiyyətnamədə 0.240 ha torpaq sahəsi onun faktiki istifadəsində olan cəmi torpaq sahəsinin ölçüsü göstərilmişdir. Hımin kınddı onun cəmi 0.240 ha həyətyanı torpaq sahəsi, o cümlədən sənəd üzrə 0.125 ha vardır. Məhkəmə hesab edir ki, cavabdeh izniabti orqanın əvvəlki imtina cavabında göstərdiyi dəlil, yəni mübahisəli torpaq sahəsinə dair başqa şəxslərin adına şəhadətnamə olması barədə əsası məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə aradan qalxmışdır. Bundan sonra cavabdeh tərəfindən hər hansı imtina bildirişi verilməmiş, eyni zamanda iddiaçının müraciəti də cavabsız saxlanılmışdır ki, bununla da cavabdeh hərəkətsizliyə yol vermişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq -6- təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər : kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış (2.3); yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri (2.5) torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının tələbinin sənəd üzrə istifadəsində olan 0.125 ha torpaq sahəsi üzərində mülkiyyət hüuquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair hissəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qalan 0.115 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına dair hissəsi ayrıca qərardadla mümkün sayılmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayon Orconikidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə İddiaçı ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar