Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1502/2021 14.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialına qarşı “1984-cü ilin avqust ayından 31.08.1995-ci ilə qədər Qubadlı rayon Yol İdarəsində rəngsaz peşəsində işlədiyi dövrlərin sosial sığorta stajı hesab edilməsi” tələbinə dair inzibati işə Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialına qarşı Qubadlı Rayon Məhkəməsinə müraciət edərək “1984-cü ilin avqust ayından 31.08.1995-ci ilə qədər Qubadlı rayon Yol İdarəsində rəngsaz peşəsində işlədiyi dövrlərin sosial sığorta stajı hesab edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2(028)-350/2021 saylı qərardadına əsasən iş aiddiyyatı üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. 12.07.2021-ci il tarixdə Qubadlı Rayon Məhkəməsinin hakimi Vladimir Ruvinov məhkəməyə yazılı vəsatət ünvanlayaraq həmin məhkəmənin 16.06.2021-ci il tarixli, 2(028)-350/2021 saylı qərardadından apellyasiya şikayəti daxil olduğundan işin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, vəsatət təmin edilməli və iş Qubadlı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi Filialına qarşı “1984-cü ilin avqust ayından 31.08.1995-ci ilə qədər Qubadlı rayon Yol İdarəsində rəngsaz peşəsində işlədiyi dövrlərin sosial sığorta stajı hesab edilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə Qubadlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1502/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1502/2021
14.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver