Məhkəmə qərarları › İş №2-1(118)-1503/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1503/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1503/2022 19.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 RAmiz qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Abşeron rayon XDS İK-nin 361 saylı qərarına vı sovxozunfəal qulluqçularnın mənzil şəraiyini yaxşılaşdırmaq üçün ayrılmış Komissiyanın xx.xx.1989-cu il tarixli 03 saylı iclas protokolu ilə ayrılmış 0,12 ha torpaq sahəsinə dair plan-ölçü (cizginin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müqraciət edərək Abşeron rayon XDS İK-nin 361 saylı qərarına və sovxozun fəal qulluqçularnın mənzil şəraiyini yaxşılaşdırmaq üçün ayrılmış Komissiyanın xx.xx.1989-cu il tarixli 03 saylı iclas protokolu ilə ayrılmış 0,12 ha torpaq sahəsinə dair plan-ölçü (cizginin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya İddiaçı Abşeron rayon XDS İK-nin 361 saylı qərarına və sovxozun fəal qulluqçularnın mənzil şəraiyini yaxşılaşdırmaq üçün ayrılmış Komissiyanın xx.xx.1989-cu il tarixli 03 saylı iclas protokolu ilə ayrılmış 0,12 ha torpaq sahəsi ayrılmışdır. Lakin torpaq sahəsinin sxemi verilmədiyindən mülkiyyət hüququnu qeydə aldıra bilmir. Cavabdeh öz cavabında fərqli koordinatlarla yerquruluşu planının tərtib edildiyini bildirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin nümayəndəsi səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, torpaq sahəsinin bölşü sxeminin rayon icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səlahiyyət əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, daha sonra isə Əmlak Məsələləri Dövlət Komitəsinə aid olmuşdur. bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Abşeron rayon Dövlət Arxivindən verilmiş arxiv çıxarışından görünür ki, Abşeron rayonu Məmmədli Tərəvəzçilik-südçülük sovxozu üzrə xx.xx.1989-cu il tarixli 07 saylı əmri ilə İddiaçı 0.12 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü madəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. ( 4.1, 5.1, 5.2, 6.1 və 6.2-ci bəndləri) İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçıya qanunvericiliyə uyğun olaraq Abşeron rayonu Məmmədli Tərəvəzçilik-südçülük sovxozu üzrə Abşeron rayon XDS İK tərəfindən 0,12 ha torpaq sahəsi ayrılmışdır, torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir və sərhədləri məlumdur. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasını istəyir. Lakin iddiaçı bu məzmunda deyil, torpaq sahəsinin dair eskzin (cizginin) verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia qaldırmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» qanunvericilikdə torpaq sahəsinə dair hüquqların qeydə alınması üçün təqdim edilməsi tələb edilən sənədlər arasında eskiz (cizgi) adlı sənəd nəzərdə tutulmamışdır və bu iddianın təmin edilməsi nəticəsində iddiaçı arzuladığı məqsədə çata bilməyəcək və əlavə vaxt itkisinə məruz qalacaqdır. Belə ki, torpaq sahəsinin bölgü sxemi və ya plan-cizgisi bağ sahəsinin faktiki yerləşmə yerinə uyğun situasiya planıdır və əgər torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyildirsə, mərzçəkmə qaydasında torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsi, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün verilə bilər. Lakin iddiaçıya ayrılmış torpaq sahəsi naturada ayrılaraq ona təhvil verilib və onun faktiki istifadəsindədir, döngə nöqtələri bəllidir. Belə olan halda, iddiaçı hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən, torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün DƏDRX-nin Ərazi İdarəsinə müraciət etməlidir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir və həmin Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, 3.0.29-cu bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrinə aid edilmişdir. 5 “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı torpaq sahəsinə dair mülkiyyət hüqüqlarının qeydə alınması üçün DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciət etməli və həmin torpaq sahəsinə dair torpağın yerquruluşu barədə sənədin arxiv sənədlərində olub-olmaması inzibati icraat çərçivəsində yoxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı Abşeron rayon XDS İK-nin 361 saylı qərarına vı sovxozunfəal qulluqçularnın mənzil şəraiyini yaxşılaşdırmaq üçün ayrılmış Komissiyanın xx.xx.1989-cu il tarixli 03 saylı iclas protokolu ilə ayrılmış 0,12 ha torpaq sahəsinə dair planölçü (cizginin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar