Məhkəmə qərarları › İş №2-1(118)-1504/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1504/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1504/2022 24.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Ələkbərov Əlağa Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1, X7 oğlunun, X8 oğlunun, X2, Ələkbərov Əlağa Məhəmməd oğlunun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X1, X7 oğlunun, X8 oğlunun, X2, Ələkbərov Əlağa Məhəmməd oğlunun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1504/2022 nömrəli Qərardadı ilə X3, X7 oğlu, X8 oğlu, X4, Ələkbərov Əlağa Məhəmməd oğlu inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən iddiaçının tam mülkiyyətindədir. Həmin mənzildə hazırda: xx.xx.1996-cı il təvəllüdlü X3, xx.xx.1994-cü il təvəllüdlü X7 oğlu, xx.xx.1992-ci il təvəllüdlü X8 oğlu, xx.xx.1972-ci il təvəllüdlü X4 və xx.xx.1963-cü il təvəllüdlü Ələkbərov Əlağa Məhəmməd oğlu qeydiyyatdadırlar. Qeyd olunan şəxslər əsassız olaraq iddiaçının xüsusi mülkiyyətində olan mənzildən qeydiyyatdan bu günə kimi çıxmamışdırlar ki, bu da hazırda iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı arayışından da görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X3, xx.xx.1994-cü il təvəllüdlü X7 oğlu, xx.xx.1992-ci il təvəllüdlü X8 oğlu, xx.xx.1972-ci il təvəllüdlü X4; 10.03,1963-cü il təvəllüdlü Ələkbərov Əlağa Məhəmməd oğlu hazırda ünvan 1 ünvanında qeydiyyatda qalmışlar. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə rəsmi müraciət edərək, xx.xx.1996-cı il təvəllüdlü X1, xx.xx.1994-cü il təvəllüdlü X7 oğlunun, xx.xx.1992-ci il təvəllüdlü X8 oğlunun, xx.xx.1972-ci il təvəllüdlü X2 və xx.xx.1963-cü il təvəllüddü Ələkbərov Əlağa Məhəmməd oğlunun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, lakin Sumqayıt şəhər Polis İdarəsi ona xx.xx.2022-ci il tarixli 123-9797M-3222 nömrəli məktubla imtina cavabı vermişdir. “Azərbaycan” mənzil-tikinti kooperativinin verdiyi xx.xx.2022-ci il tarixli 12 nömrəli arayışında göstərilir ki, X3, X7 oğlu, X8 oğlu, X4 və Ələkbərov Əlağa Məhəmməd oğlu qeydiyyatda olsalar da, ünvan 4 ünvanında yerləşən mənzildə yaşamırlar, köçüb getmişlər. xx.xx.1996-cı il təvəllüdlü X3, xx.xx.1994-cü il təvəllüdlü X7 oğlu, xx.xx.1992-ci il təvəllüdlü X8 oğlu, xx.xx.1972-ci il təvəllüdlü X4 və xx.xx.1963-cü il təvəllüdlü Ələkbərov Əlağa Məhəmməd oğlu iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olsalar da, həmin mənzildə yaşamır və iddiaçının yaşayış sahəsinə əmlak hüquqlarının mövcud olması barədə hər-hansı bir sübüt mövcud deyildir. X3, X7 oğlu, X8 oğlu, X4 və Ələkbərov Əlağa Məhəmməd oğlu əsassız olaraq bu günədək mənzildə qeydiyyatda qalmışdır. Qeyd olunan şəxslərin yaşamadığı halda, iddiaçının iradəsinə zidd olaraq mülkiyyətçisi olduğu mənzildə qeydiyyatda qalmaları ona bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, iddiaçının məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və iddiaçının xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ələkbərov Əlağa Məhəmməd oğlu iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılmalarına etirazlarının olmadığını bildirdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və üçüncü şəxslərdən Ələkbərov Əlağa Məhəmməd oğlu gəlmiş, cavabdehin nümayəndəsi və digər üçüncü şəxslər isə gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli arayışdan və Sumqayıt şəhər İcra Hakimiyyətinin “Azərbaycan” mənzil-tikinti kooperativinin verdiyi xx.xx.2022-ci il tarixli 12 nömrəli arayışında görünür ki, X3, X7 oğlu, X8 oğlu, X4, Ələkbərov Əlağa Məhəmməd oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar, lakin yaşamırlar, köçüblər. İş materiallarında olan iddiaçı ilə Ələkbərov Əlağa Məhəmməd oğlu arasında xx.xx.2021-ci il tarixdə bağlanmış № GMİP-00041-14/21A nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən İddiaçı mübahisəli mənzili almışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, iddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 İddiaçı məxsusdur. Həmin mənzildə hazırki iş üzrə üçüncü şəxslər X3, X7 oğlu, X8 oğlu, X4, Ələkbərov Əlağa Məhəmməd oğlu da qeydiyyatdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Ələkbərov Əlağa Məhəmməd oğlu məhkəmə qərarı ilə qeydiyyatdan çıxarılmalarına etirazlarının olmadığını bildirdi. Beləliklə iş üzrə üçüncü şəxslərin sözügedən mənzildə qeydiyyatları formal xarakter daşıyır və onlar həmin mənzildə yaşamırlar. Bu halda qeydiyyatda olan şəxslərin yaşayış sahəsindən çıxarılmasından cavabdehin imtinası əsassız olmuşdur. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında iddiaçının əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı iddiaçının yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün iddiaçının yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müracitəinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1, X7 oğlunun, X8 oğlunun, X2, Ələkbərov Əlağa Məhəmməd oğlunun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1, X7 oğlunun, X8 oğlunun, X2, Ələkbərov Əlağa Məhəmməd oğlunun ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar