Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1507/2024 23.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı2 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıların ümlkiyyətindədir. X4 İddiaçı2 keçmiş həyat yoldaşıdır. Onların arasnda bağlanmış nikah Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırda iddiaçılar evi özgəninkiləşdirmək istəyirlər, lakin üçüncü şxsin qeydiyyatda olması onların hüquqlarını məhdudlaşdırır. Bununla bağlı onlar müvafiq xahişlə cavabdeh inzibati orqana müraciət etmişlər, lakin cavabdeh imtina cavabı verərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh Sumqayıt şəhər Polis İdarəsi iddiaçının müraciətinə cavab məktubunda bildirilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsinə istifadə hüququna xitam verildikdə və yaşayaş sahəsindən çıxarıldıqda şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarıla bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X4 iddianı qəbul etmədi və izah etdi ki, o, 1988-ci ildə qeydiyyatda olduğu ünvan 1 ünvanda yerlşən fərdi yaşayış evinə gəlin gəlmiş və 2022-ci ilə qədər həmin evdə yaşamışdır. İddiaçı2 ilə aralarında nikah pozulduqdan sonra o, yaşayış sahəsinsdən istifadə hüququnun tanınması və köçürmə barədə iddia qaldırmışdr. Həmin məhkəmə mübahisəsinin nəticəsi onların arasında barışıq sazişi bağlanmaqla iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinin şərtlərinə görə İddiaçı2 Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivində inşa edilmiş 28 saylı küçənin 2 saylı yaşayış binasında 177 nömrəli mənzili və Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.0106 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsi və üzərində olan evlə birlikdə onun adına rəsmiləşdirilməli, bunun müqabilində o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququn tanınması və mənzilə köçürmə barədə və birgə nikah dövründə əldə edilmiş avtomobilinə dair tələbindən imtina edəcəkdir və həmin ünvanda yerləşən cehiz əmlaklarının satılmasına maneçilik törətməyəcəkdir. Lakin İddiaçı2 barışıq sazişinin şətlərinə tam əməl etməmişdir. Bu səbəbdən o, mübahisə predmeti olan evdən qeydiyyatdan çıxmaqdan imtina edir. Məhkəmə İddiaçı2 və üçüncü şəxsin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş Quba rayon Məghkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2002/2022 saylı qərardadından görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı2 oöluna qarşı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə istifadı hüququnun tanınmasına dair ididası üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması əsası ilə xitam verilmişdir. Məhkəmə tərəfindən təsdiq edilmiş barışıq saziinin məzmunundan göründüyü kimi İddiaçı2 Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF Park” yaşayış massivində inşa edilmiş 28 saylı küçənin 2 saylı yaşayış binasında 177 nömrəli mənzili və Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.0106 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra torpaq sahəsi və üzərində olan evi X3 adına rəsmiləşdirilməli, bunun müqabilində o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququn tanınması və mənzilə köçürmə barədə və birgə nikah dövründə əldə edilmiş avtomobilinə dair tələbindən imtina edəcəkdir və həmin ünvanda yerləşən cehiz əmlaklarının satılmasına maneçilik törətməyəcəkdir. Məhkəmə iclasında iddiaçı və üçüncü şəxs X4 izah etdilər ki, Abşeron rayonu Qobu qəsəbəsində yerləşən 0.0106 ha torpaq sahəsi iddaçı tərəfindən A.Rzayevaya özgəninkiləşdirsə də, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi özgəninkiləşdirilməmişdir. İddiaçı bunu onunla izah etdi ki, evin sənədlərində problemlər yarandığı üçün sənədləşdirməni başa çatdıra bilməmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi üçüncü şəxs A.Rzayevanın yaşayış sahəsindən istifadə hüququnun tanınması ümumi məhkəmədə mübahisə predmeti olmuşdur və tərəflər müəyyən şərtlərlə barışıq sazişi bağlamışlar. Bununla İddiaçı2 dolayısı yolla A.Rzayevanın həmin evdən istifadə hüququnun olmasını etiraf etmişdir. Hər bir halda məhkəmə hesab edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı var və hazırda həmin barışıq sazişinin şərtlərinə tam əməl olunmaması aşkardır. Belə olan halda üçüncü şəxsin inzibati məhkəmə icraatı qaydasında qeydiyyatdan çıxarılmasına dair qaldrılımış iddia mümkün sayılmamalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3-cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, mənzildən istifadə hüququnun itirilməsi və ya xitam verilməsinə dair iddialar mülki hüquq münasibətlərindən yarandığından inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 17-ci bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1507/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1507/2024
23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver