Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-151/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi , X7 Mövlətxan oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 190 №-li qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına 0,12 ha torpaq sahəsini və bundan əlavə 0,12 ha torpaq sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1988-ci il tarixli 190 №-li qərarına əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına 0,12 ha torpaq sahəsini və bundan əlavə 0,12 ha torpaq sahəsinin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-184/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-333/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-184/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 Azərbaycan SSR Nazirlər Sovetimin xx xxx 1988-ci il tarixli 190 №-li qərarına əsasən Sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından 0,12 ha torpaq sahəsi ölçülüb təhkim edilmişdir. Ondan əlavə iddiaçıya da 0, 12 ha torpaq sahəsi ayrılmışdır. Buna dair Sündü kənd icra nümayəndəliyinin 1996-2000-ci illərə aid təsərüftbaşına kitabın 129-cu səhifəsində qeydiyyat aparılmışdır. İddiaçı bildirmişdir ki, 2017-ci ilin aprel ayına qədər həmin torpaq sahəsində əkin sahəsi kimi istifadə edərək Noxud əkmişdir. Hətta əkin sahəsini dəmir setkadan çəpərdə çəkmişdir. Çəpərin kənarlarında iyirmidən çox meyvə ağacları əkmişdir. 8x4-ə bir otaqlı tikili də var idi. Lakin 2017-ci ilin iyun ayında Sündü kənd əələdiyyəsinin sədri X6, X3 və X8 qanunsuz olaraq iddiaçıya məxsus torpaq sahəsindəki çəpəri sökmüşdürlər. Ondan əlavə həmin sahəni Sündü kənd bələdiyyəsinin sədri X6 qanunsuz olaraq başqa şəxsə satmışdır. İddiaçı qeyd etmişdir ki, özü 30 ildən çoxdur ki, dövlətə xidmət edir. Ailəlidir və dörd övladı var. Bir oğlu hazırda hərbi xidmətdədir. Belə ki, xx.xx.2018-ci il tarixində Qobustan rayonu Sündü kənd Bələdiyyəsinə müraciət etməsinə baxmayaraq indiyə qədər müraciətinə cavab verilməmişdir. Bu baxımdanda məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Torpaq üzərində xüsusi mülkiyyət hüququnun 49.1-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəllənin 49.2-ci maddəsinin tələbinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 48-ci maddəsində Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 48.2-ci maddəsində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin məcəllənin 48.4-cü maddəsində torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 48.5-ci maddəsində torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqularını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçı iştirak etmiş, iddia ərizısinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə iştirak etməmiş, işə cavabdehin iştirakı olmadan baxılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Digər hüquq və azadlıqlarla yanaşı, mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. «Bələdiyyə torpaqlarını idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasn müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Qanunun 25-ci maddəsində müəyyən edilmiş Keçid müddəalarına əsasən Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi respublikada bələdiyyələr yaranan zaman müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən müvafiq orqanlara sorğular edilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya Qobustan rayon X5 xx xxx 1997-ci il tarixli 22 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.14 ha torpaq sahəsi ayrılıb, JN: 00xx xxx 30700038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Aqrar islahat zamanı vətəndaşların qanuni istifadələrində olan torpaq sahələrinin müvafiq X5 qərarına əsasən dövlət qeydiyyatı aparılsada iddiaçının yuxarıda qeyd olunan hüquqdan başqa hüququnun dövlət qeydiyyatına alındığı müəyyən olunmamışdır. Mübahisə edilən torpaqdan 0.1 ha torpaq sahəsi xx xxxxxx 2017-ci ildə Qobustan rayon Sündü Bələdiyyəsi tərəfindən X1, həmin şəxsin dövlət reystrində mülkiyyət hüququ qeydə alınmışdır. Göründüyü kimi müvafiq torpaq sahəsinə üçüncü şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı üçün hazırkı iddianın təmin edilməsi praktiki olaraq mümkün deyil. Bundan başqa məhkəmə hesab edir ki, bələdiyyələr onların mülkiyyətində olan torpaq sahələrinin qanunvericilikdə göstərilməyən əsaslarla digər şəxsin istifadəsinə verməsi qanunsuzdur və bu da iddianın təmin edilməsini istisna edir. Məhkəmə qeyd edir ki, iddiaçı 1997-ci ildə aqrar islahat aparılan zaman onun hüquqlarının düzgün qeydə alınmasını tələb etmək imkanı olmuşdur. İddiaçı ərizəsində qeyd edir ki, atası X4 Azərbaycan SSR Nazirlər Sovetimin xx xxx 1988-ci il tarixli 190 №-li qərarına əsasən Sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabından 0,12 ha torpaq sahəsi ölçülüb təhkim edilmişdir. Ondan əlavə iddiaçıya da 0, 12 ha torpaq sahəsi ayrılmışdır. Lakin bu halı təsdiq edən arxiv sənədləri mövcud deyil. İddiaçıya və onun atasına torpaq sahəsinin ayrılması və aqrar islahat aparılan zamanı həmin sahələrin nəzərə alınmamasını iddiaçı sübut etdiyi halda isə, həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb edilə bilrər. Aqrar islahat zamanı özəlləşdirilməyən torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi satılması bu hüquq müdafiyə vasitəsinidə istisna edir. Bu halda iddiaçı bələdiyyənin satdığı torpaq sahəsinin aqrar islahat aparılan zaman onun qanuni istifadəsində olduğunu və aqrar islahat aparılan zaman onun hüquqlarının pozulduğunu sübut edərək, həmin torpaqla bağlı aparılmış bələdiyyə qərarlarını mübahisələndirə bilər. İddiaçıya izah edilsin ki, iddianın uğurluluq ehtimalınıda nəzərə alaraq, yuxarıda qeyd olunan digər hüququ müdafiyə vasitələrindən istifadə edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-151/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-151/2020
25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver