Məhkəmə qərarları › İş №2-1(118)-151/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-151/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-151/2021 18.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı əmlakın siyahıya alınması haqqında 05.03.2020-ci il tarixli **********39 saylı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakın siyahıya alınması haqqında 05.03.2020-ci il tarixli **********39 saylı qərarın ləğv edilməsi barədə barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək vergi ödəyicisinin mübahiəsləndirilən qərar üzrə ödvlət büdcəsinə vergi borcunun olmamasını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əssən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanının istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtina etməsi əsası ilə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı əmlakın siyahıya alınması haqqında 05.03.2020-ci il tarixli **********39 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar