Məhkəmə qərarları › İş №2-1(118)-151/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-151/2023

26.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-151/2023 26.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 və X1 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.25 ha torpaq sahəsi və digər daşınmaz əmlaklar üzərində X1 hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınmış mülkiyyət hüquqlarının iddiaçıya aid hissədə qanunsuz hesab edilərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 saylı qərarı ilə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F, KOD 30214018 saylı şəhadətnaməyə iddiaçının adı bərpa edilərək, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, “X2 və X1 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 həmin normaya uyğun olaraq müvafiq yardım edilmiş və iddia tələbinin dəqiqləşdirilməməsinin iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçının nümüyəndəsi və vəkili iddia ərizəsinə məhkəməyə təqdim edilmiş qaydada baxılaraq, yekun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 və X1 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbi ““Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” hissəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbinin birinci hissəsi X2 və X1 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsindən, digər hissəsi isə bu şəhadətnamə əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsindən ibarətdir. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Qərarın 10.1-ci maddəsinə əsasən bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, hazırkı şərtlərdə iddiaçının tələbi ““Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” hissəsində mümkün sayılmamalıdır. Belə ki, qeyd edilən çıxarışın verilməsinə əsas olmuş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamə olmuşdur. Məhkəmə tərəfindən Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamə məhkəmə qərarına əsasən ləğv edildiyi və məhkəmə qərarı qanuni qüvvəyə mindiyi halda, çıxarışın verilməsinə əsas olmuş sənəd də öz qüvvəsini itirmiş olacağından, həmin çıxarış da etibarsız hesab olunacaqdır. Yalnız məhkəmə qərarı qüvvəyə mindikdən sonra iddiaçı cavabdeh orqana “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın ləğv edilməsi ilə bağlı müraciət edə bilər. Cavabdeh orqan çıxarışı ləğv etmədiyi təqdirdə iddiaçı qeyd olunan tələblə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” hissəsində mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 və X1 adının qeyd olunduğu “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” tələbi “ “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280F KOD 30214018 saylı şəhadətnamənin əsasında verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********16-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarışın (qeydə alınmış hüquqların) torpaq sahəsinə dair hissədə ləğv edilməsi” hissəsində mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar