Məhkəmə qərarları › İş №2-1(118)-151/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-151/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-151/2024 21.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yeni plan və ölçü sənədinin verilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı **********51 reyestr nömrəli, ********* qeydiyyat nömrəsi, xx.xx.2006 qeydiyyat tarixli, MH seriyalı, ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan 0,24 ha torpaq sahəsinin plan və ölçü sənədlərindəki koordinatlar Çiləgir Bələdiyyəsi tərəfindən kəndin perspektiv inkişafına aid ərazidən X6 və X10 Qusar- Ləzə yolunun şimal hissəsində ilkin torpaqayırma sənədlərinə əsasən fərdi ev tikintisi üçün ayrılmış torpaq sahələrinin koordinatları naturaya uyğunlaşdırılmaqla İddiaçı yeni plan və ölçü sənədinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, **********51 reyestr nömrəli, ********* qeydiyyat nömrəsi, xx.xx.2006 qeydiyyat tarixli, MH seriyalı, ******* saylı Çıxarışa əsasən mülkiyyətində olan 0,24 ha torpaq sahəsinin plan və ölçü sənədlərindəki koordinatlar Çiləgir Bələdiyyəsi tərəfindən kəndin perspektiv inkişafına aid ərazidən X6 və X10 Qusar-Ləzə yolunun şimal hissəsində ilkin torpaqayırma sənədlərinə əsasən fərdi ev tikintisi üçün ayrılmış torpaq sahələrinin koordinatları naturaya uyğunlaşdırılmaqla İddiaçı yeni plan və ölçü sənədinin verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 2006-ci il tarixində X6 və X10 Çiləgir Bələdiyyəsi tərəfindən yaşayış məntəqəsinə aid həyətyanı torpaq sahəsindən 0,24 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi satılarkən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən torpaq sahələrinə Plan-ölçü sənədi tərtib olunmuşdur. Həmin sənədlər əsasında torpaq sahəsinə X7 adına AR DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli, xx.xx.2006 tarixli Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Sonradan xx.xx.2006-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 alqı-satqı yolu ilə həmin 0,24 ha torpaq sahəsini İddiaçı satmışdır. Alqı-satqı müqaviləsinə əsasən İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 Saylı Xaçmaz Rayon Ərazi İdarəsindən həmin torpaq sahəsinə **********51 reyestr nömrəli, xx.xx.2006 qeydiyyat tarixli Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Bağ evi tikmək qərarına qəldikdə iddiaçı icazə almaq üçün Qusar rayon İcra Hakimiyyətinə müraciət etmişdir. İcra Hakimiyyətində sənədlər və torpaq sahəsinin yerləşmə yeri yoxlanılarkən müəyyən olunmuşdur ki,iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə onun hüquqi sənədləri arasında uyğunsuzluq möcuddur. Bundan sonra iddiaçı uyğunsuziuğun nədən ibarət olmasını dəqiqləşdirmək məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsi 5 Saylı Xaçmaz Rayon Ərazi İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən 05 avqust 2022-ci iltarixli **********55 saylı məktubla bildirilmişdir ki, onun mülkiyyətində olan 0,24 ha torpaq sahəsi **********51 reyestr nömrəli çıxarışla vətəndaşlar X2 və X7 adına verilmişdir. Həmin vətəndaşlrın torpaq sahəsi üzərində mülkiyyət hüquqları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən işlənərək təqdim olunmuş planı və ölçüsü sənədi üzəridə qeyd olunmuş koordinatlar əsasında qeydiyyata alınmışdır. Sözügedən planı-ölçüsü sənədində olan koordinatlar sürüşmə ilə işlənilmiş və Qusar-Ləzə yolunun üzərində yerləşir. (...) Belə ki, həmin sənədlər hazırlanarkən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin aidiyyəti qurmlan tərəfindən torpaq sahəsinə plan-ölçüsü sənədində torpaq sahəsinin koordinatlarını düzgün yazılmamışdır. Eyni zamanda həmin torpaq sahəsinin alqı-satqısından sonra da Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 Sayh Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilən sənədlərdə də həmin uyğunsuzluqlar təkrar olunmuşdur. İddiaçı tərəfindən məsələnin dəqiqləşdirilməsi araşdırılması nəticəsində bilinmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin Kadastr planı Çiləgir Bələdiyyəsi tərəfindən X15ma və X11 ayrılmış və tərtib edilmiş Plan 1-də göstərilən plan-ölçülərlə ziddiyət yaradır və uyğun gəlmir. X6 və X10 torpaq sahəsi üzərinə mülkiyyət hüquqlarını qeyd etdiqdə və plan-ölçü sənədi üzərində işlənərək sözügedən plan-ölçü sənədində, yəni Kadastr planında. Dövlət Torpaq və Xaritəçəkə Komitəsi tərəfində koordinatlar sürüşmə ilə işlənmiş və Qusar-Ləzə yolunun üzərinə düşür. Halbuki, Çiləgir Bələdiyyəsi tərəfindən həmin vətəndaşlara satılmış və DT və XK Qusar rayon Şöbəsi tərəfindən tərtib edilmiş Plana uyğun olaraq həmin torpaq sahəsi Qusar-Ləzə yolunun üzərində yox, yaşayış məntəqələrinin torpaqlarda yerləşirdi. Çiləqir kəndi ünvanda yerləşən **********51reyestr saylı çıxarışdakİ koordinatların naturada dəqiqləşdirilməsinə dair ərizə ilə iddiaçı 20 iyul 2022-ci il tarixdə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 Saylı Xaçmaz Rayon Ərazi İdarəsinə müraciət etmişdir ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 Saylı Xaçmaz Rayon Ərazi İdarəsinin 05 avgust 2022-ci il tarixli, **********55 nömrəli cavab məktubunda göstərilmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, -**********51 reyestr nömrəli Çıxarış vətəndaşlar X13 və X3 alqı-satqı yolu ilə alınmış 0.24 ha torpaq sahəsinə verilmişdir; -həmin vətəndaşlənn torpaq sahəsi üzərində mülkiyyət hüquqları ləğv edilmiş DT və XK tərəfindən işlənərək təqdim olunmuş plan-ölçü sənədi üzərində qeyd olunmuş koordinatlar əsasında qeydiyyata alınmışdır; -sözügedən plan-ölçü sənədində olan koordinatlar sürüşmə ilə işlənmiş və Qusar- Ləzə yolunun üzərində yerləşir; -lakin plan-ölçü sənədinin verilməsinə əsas olan ilkin torpaqayırma sxemlərində göstərilən torpaq sahəsi Qusar-Ləzə yolunun şimal hissəsində qeyd edilmişdir. Sizin faktiki istifadə etdiyiniz 0.24 ha torpaq sahəsi həm plan-ölçü sənədinin koordinatlarına, həm də ilkin torpaqayırma sxemlərinə uyğun deyildir və xüsusi mülkiyyətdə olan ərazidir. Bununla da subuta yetirilir ki, iddiaçının günağı olmadan, Dövlət torpaq və xaritəçəkmə Komitəsinin günahın (hərəkətliyin) ucbatından plan-ölçü sənədində olan koordinatlar sürüşmə ilə işlənmiş və ilkin torpaqayırma sxemə uyğun gəlmir. Bu da faktiki olaraq inzibati orqanın mütəxəssislərin səhlənkarlığın nəticəsidir. İddiaçı,torpaq sahəsini alarkən, X1 Bələdiyyəsinin nümayyəndəsi ilə 2006-ci ildə birlikdə və DT və XC mütəxəssisi Çiləgir Bələdiyyəsinin nümayyəndəsi ilə birlikdə 2007-ci ildə iddiaçıya ilkin torpaqayırma sxemlərinə uyğun iddiaçı alan torpaq sahəsinin yerləşdiyi yeri və nöktələrini göstərmişdirlər. İddiaçı həmin nöktələrə uyğun olaraq aldığı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 Saylı Xaçmaz Rayon Ərazi İdarəsindən çıxarış aldıqdan sonra torpaq sahəsini 0,80 sm hündürlüyündə daş hasarla hasarlamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Qusar rayonu Çiləgir kəndiərazisində yerləşən 0.24 haforpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdırilməsilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: ‘‘Bununla əlaqədar bildiririk ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən məlum olmuşdur ki, **********51 reyestr nömrəli Çıxarış vətəndaşlar X13 və X3 alqı-satqı yolu ilə alınmış 0.24 ha torpaq sahəsinə verilmişdir. Həmin vətəndaşların torpaq sahəsi üzərində mülkiyyət hüquqları ləğv edilmiş DT və XK tərəfindən işlənərək təqdim olunmuş plan-ölçü sənədi üzərində qeyd olunmuş koordinatlar əsasında qeydiyyata alınmışdır. Sözügedən plan-ölçü sənədində olan koordinatlar sürüşmə ilə işlənmiş və Qusar-Ləzə yolunun üzərində yerləşir. Lakin plan-ölçü sənədinin verilməsinə əsas olan ilkin torpaqayırma sxemlərində göstərilən torpaq sahəsi Qusar-Ləzə yolunun şimal hissəsində qeyd edilmişdir. Sizin faktiki istifadə etdiyiniz 0.24 ha torpaq sahəsi həm plan-ölçü sənədinin koordinatlarına və həm də ilkin torpaqayırma sxemlərinə uyğun deyildir və xüsusi mülkiyyətdə olan ərazidir." Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Qusar rayon Çiləgir Bələdiyyəsinin 16 mart 2006-cı il tarixli 09 saylı Qərarı ilə X6 xüsusi mülkiyyətə ayrılan fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin kadastr planı iş materiallana əlavə edilmişdir. Qusar rayon Çiləgir Bələdiyyəsinin 16 mart 2006-cı il tarixli 09 saylı Qərarı ilə X11 xüsusi mülkiyyətə ayrılan fərdi yaşayış evinin tikintisi üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin kadastr planı, MH seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iş materiallana əlavə edilmişdir. MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi 280603993, qeydiyyat tarixi xx.xx.2006-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Qusar rayon, Çiləgir kəndi ərazisində 0.24 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Daşınmaz əmlakın texniki pasportu iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Sumqayıt İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(118)- 638/2023 saylı məktubu ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşunmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı **********51 nömrəli, 28.09,2006 qeydiyyat tarixli çıxarışa əsasən verilmiş kadastr planı və torpaq sahəsinin koordinatlarının Çiləgir Bələdiyyəsi tərəfindən X6 və X10 ayrılmış və tərtib edilmiş Plan 1-də göstərilən plan-ölçülərlə və koordinatlara uyğun verilməsi vəzifəsinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasına dair inzibati işin olması ilə əlaqədar **********51 reyestr nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı qızmın xüsusi mülkiyyətində olan 0.24 ha torpaq sahəsinə tərəfimizdən naturada müayinə baxışı keçirilmişdir, məlum olmuşdur ki, torpaq sahəsi yerdə (naturada) ünvan 1i ünvanda yerləşməklə bir tərəfdən ünvan 2tlı torpaq sahələri ilə əhatə olunmuşdur, 0.6 m-0.8 m hündürlükdə hər tərəfdən mişar daşı hasarı ilə hasara alınmışdır, faktiki 0.277 ha təşkil edir, naturadakı koordinatları ilə sahəyə verilmiş plan və ölçüdəki koordinatları tamamilə fərqlidir və torpaqların elektron kadastr uçot məlumat bazasında həmin torpaq sahəsi JN-49M nömrə ilə (yəni Aqrar İslahat zamanı ayrılmış pay torpaq sahəsinin nömrəsi) digər şəxsə aid kənd təsərrüfatı təyinatlı torpaq sahələri kimi qeydə alınmışdır, kommunikasiya xətləri keçmir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-638/2023 saylı qərardadı ilə iş üzrə mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: -Qusar rayon Çiləgir Bələdiyyəsinin 16 mart 2006-cı il tarixli 09 saylı qərarı ilə X2 adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000003 saylı torpaq sahəsinin kadastr planı üzrə 1200 kv.m torpaq sahəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000004 saylı torpaq sahəsinin kadastr planı üzrə X8 adına verilmiş 1200 kv.m torpaq sahəsinin hər birinin koordinatları reyestr nömrəsi **********51 olan 0.24 ha torpaq sahəsinin koordinatlarına uyğundurmu? - Qusar rayon, Çiləgir kəndində yerləşən 0.24 ha torpaq sahəsinə dair İddiaçı məxsus MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi 280603993, qeydiyyat tarixi xx.xx.2006-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə koordinatlar X9 adına verilmiş MH seriyalı, ******* saylı çıxarış üzrə koordinatlara uyğundurmu? -İddiaçının xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 aldığı torpaq sahəsinin koordinatları Çiləgir bələdiyyəsi tərəfindən verilmiş ilkin sənədlərə uyğundurmu? (yerquruluşu planından çıxarış üzrə) -İddiaçının xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 aldığı torpaq sahəsinin koordinatları Çiləgir bələdiyyəsi tərəfindən verilmiş ilkin sənədlərə-yerquluruluşu planından çıxarışa uyğun deyilsə ilkin sənədlərin koordinatları hara düşdüyü və başqa şəxslərə məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilsin.(müvafiq xəritə və ortofoto görüntülər müvafiq qeydlər aparılaraq rəngli kağız daşıyıcıda məhkəməyə təqdim edilsin) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-7664/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə araşdırmanın nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdir: -Qusar rayonu Çiləgir Bələdiyyəsinin 16 mart 2006-cı il tarixli 09 saylı qərarı ilə X2 adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000003 saylı torpaq sahəsinin kadastr planı üzrə 1200 kv.m torpaq sahəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000004 sayh torpaq sahəsinin kadastrı planı üzrə X8 adına verilmiş 1200 kv.m torpaq sahəsinin hər birinin koordinatları reyestr nömrəsi **********51 olan 0.24 ha torpaq sahəsinin koordinatlarına uyğundur. -Qusar rayon, Çiləgir kəndində yerləşən 0.24 ha torpaq sahəsinə dair İddiaçı qızma məxsus MH seriyalı seriyalı, ******* saylı, reyestr nömrəsi **********5]. qeydiyyat nömrəsi 280603993, qeydiyyat tarixi xx.xx.2006-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə koordinatlar X7 adma verilmiş MH seriyalı ******* saylı çıxarış üzrə koorinatlara uyğundur. -İddiaçının xx.xx.2006-cı İl tarixli alqı-satqı müqaviləsinə əsasən X5 aldığı torpaq sahəsinin koordinatları Çiləgir bələdiyyəsi tərəfindən verilmiş ilkin sənədlərə yəni yerquruluşu planından çıxarış üzrə uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. Qeyd: Hal -hazırda İddiaçı iddia etdiyi 0.24 ha torpaq sahəsinin faktiki koordinatlarını torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə torpaq sahəsinin 0.0092 ha hissəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla həmin 0.0092 ha hissəsinin 0.0037 ha hissəsi digər şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, torpaq sahəsinin qalan 0.2308 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid ərazidə yerləşir. İddiaçı tərəfindən AZGEOMAP MMC-nin xx.xx.2023-cü il tarixli 1805/2023 saylı rəyi məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-151/2024 saylı Qərardadı ilə İş üzrə məhkəmə texniki-yerquruluşu ekspertizası təyin edilmiş, Ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Qusar rayon Çiləgir Bələdiyyəsinin 16 mart 2006-cı il tarixli 09 saylı qərarı ilə X2 adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000003 saylı torpaq sahəsinin kadastr planı üzrə 1200 kv.m torpaq sahəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000004 saylı torpaq sahəsinin kadastr planı üzrə X8 adına verilmiş 1200 kv.m torpaq sahəsinin hər birinin koordinatları reyestr nömrəsi **********51 olan 0.24 ha torpaq sahəsinin koordinatlarına uyğundurmu?

2. Qusar rayon, Çiləgir kəndində yerləşən 0.24 ha torpaq sahəsinə dair İddiaçı məxsus MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi 280603993, qeydiyyat tarixi xx.xx.2006-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə koordinatlar X9 adına verilmiş MH seriyalı, ******* saylı çıxarış üzrə koordinatlara uyğundurmu?

3. İddiaçının xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 aldığı torpaq sahəsinin koordinatları Çiləgir bələdiyyəsi tərəfindən verilmiş ilkin sənədlərə uyğundurmu? (yerquruluşu planından çıxarış üzrə)

4. İddiaçının xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 aldığı torpaq sahəsinin koordinatları Çiləgir bələdiyyəsi tərəfindən verilmiş ilkin sənədlərə-yerquluruluşu planından çıxarışa uyğun deyilsə ilkin sənədlərin koordinatları hara düşdüyü və başqa şəxslərə məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilsin.(müvafiq xəritə və ortofoto görüntülər müvafiq qeydlər aparılaraq rəngli kağız daşıyıcıda məhkəməyə təqdim edilsin)

5. AZGEOMAP” MMC müstəqil şirkəti tərəfindən verildiyi xx.xx.2023 tarixli, 1805/23 nömrəli mütəxəssis rəydə göstərilən koordinatları nəzərə alınmaqla və Qusar rayonu Çiləgir Bələdiyyəsinin 16 mart 2006-ci il tarixli 09 saylı qərarı ilə kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün vətəndaşlar X11 ayrılmış 0,12 ha və X6 ayrılmış 0,12 ha torpaq sahələrinin ilkin torpaqayırma sənədlərə dair DT və XK-nin Qusar rayon şöbəsinin mütəxəssisi R.Mirzəliyev tərəfindən tərtib etdiyi ilkin yerqurluşu planlarda (Plan№l) göstərilən torpaq sahələrinin döngə nöqtələrini nəzərə alınmaqla torpaq sahələrinin yerləşdiyi ərazi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2024-cü il tarixli 3-16-16/2-10/2471 saylı məktubu ilə 31 iyul 2024-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Qusar rayonu Çiləgir Bələdiyyəsinin 16 mart 2006-cı il tarixli 09 saylı qərarı ilə X2 adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000003 saylı torpaq sahəsinin kadastr planı üzrə 1200 kv.m torpaq sahəsinin və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş **********2000004 saylı torpaq sahəsinin kadastr planı üzrə X8 adına verilmiş 1200 kv.m torpaq sahəsinin hər birinin koordinatları reyestr nömrəsi **********51 olan 0.24 ha torpaq sahəsinin koordinatlarına uyğundur.

2. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərian Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Qusar rayonu, Çiləgir kəndində yeriəşən 0.24 ha torpaq sahəsinə dair İddiaçı məxsus MH seriyalı, ******* saylı, reyestr nömrəsi **********51, qeydiyyat nömrəsi 280603993, qeydiyyat tarixi xx.xx.2006-cı il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə koordinatlar X9 adına verilmiş MH seriyalı, ******* saylı çıxarış üzrə koordinatlara uyğundur.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döviət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 aldığı torpaq sahəsinin koordinatları Çiləgir bələdiyyəsi tərəfindən verilmiş ilkin sənədlərə yəni yerquruluşu planından çıxarış üzrə uyğunluğunu müəyyən etmək mümkün olmamışdır.

4. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində bu sual cavablandırılmamışdır.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi mütəxssis rəyində bu sualı cavablandırmamışdır.

Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı fərdi ev tikintisi üçün ayrılmış torpaq sahələrinin koordinatlarının naturaya uyğunlaşdırılmaqla yeni plan və ölçü sənədinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, **********51 reyestr nömrəli çıxarış vətəndaşlar X13 və X3 alqı-satqı yolu ilə alınmış 0.24 ha torpaq sahəsinə verilmişdir. Həmin vətəndaşların torpaq sahəsi üzərində mülkiyyət hüquqları ləğv edilmiş DT və XK tərəfindən işlənərək təqdim olunmuş plan-ölçü sənədi üzərində qeyd olunmuş koordinatlar əsasında qeydiyyata alınmışdır. Sözügedən plan-ölçü sənədində olan koordinatlar sürüşmə ilə işlənmiş və Qusar-Ləzə yolunun üzərində yerləşir. Lakin plan-ölçü sənədinin verilməsinə əsas olan ilkin torpaqayırma sxemlərində göstərilən torpaq sahəsi Qusar-Ləzə yolunun şimal hissəsində qeyd edilmişdir. 0.24 ha torpaq sahəsi həm plan-ölçü sənədinin koordinatlarına və həm də ilkin torpaqayırma sxemlərinə uyğun deyildir və xüsusi mülkiyyətdə olan ərazidir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, mübahisə predmeti torpaq sahəsinin sənəd üzrə koordinatları ilə bağlıdır və sözügedən uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətindədir. Cavabdeh inzibati orqan tərəfindən texniki inventarlaşdırma işləri düzgün aparılmamış, bu da mübahisənin yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması cavabdehin səlahiyyətlərinə aid edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-7664/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində İddiaçı iddia etdiyi 0.24 ha torpaq sahəsinin faktiki koordinatlarını torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə torpaq sahəsinin 0.0092 ha hissəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla həmin 0.0092 ha hissəsinin 0.0037 ha hissəsi digər şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü, torpaq sahəsinin qalan 0.2308 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid ərazidə yerləşdiyi qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı izahatı zamanı torpaq sahəsinin digər şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü 0.0037 ha hissəsində azalmanı qəbul etdiyini bildirmişdir. Torpaq sahəsinin qalan 0.2308 ha hissəsinin isə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid ərazidə yerləşməsi ilə bağlı məhkəmə qeyd edir ki göründüyü kimi, həmin torpaq sahəsinin bir hissəsi (0.0092 ha) və ona bitişik olan qonşu torpaq sahəsi “yaşayış məntəqələri torpaqları” kateqoriyasına aiddir. Təqdim edilmiş ortofoto çıxarışlardan da həmin torpaq sahələrinin kənd təsərrüfatı məqsədi ilə istifadə olunmadığı görünür. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır (2.2-ci bənd). Hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır (2.3.4-cü bənd). Torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır (2.3.5-ci bənd). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Bəhs edilənlərə əsasən, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin koordinatları arasındakı mövcud uyğunsuzluğun aradan qaldırılmasını, torpaq sahəsinin yeni plan və ölçüsünün tərtib edilməsi və verilməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı **********51 reyestr nömrəli, ********* qeydiyyat nömrəsi, xx.xx.2006-cı il qeydiyyat tarixli, MH seriyalı, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan 0,24 ha torpaq sahəsinin plan və ölçü sənədlərindəki koordinatlar (Çiləgir Bələdiyyəsi tərəfindən kəndin perspektiv inkişafına aid ərazidən X6 və X10 Qusar-Ləzə yolunun şimal hissəsində ilkin torpaqayırma sənədlərinə əsasən fərdi ev tikintisi üçün ayrılmış torpaq sahələrinin koordinatları) naturaya uyğunlaşdırılmaqla İddiaçı yeni plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar