Məhkəmə qərarları › İş №2-1(118)-1515/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1515/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1515/2021 29.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Abdullayev küçəsi, ev 26-da yerləşən, sahəsi 32 kv.m olan 2 otaqdan ibarət 7 saylı və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Abdullayev küçəsi, ev 26-da yerləşən, sahəsi 17 kv.m olan 1 otaqdan ibarət 6 saylı mənzillərlə bağlı onunla mənzil kirayə müqavilələrinin bağlanılması və adına orderlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Abdullayev küçəsi, ev 26-da yerləşən, sahəsi 32 kv.m olan 2 otaqdan ibarət 7 saylı və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Abdullayev küçəsi, ev 26-da yerləşən, sahəsi 17 kv.m olan 1 otaqdan ibarət 6 saylı mənzillərlə bağlı onunla mənzil kirayə müqavilələrinin bağlanılması və adına orderlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və onun nümayəndəsinə tələblə bağlı inzibati orqana müraciətin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. İddiaçının nümayəndəsi X2 iddiaçının 1963-cü ildə Samur-Abşeron Su kanalının İstismarı İdarəsinə işə qəbul olunduğunu, 1970-ci ildə işlədiyi idarə tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Abdullayev küçəsi, ev 26-da yerləşən, sahəsi 32 kv.m olan 2 otaqlı 7 saylı mənzilin ayrıldığını, lakin ailə üzvlərinin sayı və ayrılmış mənzilin darlığı nəzərə alınaraq ona həmin binadan sahəsi 17 kv.m olan 1 otaqdan ibarət 6 saylı mənzilində ayrıldığını və 50 ildir ki, həmin mənzildə yaşadıqlarını, sonradan mənzildə yanğın baş verdiyindən mənzillərin iddiaçıya verilməsi ilə bağlı sənədlərin yandığını, həmin mənzillərə order əsasında deyil, iddiaçının işlədiyi müəssisənin MKİ-si tərəfindən verilmiş icazə məktubu əsasında həmin mənzillərə köçdüyünü bildirdi və iddiaya hazırki tələb üzrə olduğu kimi baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Hazırki işdə iddiaçı tərəfindən cavabdeh inzibati orqana sözügedən mənzillərə dair sosial kirayə müqaviləsinin bağlanması ilə bağlı müraciət olunmamışdır. İşə əlavə olunmuş Cavabdeh 05.05.2021-ci il tarixli məktubu sosial kirayə müqaviləsinin bağlanmasından deyil, mənzillərə orderin verilməsindən imtina ilə bağlı məktubdur. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya hüquqi yardım edilərək hazırki qanunvericiliyə əsasən icra hakimiyyətinin order vermək səlahiyyətinin olmadığından cavabdeh orqandan soial kirayə müqaviləsinin bağlanmasını tələb edə bilər. Eyni zamanda kirayə müqaviləsinin bağlanması üçün ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi və ya hərəkətsizlik göstərildiyi halda məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Abdullayev küçəsi, ev 26-da yerləşən, sahəsi 32 kv.m olan 2 otaqdan ibarət 7 saylı və Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, S.Abdullayev küçəsi, ev 26-da yerləşən, sahəsi 17 kv.m olan 1 otaqdan ibarət 6 saylı mənzillərlə bağlı onunla mənzil kirayə müqavilələrinin bağlanılması və orderlərin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar