Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1516/2022 08.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X19 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Şamaxı rayon Polis şöbəsinə qarşı “Şamaxı rayon Polis şöbəsinin 29 mart 2022-ci il tarixli 188-44300-3222 saylı imtinasının əsassız hesab olunması və X11, X3, X6, X4, X1, X7, X12, X2, X8, X15, X9, X10, X5, X13, X14, X16, X17, X18 və Quliyeva Hicran Məmmədağa qızının ünvan 1 ünvanda yerləşən, ona məxsus fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Abbasqulu oğlu iştirak etmiş, izahatında bildirmişdir ki, bir torpaq sahəsində yanaşı iki ev tikilmişdir. Digər ev əmisinin evidir. Ünvan olaraq 66A qeyd edilmişdir. Əmisi və ailəsinin öz evi olsa da iddiaçının evinə qeydiyyatda görünürlər. Həmçinin bacı və qardaşları da evə qeydiyyatdadır. Aralarında hərhansı mübahisə mövcud deyildir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddianın faktın təsdiq edilməsi hissəndə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı, X11, X3, X6, X4, X1, X7, X12, X2, X8, X15, X9, X10, X5, X13, X14, X16, X17, X18 və Quliyeva Hicran Məmmədağa qızının ünvan 1 ünvanda yerləşən, ona məxsus fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmalarını istəyir. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, bir torpaq sahəsində yanaşı iki ev tikilmişdir. Digər ev əmisinin evidir. Ünvan olaraq 66A qeyd edilmişdir. Əmisi və ailəsinin öz evi olsa da iddiaçının evinə qeydiyyatda görünürlər. Həmçinin bacı və qardaşları da evə qeydiyyatdadır. Aralarında hərhansı mübahisə mövcud deyildir. İddiaçının izahatından və işin hallarından görünür ki, iddiaçının evinə bacı və qardaşları, habelə əmisi və onun ailə üzvləri qeydiyyatdadır. İddiaçının bacı və qardaşları ilə hərhansı mübahisələri olmasa da hərbir halda onların qeydiyyatdan çıxarılması məsələsi mülki məhkəmə qaydasında həllini tapa bilər. İddiaçının əmisi və onun ailə üzvlərinin qeydiyyatdan çıxarılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, faktiki olaraq iki qonşu evə eyni ünvan verildiyindən üçüncü şəxslər iddiaçının evinə qeydiyyatda görünür. Bu halda iddiaçıya izah edilsin ki, o, bacı və qardaşlarının mənzildən qeydiyyatdan çıxarılması üçün istifadə hüququna xitam verilməsi tələbi ilə ümumi məhkəməyə müraciət edə, əmisi və onun ailə üzvlərinə münasibətdə isə mübahisə olmadığından ayrıca bir ünvan alıb, həmin ünvana qeydiyyata düşə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1516/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1516/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver