Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1517/2022 28.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan N ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona N993-cü ilin aprel ayından N997ci il tarixə qədər erməni millətçi dəstələrinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarından iştirak etmiş şəxs kimi müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N975-cı ildə Dəvəçi şəhərində anadan olmuşdur.O, 23 aprel N993-cü ildə Dəvəçi rayon hərbi Komissarlıq tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının suverenliyi və ərazi butövluyu uğrunda gedən döyüşlərdə-əməliyyatlarda iştirak etmək üçün Beyləqanın Milabad kəndində sürücü-elektrik vəzifəsində xidmət göstərmişdir. N997ci il tarixə qədər xidmət etmişdir.Orada kömək üçün döyüşçülərə, Müdafiə Nazirliyinə məlumatlar ötürməklə müvafiq döyüş xidmətini aparmışdır. Həmin ərazilərdə rabitə xidmətlərini göstərəndə leytenant Quliyev Ramizin rəhbərliyi altında ona verilən ezamiyyət vərəqəsinin arxa hissəsində qeyd edilən çağırışla bu vəzifələri icra etmək üçün ezamiyyətə yollanmışdır. Dəfələrlə müharibə veteranı adı və vəsiqəsinin verilməsi uçun Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, müraciətlərinə müsbət cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd edilmişdir ki, İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə Silahlı Qüvvlərin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədəduyğun deyildir. İş materiallarında olan : -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-N20N saylı məktubundan görünür ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın xx.xx.202N-ci ıl tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş xx.xx.2002ci il tarixli arxiv arayışından görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında Dəvəçi RHk-dan çağırılmış, xx.xx.N975-ci il təvəllüdlü İddiaçı komandirin xx.xx.N995-ci ii tarixli NN №-li əmrilə (əsas: sıra-N9, səh-25, məlumatda adı Fizuli yazılmışdır) N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat vardır, lakin şəxsi heyətin siyahısına salınması barədə müvafiq qeydiyyat aparılmamışdır.Xidmətini davam etdirmək üçün gəlmiş XN N №-li hərbi hissə komandirinin N sentyabr N993-cü il tarixli 248 №-İi əmrilə (əsas: §6, sıra-4, səh-N, əmrdə soyadı Qabilov, adı isə Fizuli yazılmışdır) sürücü-elektrik vəzifəsinə təyin olunması barədə məlumat vardır.N5 sutkalıq Zərdab rayonuna ezamiyyətə göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin N noyabr N993cü il tarixli 304 №-li əmrilə (əsas: §3, sıra-6, əmrdə adı tam, atasının adı isə yazılmamışdır) qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N4 dekabr N993-cü il tarixli 3N9 №-li əmrində (əsas: §N7, sıra-N, səh-3N, əmrdə adı tam, atasının adı isə yazılmamışdır) İddiaçı ezamiyyət müddətinin N6 dekabr N993-cü il tarixdən 25 dekabr N993-cü il tarixədək uzadılması barədə məlumat vardır. N Nli hərbi hissə komandirinin 0N fevral N994-cü il tarixli 3N №-ii əmrində (əsas: §9, sıra-N5, səh-48, əmrdə adı tam, atasının adı isə yazılmamışdır) sıravi İddiaçı Milabad rayonunda ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N4 fevral N994-cü il tarixli 44 №-li əmrində (əsas: sıra-23, səh-2N, əmrdə adı tam, atasının adı isə yazılmamışdır) İddiaçı ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 56 №-li əmrində (əsas: §3, sıra-N8, səh-45, əmrdə adı tam, atasının adı isə yazılmamışdır) sıravi İddiaçı Beyləqan rayonunda ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən uzadılması barədə məlumat vardır.502 №-!i hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 82 №-li əmrində (əsas: §3, srra-2N, səh-92, əmrdə adı tam, atasının adı isə yazılmamışdır) sıravi İddiaçı Milabad rayonunda ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N4 aprel N994-cü il tarixli 97 №-li əmrində (əsas: §3, sıra-8, səh-N20, əmrdə adı tam, atasının adı isə yazılmamışdır) sıravi İddiaçı Milabad rayonunda ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən cü il tarixədək uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 29 apre l N994-cü il tarixli NN2 №-li əmrində(əsas: §3, sıra-N9, səh-N58, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı Milabad rayonuna ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən N5 sutkalıq müddətinə uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N4 may N994-cü il tarixli N27 №-li əmrində (əsas: §N3, sıra-2, səh-32, əmrdə adı tam, atasının adı isə yazılmamışdır) sıravi İddiaçı Milabad rayonuna ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdəncü il tarixədək uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 3N may N994-cü il tarixli N44 №-li əmrində (əsas: §23, sıra-2, səh-92, əmrdə adı və atasının adı tam yazılmamışdır) İddiaçı Milabad rayonuna ezamiyyət müddətinin 0N,06.N994-cü il tarixdəncü il tarixədək uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N5 iyun N994-cü il tarixli N59 №-li əmrində (əsas: §24, sıra-2, səh-7, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı Milabad rayonuna ezamiyyət müddətinin xx.xx.N994-cü il tarixdən uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N iyun N994-cü il tarixli N73 №-li əmrində (əsas: §N3, stra-6, səh-57, əmrdə adı və atasının adı tam yazılmamışdır) sıravi İddiaçı Milabad rayonuna ezamiyyət müddətinin xx.xx.N994-cü ıl tarixdən xx.xx.N994-cü il tarixədək uzadılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin noyabr N993-cü il tarixli nizamı hissə üzrə əmrlərində X2 şəxsi heyətin siyahısına salınması, komandirin xx.xx.N995-ci il tdrixli NN №-li əmrində N №-li hərbi hissəyə göndərilməsi, iyun N995-ci il tarixli njzami hissə üzrə əmrlərində şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. - AO № ******* seriyalı hərbi biletdən görünür ki,F. Qədimov N993-N997-ci illərdə hərbi xidmətdə olmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin NN-ci bəndinin 8ci yarımbəndində əsasən N99N-ci il oktyabrın 9-dan N994-cu il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının barəsində göstərilən normanın dispozisiya şərtlərinin yerinə yetirilməməsi, yəni onun döyüş əməliyyatları aparılan bölgələrdə xidmət etməsi, həmin bölgələrə ezam olunması və s. təsdiqlənmədiyindən ona müharibə vetertanı verilməsi üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası İPM-nin 68.N-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 8N və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1517/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1517/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver