Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-152/2020 12.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsinə qarşı “xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi AZNK institutunda oxuduğu illərin və Sumqayıt şəhər Azmənzilsənaye X2 Təmir-Tikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqanın xx xxxx 2018-ci il tarixli, 62/2359 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak emtişdir. O, qeyd edir ki, xx.xx.1962-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi M.Əzizbəyov adma Neft və Kimya İnistitutunda oxumuşdur. xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə kimi CKE “Elkor” firmasında injiner-konstruktur işləmişdir. xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə kim hərbi xidmətdə olmuşdur. xx.xx.1986cı ildən xx.xx.1988-ci ilə kimi Truboprokat sexində işləmişdir. xx.xx.1988-ci ildən xx.xx.1990-cı ilə kimi Sumqayıt “Monoqrafiyada Master işləmişdir. xx.xx.1989- cu ildən xx.xx.1990-cı ilə kimi X3 işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi Sumqayıt Təsərrüfat hesablı kiçik Müəssisədə 2-ci dərəcəli qəlibçi işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi Kooperativ “Kemekçi Trest № 1-də işləmişdir. xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi Mİİ-AZAL-da snabjeniyada işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1992ci ilə kimi Sumqayıt şəhər elektrik təchizatı şəbəkəsi müəssisəsində Mexanik vəzifəsində işləmidir. xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə kimi “Nurlu Əllər” KM-də direktor vəzifəsində işləmişdir. xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilə kimi “Xəzər” kafesində inzibatçı vəzifəsində işləmişdir. xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi Sumqayıt Şəhər Azmənzilsənaye X2 Təmir-Tikinti idarəsində usta vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi X1 rəyinə əsasən xəstəliyi ilə əlaqədar olaraq xx.xx.2018-ci ildən ona üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Cavabdeh tərəfindən ona əmək pensiyasının təyin edilməsindən tələb olunan 13,200 manat pensiya kapitalına qarşı fərdi hesabının sığorta, hissəsində 9,234,48 manat pensiya kapitalının olması göstərilmişdir. DSMF-nin Sumqayıt şəhər şöbəsi onun xx.xx.1979-cu ildən xx.xx.1984-cü illəri Neft və Kimya inistitutunda Oxuduğum və xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə Azmənzilsənaye Biriyinin Ağcabədi Təmir-Tikinti idarəsində işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə almamışdır.. Beləliklə ona məxsus əmək kitabçasında iş stajının qeyd olunmasına baxmayaraq, DSMF-nin Sumqayıt şəhər Şöbəsi əsassız bəhanələrlə pensiya hüququnu pozmuşdur. Bu səbəbdəndə xəstəliyi ilə əlaqədar olaraq pensiyaya çıxa bilməmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, lakin iddiaçı iddiasına olduğu kimi baxılmasını və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, vətəndaş İddiaçı xx.xx.2018-ci il tarixli ərizəsi ilə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. İddiaçı şöbəyə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlüdür, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 13 il 04 ay iş stajı və 13952.40 manat pensiya sığorta kapitalına qarşı, 07 il 06 ay 08 gün sosial sığorta stajının və fərdi hesabının sığorta hissəsində 5260.60 manat pensiya kapitalının olması səbəbindən, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.1992- ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1993-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 4.2.7-ci bəndinə müvafiq olaraq yoxlanılması, “Nurlu Əllər” kiçik müəssisəsinin və “Xəzər kafesinin arxiv sənədiəri barəsində heç bir məlumatın mövcüd olmaması və sənədlərinin Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Vətəndaşın əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün şöbəyə təqdim etdiyi əmək kitabçasında. xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Nurlu Əllər” kiçik müəssisəsində və “Xəzər” kafesində işləməsi barəsində olan qeydlər qüvvədə olan mövcud qanunvericiliyə uyğun tərtib olunmamışdır. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasında nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçıya məxsus 027975 saylı diplomda iddiaçının 1979-cu ildən xx.xx.1984-cü ilə kimi X10 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda oxuduğu qeyd edilmişdir. Həmçinin ona məxsus AT-İV ******* saylı əmək kitabçasında xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi Sumqayıt şəhər Azmənzilsənaye X2 Təmir-Tikinti İdarəsində işlədiyi qeyd edilmişdir. Müvafiq iddia tələbi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-130/2019 saylı qərarı ilə qismən təmin edilmiş, qərardan narazı qalan cavabdeh təşkilat apelyasiya şikayəti vermiş və həmin qərar ləğv edilərək, yenidən baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(105)-349/2019 saylı qərardadında həmin qərarın ləğvi üçün əsas kimi, birinci instansiya məhkəməsinin iddiaçının qeyd etdiyi müəssisələrdə işlədiyini hər tərəfli araşdırmamasını qeyd etmişdir. İddia tələbinə yenidən məhkəmədə baxılarkən, 2 Saylı ƏVBİ-nə sorğu göndərilərək, “AzmənzilSənayeTəmirTikinti” Birliyi”-nin təsis sənədləri tələb edilmiş və 2 saylı ƏVBİ-si tərəfindən sorğiuya verilmiş xx.xx.2020-ci il tarixli, **********360200 nömrəli məktubundan görünür ki, “AzmənzilSənayeTəmirTikinti” Birliyi (VÖEN **********) əvvəllər mövcud olmuş və sonralar fəaliyyətini dayandırmışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilən “AzmənzilSənayeTəmirTikinti” Birliyinin xx.xx.2020-ci il tarixli, 176 nömrəli arayışından görünür ki, iddiaçı həmin müəssisənin Ağcabədi idarəsində xx.xx.2004-xx.xx.2007-ci illərdə usta vəzifəsində işləmişdir. Qeyd olunan idarənin VÖEN **********,qeydiyyat ünvanı Ağcabədi rayonu,qeydiyyat tarixi xx.xx.2011-ci ildir. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Məhkəmə ilk növbədə cavabdeh tərəfindən iddiaçının təhsil müddətinin sosial sığorta stajı kimi nəzərə alınmamasına mübnasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi AZNK institutunda təhsil aldığı müddət xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. Məhkəmə iddiaçının Sumqayıt şəhər Azmənzilsənaye X2 Təmir-Tikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı qeyd edir ki, Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının əmək kitabçasında da onun xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilə kimi Sumqayıt şəhər Azmənzilsənaye X2 Təmir-Tikinti İdarəsində işlədiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən Sumqayıt şəhər Azmənzilsənaye X2 Təmir-Tikinti İdarəsində işlədiyi 2006-cı ilin yanvarın 1-dək olan iş stajı onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin dövrlərin iş stajı kimi nəzərə alınmamasının əsası kimi sənədlərin arxivdə aşkar olunmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən dövrlərin arxiv sənədlərinin aşkar olunmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Bundan başqa X8 Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. “X8” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Məhkəmə qanunun qüvvəyə mindiyi gündən, yəni iddiaçının 2006-cı ilin yanvar ayının 1-dən xx xxxxxx 2007-ci ilə qədər işlədiyi dövrlə bağlı qeyd edir ki, həmin dövrdə qüvvədə olmuş Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi qüvvədə olan qanunvericilikdə fiziki şəxsin işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərt olaraq göstərilmişdir. Lakin hazırki işdə iddiaçının 2006-cı ilin yanvar ayının 1-dən xx xxxxxx 2007-ci ilə qədər işlədiyi dövrlərdə sosial sığorta haqlarının ödənilməsi müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin olunmamalıdır. Yuxarı instansiya məhkəməsi tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv olunmasına əsas olmuş halların yenidən araşdırılması səbəbindən hazır ki, iş üzrə yekun qərarın çıxarılması mümkün hesab edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi Azərbaycan Neft və Kimya İnstitutunda oxuduğu illərin və Sumqayıt şəhər “AzmənzilsənayeTəmirTikinti” X7-Tikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəməqərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə kimi Azərbaycan Neft və Kimya İnstitutunda oxuduğu illərin və Sumqayıt şəhər “AzmənzilsənayeTəmirTikinti” X7-Tikinti İdarəsində xx.xx.2004-cü ildən xx.xx.2006-cı ilə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Sumqayıt şəhər şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-152/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-152/2020
12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver