Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-152/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı onun 1992-ci ilin mart ayının 3-dən 1993-cü ilin dekabr ayının 24-ə kimi döyüş bölgələrində döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı xidmətini xidməti vəsiqəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı onun 1992-ci ilin mart ayının 3-dən 1993-cü ilin dekabr ayının 24-ə kimi qaynar döyüş bölgələrində döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı qeydlərin xidməti vəsiqəsinə daxil edilməsi və həmin xidmətlərinin əsasında ona təyin edilmiş pensiyanın yenidən hesablanması vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək, onun 1992-ci ilin mart ayının 3-dən 1993-cü ilin dekabr ayının 24-ə kimi döyüş bölgələrində döyüş tapşırıqlarını yerinə yetirməsi ilə bağlı xidmətini xidməti vəsiqəsinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iddiaçının nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1969-cu ildə Zəngilan rayonunda anadan olmuş və Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ilin mart ayının 3-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 865 saylı hərbi hissəsində xidmətə göndərilmişdir. 24 dekabr 1993-cü ilə qədər həmin hərbi hissənin tərkibində bir sıra döyüş əməliyyatlarında iştirak etmişdir. O, xidmətləri ilə bağlı ona arxiv arayışının verilməsi barədə Cavabdeh Arxiv İdarəsinə müraciət etmiş, lakin ona ünvanlanan 3N.N7.2N19-cu il, N4.1N.25N19-cu il tarixli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N3.12.2N19-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, arxiv məlumatlarında onun N3.N3.1993-cu ildə Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılması və N saylı hərbi hissənin əmrinə əsasən şəxsi heyətin siyahısına qəbul edilməsi barədə məlumat vardır, lakin 1992-ci ilin mart ayından 1993-cü ilin dekabr ayına kimi xidmətlərlə bağlı nizami hissə üzrə əmrlərdə heç bir məlumat yoxdur. Bu barədə qeydlər onun adına olan hərbi biletdə qeyd olunsa da, arxiv məlumatlarına daxil edilməmişdir. O, hesab edir ki, xidmətlərlə bağlı onun hərbi biletinə daxil edilmiş qeyd həmin qeydlərin xidməti vərəqəyə daxil edilməsi və həmin qeydlər əsasında ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün əsas verir. Bununla əlaqədar iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N3.12.2N19-cu il tarixli 12/3662 saylı məktubundan görünür ki, iddiaçıya təyin olunmuş pensiyanın düzgünlüyünü yoxlamaq məqsədilə şəxsi (pensiya) işə yenidən baxılmış və məlum olmuşdur ki, pensiyanın hesablanmasında heç bir səhvə yol verilməmişdir. Şəxsi işə baxış keçirilən zaman iddiaçının N nömrəli hərbi hissəyə 1992-ci ilin mart ayında daxil olması, habelə həmin hərbi hissədən tərxis olunması barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Qeyd olunan məlumatlar Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə təqdim edildikdən sonra iddiaçıya pensiya hesablanmasına yenidən baxılacağı bildirilmişdir. Qeyd olunan sənədləri əldə etmək məqsədilə iddiaçıya aidiyyəti üzrə Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə müraciət etməsi tövsiyyə olunmuşdur. - -8N6 saylı hərbi hissə tərəfindən verilmiş buraxılış vəsiqəsindən görünür ki, sıravi İddiaçı 21.11.1992-ci il tarixdə azad edilmişdir. -Azərbaycan Respublikası Silahlı Qüvvləri N saylı hərbi hissə tərəfindən verilmiş MV N17479 saylı 15.N2.2NNN-ci il vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - -НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 1992-ci ilin mart ayının 3dən 1993-cü ilin dekabr ayının 24-ə kimi döyüş əməliyyatlarında iştirak etmişdir. - -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən veriilmiş N5.N4.2N21-ci il tarixli 1/İ-8544 saylı məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissədə N1.1N.1992-1N.11.1993-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak etmişdir. - İddiaçı şəxsi işinin surətinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 23.N1.2N2N-ci il tarixli 9/2-944 saylı məktubundan görünür ki, Zəngilan RHK-dan çağırılmış sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N3.N3.1993-cü il tarixli 55 №-li əmrilə (əsas: səh 62, § 5, sıra 2) 1-ci taburun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək pulemyotçu vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: kitab; № 5, “N8 dekabr 1993”, səh 128, məlumatda atasının adı yazılmamışdır) sentyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 1-ci taburun 2-ci bölüyünün şəxsi heyətinin siyahısında 1969-cu il təvəllüdlü, tağım komandirinin müavini sıravi İddiaçı adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir. N №-li hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: kitab; № 5, “N8 dekabr 1993”, səh 122, məlumatda atasının adı yazılmamışdır) oktyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 1-ci taburun 2- ci bölüyünün şəxsi heyətinin siyahısında 1969-cu il təvəllüdlü, tağım komandirinin müavini sıravi İddiaçı adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir. N №-ii hərbi hissənin şəxsi heyətinə pul təminatının ödənilməsi cədvəlləri qovluğunda (əsas: kitab; № 5, “N8 dekabr 1993”, səh 126, məlumatda atasının adı yazılmamışdır) noyabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunmuş 1-ci taburun 2-ci bölüyünün şəxsi heyətinin siyahısında 1969-cu il təvəllüdlü, tağım komandirinin müavini sıravi İddiaçı adı qeyd edilmiş, lakin məvacib alması barədə imzası qeyd edilməmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin mart 1992-ci il, dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və N №-li hərbi hissənin şəxsi heyətinin pul təminatı ilə təmin olunması cədvəlləri qovluğunda dekabr 1993-cü il tarixi üçün pul təminatı ilə təmin olunması barədə məlumat aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasəb bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Həmin Qanunun 47-ci maddəsinə görə hərbi qulluqçulara və onların ailə üzvlərinə pensiyaları qeydiyyat yerindən asılı olmayaraq pensiyaçının faktik yaşayış yerindəki əmanət bankı idarələri müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib edilmiş müvafiq sənədlər əsasında ödəyirlər. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2NN7-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na uyğun olaraq bu şəxslərin xidmət etdiyi orqanlar tərəfindən tərtib olunur. Məhkəmə araşdırması zamanı İddiaçı N3.N3.1992-ci il tarixdən 24.12.1993-cü il tarixədək döyüş bölgələrində iştirak etməsi barədə kifayət qədər sübut toplanmadı. Belə ki, onun şəxsi işinə əlavə edilmiş Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışına görə N3.N3.1993-cü il tarixdə N nömrəli hərbi hissəyə pulemyotçu vəzifəsinə daxil edilməsi barədə əmr aşkar eidlsə də, onun 24.12.1993-cü il tarixdə təxris edilməsi barədə əmr, həmin dövrdə məvacib alması barədə məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-152/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-152/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver