Məhkəmə qərarları › İş №2-1(118)-152/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-152/2023

14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-152/2023 14.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron tədarük satış bazasının yerləşdiyi 21411,4 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb iddiaçının adına müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron tədarük satış bazasının yerləşdiyi 21411,4 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb iddiaçının adına müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının adına Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən xx.xx.2002-ci il tarixli, 000829 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Abşeron tədarük satış bazasının yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Bununla əlaqədar o, Abşeron tədarük satış bazasının yerləşdiyi 21411,4 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin ona ünvanladığı 30 dekabr 2021-ci il tarixli **********00 nömrəli imtina məktubu verilmişdir. Həmin məktubda yazılmışdır: ‘‘‘Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 09 dekabr 2021-cİ il tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə miqdarı və konfiqurasiyası ilə faktiki torpaq sahəsinin miqdarı və konfiqurasiyası arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bundan başqa sözügedən tikililərin bir hissəsinin söküldüyü (aşkarlanmadığı) müəyyən edilmişdir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid edildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir”. Halbuki o, Abşeron tədarük satış bazasının yerləşdiyi 21411,4 kv.m torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış verilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh hansı hüquq müəyyənedici sənədlə qeyd olunan Abşeron tədarük satış bazasının yerləşdiyi 21411,4 kv.m torpaq sahəsinə üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qadağa edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilməsini əsaslandırmamışdır. Abşeron tədarük bazası özəlləşdirildikdən sonra mülkiyyətçiləri tərəfindən ona satılmış və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 000829 saylı mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Abşeron rayon Xırdalan şəhərində yerləşən Abşeron tədarük satış bazası onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2002-ci il tarixdə 2 saylı reyestr kitabının 20 saylı səhifəsində 000829 saylı qeydiyyat aparılmışdır. Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən verilmiş xx.xx.1998-cİ İl tarixli 54 saylı qeyri-yaşayış binalarına daxil olan dövlət binalarının və özəl obyektlərin texniki pasportuna əsasən Abşeron rayon Xırdalan şəhərində yerləşən Abşeron tədarük satış bazasının ümumi faydalı sahəsi 3839.3 kv.m, özəlləşdirilmiş bazanın ayrılmaz tərkib hissəsi olan torpaq sahəsi 21411,4 kv.m-dir. Buna görə də o Abşeron tədarük satış bazasının yerləşdiyi 21411,4 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair çıxarış verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin yuxarıda qeyd olunduğu kimi imtina edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə təyin edilmiş əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 09 dekabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə miqdarı və konfiqurasiyası ilə faktiki torpaq sahəsinin miqdarı yə konfiqurasiyası arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bundan başqa sözügedən tikililərin bir hissəsinin söküldüyü (aşkarlanmadığı) müəyyən edilmişdir. Həmçinin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nizərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən vəı dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Mülki Məcəllənin 155-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlə qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasın!n (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, ic qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvq hakimiyyəti orqanları (Azərbaycan Respublikasının ƏmlakMəsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma! və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış v0 bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak komplekŞi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - 000829 saylı, xx.xx.2002-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən Abşeron tədarük satış bazası İddiaçı xüsusi mülkiyyətindədir. - X2 ilə İddiaçı arasında bağlanmış 29 yanvar 2002-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X2 tərəfindən Xırdalan qəsəbəsində yerləşən Abşeron tədarük satış bazasının İddiaçı satılması barədə müqavilə bağlanılmışdır. - Məhkəyəmə sorğu əsasında daxil olumuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 09 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir. - Cavabdehin iddiaçıya ünvanladığı 26 dekabr 2022-ci il tarixli bildirişindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 26 dekabr 2022-ci il tarixli, **********05 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X2 ilə İddiaçı arasında 29 yanvar 2002ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən Abşeron tədarük satış bazası İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş 000829 saylı, xx.xx.2002-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə”nin surətindən də görünür ki, qeyd olunan qeyri-yaşayış sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı sözügedən torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 26 dekabr 2022-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən imtinanın əsasları kimi:

1. Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənəd üzrə miqdarı və konfiqurasiya ilə faktiki torpaq sahəsinin miqdarı və konfiqurasiyası arasında uyğunsuzluğun olmasını;

2. Tikililərin bir hissəsinin söküldüyünün müəyyən edildiyini;

3. Qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olmasının müəyyən edildiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının qeyd olunan torpaq sahəsinin ona X2 ilə İddiaçı arasında 29 yanvar 2002-ci il tarixli alqı-satqı müqaviləsi ilə satıldığını əsas göstərsə də, qeyd olunan müqavilədən aydın olunur ki, həmin müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən Abşeron tədarük satış bazası İddiaçı satılmışdır. Həmin müqavilə ilə iddiaçıya torpaq sahəsinin satılması nəzərdə tutulmamışdır və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi iddiaçıya satılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydaları Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Qeyd olunan əsasnamənin 4-cü bəndinə əsasən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. Sözügedən Əsasnamənin 12-ci maddəsinə görə torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsinə aşağıdakı sənədləri təqdim edir: Ərizə; Hüquqi şəxsin nizamnamə kapitalında 75 faizdən az olmayan hissənin xüsusi mülkiyyətdə olmasını təsdiq edən səhmdarların reyestrindən çıxarış (açıq səhmdar cəmiyyətidirsə); Müəssisə və obyektin üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Həmin Əsasnamənin 11-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Qeyd olunan Əsasnamənin tələblərindən göründüyü kimi dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçisinin həmin torpaq sahəsini almaqda üstünlük hüquqları vardır. Bu zaman qeyd olunan obyektlərin altında yerləşən torpaq sahələrinin mülkiyyətçiləri müraciət əsasında və ya həmin torpaq sahəsini almağa niyyətləri olduğu halda qanunvericilikdə müəyyən edilmiş sənədləri təqdim etməklə həmin torpaq sahəsini birbaşa satın ala bilərlər. Lakin digər hallarda, yəni torpaq sahəsi üzərində yerləşən müəssisə və obyektin mülkiyyətçisi olmayan hər hansı bir şəxs tərəfindən torpaq sahəsi qeyd olunan əsasnamənin tələblərinə uyğun olaraq açıq hərrac vasitəsilə alına bilər. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. Qanunun 29.2-ci maddəsinə əsasən, bu Qanunun 29.1-ci maddəsində göstərilən alqı-satqı müqaviləsində hərracın, müsabiqənin və yaxud satınalmanın şərtlərindən irəli gələn öhdəliklərdən başqa dövlət əmlakının alqı-satqı müqaviləsinin tələbləri kimi aşağıdakılar göstərilməlidir: 29.2.1. özəlləşdirilən dövlət əmlakının satıcısı və alıcısı barədə məlumat; 29.2.2. özəlləşdirmə obyektinin adı, yerləşdiyi yer, torpaq sahəsi, tərkibi və dəyəri; 29.2.3. səhmdar cəmiyyətinin səhmlərinin sayı, onların növü və nominal dəyəri; 29.2.4. özəlləşdirmə obyektinin dəyərinin ödənilməsi forması və onun alıcının mülkiyyətinə verilməsi qaydaları; 29.2.5. tərəflərin öhdəlikləri və onların icra müddəti; 29.2.6. tərəflərin razılığı ilə digər şərtlər. 29.3. Özəlləşdirilmiş əmlak özəlləşdirmə əqdi qüvvədə olduğu müddətdə özgəninkiləşdirildikdə bu əqdlə müəyyən edilmiş öhdəliklər həmin əmlakı əldə etmiş yeni mülkiyyətçi üçün məcburidir. 29.4. Alqı-satqı müqaviləsində müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi üzərində nəzarəti dövlət əmlakının satıcısı həyata keçirir. 29.5. Özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilir. 29.6. Özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri həmin obyektlərin yerləşdiyi torpaq sahələrinin müvafiq normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər, habelə müvafiq qərar (müqavilə) əsasında həmin torpaqdan daimi və ya müvəqqəti istifadə edə bilər. Bu sahədə məhdudiyyət olduğu halda, o cümlədən, özəlləşdirilmiş obyektlərin mülkiyyətçiləri əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, xarici hüquqi şəxs olduqda isə o, torpaq sahəsini satınalma hüququ olmadan icarəyə götürə bilər. 29.7. Alıcı ixtisaslaşdırılmış çek və pul hərraclarında aldıqları səhmlərə mülkiyyət hüququnu auksionların nəticələri haqqında protokolun təsdiq etdiyi gündən əldə edir. Göründüyü kimi iddiaçının mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyriyaşayış sahəsinə dair mülkiyyət hüququ 000829 saylı, xx.xx.2002-ci il tarixli “Mülkiyyət hüququ haqqında şəhadətnamə” ilə rəsmiləşdirilmişdir. Mübahisəli torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış obyekti, yəni tikili xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olduğundan, iddiaçının həmin torpaq sahəsini almaqda üstünlük hüquqları vardır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron tədarük satış bazasının yerləşdiyi 21411,4 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb iddiaçının adına müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron tədarük satış bazasının yerləşdiyi 21411,4 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb iddiaçının adına müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar