Məhkəmə qərarları › İş №2-1(118)-1524/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1524/2024

26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1524/2024 26.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qusar rayonu Hil bələdiyyəsinə qarşı işdən azad edilməsi barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma üçün əmək haqqı ödənilməklə işə bərpa, ödənilməmiş əmək haqqının və mediasiya sessiyası üçün ödədiyi 60 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qusar rayonu Hil bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işdən azad edilməsi barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma üçün əmək haqqı ödənilməklə işə bərpa, ödənilməmiş əmək haqqının və mediasiya sessiyası üçün ödədiyi 60 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən Qusar rayonu Hil bələdiyyəsinin xəzinədarı vəzifəsinə işə qəbul edilmişdir. 2020-ci ilin yanvar ayında bələdiyyə sədri Səkinə Abdullayeva seçildikdən sonra onunla yola getməmiş və qərəzli davranmağa başlamışdır. Belə ki, onu müxtəlif bəhanələrlə işdən çıxarmaq istəmiş, əmək haqqını vaxtında verməmişdir. 2022-ci ilin yanvar ayından 2023-cü ilin iyun ayınadək onun ödənilməmiş əmək haqqı 6640 manat təşkil etmişdir. O, maaşının ödənilməsini tələb etdikdə 2023-cü ilin iyul ayında cavabdeh bələdiyyənin sədri onun işlədiyi xəzinədar vəzifəsinin ixtisara salındığını və onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Bundan sonra o, X1 Şöbəsinə, Mediasiya Şurasına və Qusar rayon Məhkəməsinə müraciət etmişdir. Lakin mübahisənin inzibati mübahisə olduğu bildirilərək inzibati məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin məhkəməyə ünvanladığı ərizəsində işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Qusar rayonu Hil bələdiyyəsində işlədiyi xəzinədar vəzifəsinin ixtisara salınması ilə bağlı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini, ödənilməmiş əmək haqqının və məcburi işburaxma dövrü üçün əmək haqqının və mediasiya prosesi üçün ödədiyi 60 manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə hesab edir ki, iş üzrə cavabdeh Qusar rayonu Hil bələdiyyəsi inzibati orqan olsa da, tərəflər arasında mövcud mübahisənin mahiyyəti mülki (əmək) münahsibətlərindən yarandığından hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati-iqtisadi məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Qusar rayonu Hil bələdiyyəsinə qarşı işdən azad edilməsi barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma üçün əmək haqqı ödənilməklə işə bərpa, ödənilməmiş əmək haqqının və mediasiya sessiyası üçün ödədiyi 60 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi mümkün sayılmamalı, iddiaçıya müvafiq ərizə ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Qusar rayonu Hil bələdiyyəsinə qarşı işdən azad edilməsi barədə 10 iyul 2023-cü il tarixli 03 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma üçün əmək haqqı ödənilməklə işə bərpa, ödənilməmiş əmək haqqının və mediasiya sessiyası üçün ödədiyi 60 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar