Məhkəmə qərarları › İş №2-1(118)-1525/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1525/2022

13.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1525/2022 13.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, Nəsibova (İsgəndərova) Natəvan Elxan qızının, Alıyeva (İsgəndərova) Turan Elxan qızının və İddiaçı1 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət X4rşı “JN-0230 KOD 30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin "Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m hissəsinə görə hesablanmış 55.000 manat bazar qiymətinin 20% əlavəsi olan 11.000 manat pulun cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq iddiaçılara ödənilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı4, Nəsibova (İsgəndərova) Natəvan Elxan qızı, Alıyeva (İsgəndərova) Turan Elxan qızı və İddiaçı1 cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət X4rşı iddia qaldıraraq “JN-0230 KOD 30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin "Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m hissəsinə görə hesablanmış 55.000 manat bazar qiymətinin 20% əlavəsi olan 11.000 manat pulun cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq iddiaçılara ödənilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli, 51 saylı qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ JN-0230 KOD İ30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. 2013-cü ilin yay aylarında onlara məlum olmuşdur ki, JN-0230 KOD 30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin 730.27 kv.m. hissəsi "Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m -42=000 m) tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş və faktiki olaraq həmin hissədə tikinti işləri aparılmışdır. Bundan sonra müvafiq kompensasiya verilməsi ilə bağlı cavabdehlə aralarında uzun sürən məhkəmə çəkişmələri olmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(085)77/2019 saylı qərarı ilə onlara- iddiaçılar X2, X5, İddiaçı5, X9 və İddiaçı1, onların mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.69 ha torpaq sahəsinin "Bilgəh- Sumqayıt avtomobil yolunun (km 14+000m - 42+OOOm) tikintisi" layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m hissəsinə görə 66.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(105)-!3/20 saylı qərarı ilə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2-l(85)-77/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1 (102)-1498/2020 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1(105)-13/2020 nömrəli qərarı qismən, yəni, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 2-1(085)- 77/2019 saylı qərarının 11.000 manat (20% əlavənin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1(105)-13/2020 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasınm xx.xx.2020-ci il tarixli, 2-1(102)-1498/2020 saylı qərarında 11.000 manat (20% əlavənin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir, müddəasına istinad edib, 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi Qanundan irəli gələn imperativ öhdəlikdir, yəni, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir, lakin aşağı instansiya məhkəmələri həmin qənaətə gəlmələri yanlış olmuş, belə ki, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə müvafiq olaraq məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Başqa sözlə, qeyd edilən 20% miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi qanundan irəli gələb imperativ öhdəlik olsa da, iddiaçılar tərəfindən tələb edilmədiyindən, məhkəmə tərəfindən də iddia tələbindən kənara çıxmaqla təmin edilə bilməzdi. İddiaçılar qeyd edilən məsələ ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələr də, müraciətləri cavabsız qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin 1-ci bəndinə görə insan və vətəndaş hüquqlarının yə azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşmmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə görə torpağın və ya onun müəyyən hissəsinin müvafiq layihə üçün alınmasının zəruri olmadığını iddia edən, habelə ödənilən kompensasiyanın məbləği ilə razı olmayan alınmanın təsirinə məruz qalan şəxs qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddələrinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Digər iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçı məhkəmədə iddia olaraq qaldırdığı torpaq sahəsinin 730.27 kv.m hissəsinə görə hesablanmış 55.000 manat bazar qiymətinin 20% əlavəsi olan 11.000 manat pulun cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tələbini ilkin olaraq cavabdeh inzibati orqandan tələb etməsi müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddiaçıya izah edilsin ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanla bağlı kompensasiya tələb edilərsə, əsaslandırılmış formada eyni məbləği ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Konkret halda isə iddiaçı ilkin olaraq torpaq sahəsinin 730.27 kv.m hissəsinə görə hesablanmış 55.000 manat bazar qiymətinin 20% əlavəsi olan 11.000 manat pulu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tələb etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar