Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1526/2021 21.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı X2, X7, X4, X5, X8, X3 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı evin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı X2, X7, X4, X5, X8, X3 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı evin pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X14, X9 və X10 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı ev AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində **********87-10301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə 29.08.2019-cu il tarixdə qaydasında onun adına qeydiyyata alınmışdır. Yuxarıda qeyd etdiy ev hal-hazırda onun mülkiyyətindədir, lakin o, mülkiyyətinə sərbəst sərəncam verə bilmir. Belə ki, Bakı şəhər 51 saylı notariat ofisində X14 ilə 17 avqust 2019-cu il tarixdə, AN-İ № ******* saylı daşınmaz əmlakın alq-satqı müqaviləsi bağlanmış və Abşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı ev tərəfindən 29000 manat ödənilməklə satın alınmışdır. 17 avqust 2019-cu il tarixli alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən, X14 17 sentyabr 2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də bu günədək sözgedən evdə qeydiyyatdadır. Və nəinki X14, hətta qohumları da alqı-satqıdan uzun müddət keçməsinə baxmayaraq mənzildə formal olaraq qeydiyyatda qalmaqda davam edirlər. Belə ki,vətəndaşlar X9, X14, X18, X12, X15, X10 mülkiyyətindəki mənzildə yaşamır və həmin mənzildə formal olaraq qeydiyyatda qalmaqda davam edir. Cavabdehlər mənzildə formal qeydiyyatda qaldığına görə əlavə xərclər yaranır, mənzilin mülkiyyətçisi kimi həmin mənzildən sərəncam hüquqlarının həyata keçirilməsində çətinliklər meydana gəlir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a" bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyəminmiş hökmü əsasında çıxarıla bilər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 29.08.2021-ci il tarixli çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı “Daşınmaz əmlakın alıq-satqı müqaviləsi”ndən görünür ki, satıcı X1 rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı evi İddiaçı satmışdır. Həmin müqavilənin 13-cü bəndinə görə X14 17.09.2019-cu ildən həmin mənzildən qeydiyyatdan çıxmağı öz üxərinə götürmüşdür. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, 01.07.2021-ci il tarixli arayışdan və məhkəməyə sorğu əsasında daxil olmuş Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmir birliyinin 4 saylı mənzil təsərrüfatı istehsalat istismar təmir sahəsinin 4230 saylı, 11.10.2021-ci il tarixli arayışından görünür ki, X2, X14, X13, X12, X15, X10 iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı evdə qeydiyyatdadırlar. -Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 25.06.2021-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı ev İddiaçı mülkiyyətindədir. Həmin evi iddiaçı notarial qaydada təsdiq edilmiş AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə X6 almışdır. Qeyd olunan müqavilənin 13-cü bəndinə görə X14 17.09.2019-cu ildən həmin mənzildən qeydiyyatdan çıxmağı öz üxərinə götürmüşdür. Lakin buna baxmayaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırki iş üzrə iddiaçı X2, X7, X4, X5, X8, X3 ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqanın 25.06.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslərin mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclaslarına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa işə əlavə edilmiş alqı-satqı müqaviləsindəm görünür ki, sözügedən mənzil X14 tərəfindən iddiaçıya satılmış və aralarında bağlanmış müqavilənin 13-cü bəndi ilə sonuncu həmin mənzildən qeydiyyatdan çıxacağını öhdəsini götürmüşdür. Lakin buna baxmayaraq alqı-satqı müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmamışdır. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2, X7, X4, X5, X8, X3 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 10, 22 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. X2, X7, X4, X5, X8, X3 Abşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X2, X7, X4, X5, X8, X3 Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 10, 22 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. X2, X7, X4, X5, X8, X3 Abşeron rayonu, Xırdalan şəhəri, E.Sabitoğlu küçəsi, 10 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1526/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1526/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver