Məhkəmə qərarları › İş №2-1(118)-1528/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1528/2025

22.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1528/2025 22.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, hesablanması, ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, hesablanması, ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdeh ƏƏSMN yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, kifayət qədər əmək stajının və güzəştli stajının olmasına baxmayaraq, cavabdeh orqan tərəfindən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi ilə bağlı hüquqları pozulmuşdur. Belə ki, güzəştli şərtlərlə pensiyası almaq üçün xx.xx.2024 -cü ildə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ƏƏSMN yanında DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024-cü il tarixli imtina məktubu ilə ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2006-cı ilədək ümumi iş stajı 23 il 8 ay 28 gün təşkil edir. Yəni 25 ildən az olduğu üçün 57 yaşdan əmək pensiyası təyin edilə bilmir. Həmçinin, qeyd edilir ki, güzəştli iş stajı Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən 11 il 6 ay 5 gün təşkil edir. Belə ki, xx.xx.1985xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2016-xx.xx.2018-cil tarixləri arasındakı dövrlər təşkil edir. Halbuki, Azərbaycan Dəmir Yolları QSC tərəfindən ona xx.xx.2021-ci il tarixli güzəştli arayışda güzəştli stajı 23 il 5 ay 22 gün qeyd edilmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixli güzəştli arayışda 13 il 12 gün güzəştli iş stajının olduğu qeyd edilmişdir. Beləliklə, göründüyü kimi fərqli məzmunlu arayışlardan ən az güzəştli staj yazılan arayış əsas götürülmüşdür. Həmin arayışların hamısında güzəştli stajı xx.xx.1984cü ildən qeyd edilir. İddiaçının isə Azərbaycan Dəmir Yolu Yol Təsərrüfatı Xidməti 9 saylı Yol distansiyasında xx.xx.1981-xx.xx.1982-ci illərdə yol montyoru vəzifəsində güzəştli stajı var. Bu barədə xx.xx.1988-ci il tarixli arayış var. Ümumilikdə isə 43 ildən çox əmək stajı var. Lakin, əmək pensiyası ilə bağlı hüquqlar pozulur. İşlədiyi dövrlər tam olaraq güzəştli şərtlərlə əmək pensiyasının alınması üçün nəzərdə tutulan sosial sığorta stajına aid edilməmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (23 il 8 ay 28 gün (xx.xx.1981-xx.xx.1982-ci il, xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda, "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 13-1/2-M-5011/1-42/2023 nömrəli arayışda qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 5 gün (xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü İl, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh etiraza əlavəsində qeyd etmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 41 il 6 ay 28 gün (xx.xx.2006-cı il tarixədək 23 il 8 ay 28 gün (xx.xx.1981-xx.xx.1984-cü il və xx.xx.1986xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 10 ay) təşkil edir. Əlavə olaraq iddiaçının 60 yaşının tamam olduğu (xx.xx.2023-cü il tarixə) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, həmin tarixə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı hədd qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 54361,93 manat təşkil edir. Eyni zamanda, "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli 13-1/2-M-5011/1-42/2023 nömrəli arayışda qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 5 gün (xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2016-xx.xx.2018ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı Vaqon Deposunun xx.xx.2021-ci il tarixli 01 saylı güzəştli arayışında iddiaçının xx.xx.1984xx.xx.1993, xx.xx.1993-xx.xx.1994, xx.xx.1994-xx.xx.1996, xx.xx.2016-xx.xx.2018-ci illər üzrə ümumi iş stajı 13 il 12 gün olaraq, onun işlədiyi iş yerinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli Şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə 23 yanvar 2007-ci tarixli. 12 saylı Qərarının 35-ci maddəsində "Ümumi peşələr" başlığı altında nəzərdə tutulmuş güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazandığı qeyd edilmişdir. Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamenti Bakı Vaqon Deposunun xx.xx.2021-ci il tarixli 08 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı 26 dekabr 1984-cü il tarixdə Culfa lokomotiv deposu Mincivan əvəzetmə məntəqəsində teplovoz maşinisti köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 25 avqust 1989-cu il tarixdən teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. 01 oktyabr 1993-cü il tarixdən İmişli lokomotiv deposuna teplovoz maşinisti vəzifəsinə keçirilmişdir. 17 iyun 2008-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. İmişli lokomotiv deposunda güzəştli şərtlərlə 23 il 05 ay 22 gün ağır iş stajı var. Azərbaycan Dəmiryolları QSC-nin xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçının işlədiyi müvafiq peşələr üzrə sosial sığorta (əmək) stajı 11 il 6 ay 7 gün təşkil edir: Çalışdığı Vəzifə-peşənin Vəzifəyə təyin Vəzifədən azad işə başladığı İşdən azad olunduğu (başqa işə struktur vahidi adı edilmə (başqa edilməyə dair tarix keçirildiyi) tarix işə keçirilmə) əmrin tarixi və barədə əmrin nömrəsi tarixi və nömrəsi Culfa lokomotiv teplovoz maşinist xx.xx.1985 - xx.xx.1985 deposu köməkçisi 29 Culfa lokomotiv xx.xx.1989 deposu 304 teplovoz maşinist köməkçisi xx.xx.1985 Culfa lokomotiv teplovoz 26 08.1989 - xx.xx.1989 deposu maşinisti 468 Culfa lokomotiv teplovoz xx.xx.1991 xx.xx.1993 xx.xx.1991 xx.xx.1993 deposu maşinisti 317 54 xx.xx.1993 xx.xx.1994 İmişli lokomotiv teplovoz xx.xx.1993 xx.xx.1994 deposu maşinisti 79/108 612/k akkumulyatorçu 26 07.2016 xx.xx.2018 Bakı vaqon xx.xx.2016 xx.xx.2018 deposu 108 167/k İşlədiyi teplovoz maşinisti və teplovoz maşinist köməkçisi peşələrinin əsas xüsusiyyətləri təhkim edilmiş müvafiq lokomotiv (teplovoz) briqadanın tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik edilməsi, onların fəaliyyətinə nəzarət olunması, qatarı idarə edərkən və manevr yerdəyişmələri həyata keçirərkən müvafiq dəmir yolu nəqliyyatı üzrə müəyyən edilən tələb və qaydalara riayət edilməsi, habelə fəaliyyətin həyata keçirilməsi zamanı hərəkət təhlükəsizliyinin təmin edilməsindən, akkumulyatorçu peşəsinin əsas xüsusiyyətləri isə 1-ci və 2-ci sinif təhlükəli maddələrin (qurğuşun, natrium qələvisi, sulfat turşusu və s.) və ya konserogenin tətbiqi ilə qurğuşun akkumulyatorların və başqa kimyəvi cərəyan mənbələrinin formalaşdırılması və yığılmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında müvafiq olaraq 21.4-cü bəndin 7, 13 və 17-ci və 12-ci bölmənin 15-ci abzaslarına uyğundur. Azərbaycan Dəmiryolları QSC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 9 saylı Mincivan yol distansiyasında xx.xx.1981-ci il tarixindən xx.xx.1982-ci il tarixədək yol montyoru işləməsi barədə ADY-nin Arxiv bölməsində hər hansı məlumat aşkarlanmamışdır. Az.Dəmir yolu Yol Təsərrüfatı Xidməti 9 saylı yol distansiyasının xx.xx.1988-ci il tarixli 416 saylı arayışında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci ilə qədər 9 saylı yol distansiyasında yol montyoru vəzifəsində işləmişdir. İş materiallarına iddiaçının əmək kitabçasının surəti və inzibati icraat materialları əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 07 mart 2025-ci il tarixli, 13-1/2-2952/2025 saylı məktubunda qeyd edilmişdir ki, qeyd edilən İddiaçı ADY-nin Bakı vaqon deposunun Mexaniki çamaşırxana sexində xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək çalışdığı qazanxana qurğuları üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda nəzərdə tutulmamışdır. Həmçinin İddiaçı qeyd edilmiş dövr ərzində işlədiyi sözügedən peşənin vəzifə təlimatları və bu peşədə işləməsi ilə əlaqədar ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət və əlavə əməkhaqqı) barədə ADY-nin arxivlərində hər hansı sənəd aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh qeyd edir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 6 ay 5 gün (xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Təqdim edilmiş etiraza əlavə ərizəsində iddiaçının ümumi iş stajının 41 il 6 ay 28 gün (xx.xx.2006-cı il tarixədək 23 il 8 ay 28 gün (xx.xx.1981-xx.xx.1984-cü il və xx.xx.1986- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 10 ay) təşkil etdiyi qeyd edilmişdir. Beləliklə, iddiaçının tələb olunan ümumi iş stajının tamamlanması işin mübahisələndirilməyən halıdır. Cavabdehin imtinasınının əsası güzəştli iş stajının 12 il 6 aydan az olmasından ibarət olmuşdur. İşin hallarından görünür ki, cavabdeh tərəfindən Bakı vaqon deposunun Mexaniki çamaşırxana sexində xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək çalışdığı qazanxana qurğuları üzrə çilingər peşəsi nəzərə alınmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ADY-nin Bakı vaqon deposunun Mexaniki çamaşırxana sexində xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək çalışdığı qazanxana qurğuları üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda nəzərdə tutulmamışdır. Həmçinin İddiaçı qeyd edilmiş dövr ərzində işlədiyi sözügedən peşənin vəzifə təlimatları və bu peşədə işləməsi ilə əlaqədar ona tətbiq olunan güzəştlər (əlavə məzuniyyət və əlavə əməkhaqqı) barədə ADY-nin arxivlərində hər hansı sənəd aşkar edilməmişdir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. İş materialları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı (xx.xx.1985xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.2016-xx.xx.2018-ci il tarixləri) cəmi 11 il 6 ay 10 gündən ibarətdir. İddiaçı tərəfindən xx.xx.1994-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlə bağlı "xxxx" QSC Bakı Vaqon Deposunun xx.xx.2021-ci il tarixli güzətli arayışı təqdim edilsə də, "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli arayışı ilə fərqlilik təşkil etdiyindən, güzəştli arayışlar arasındakı ziddiyyətin aydınlaşdırılması üçün məhkəmə tərəfindən müvafiq sorğu verilmiş, "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda İddiaçı ADY-nin Bakı vaqon deposunun Mexaniki çamaşırxana sexində xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək çalışdığı qazanxana qurğuları üzrə çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nda nəzərdə tutulmadığı bildirilmişdir. Göründüyü kimi iddiaçının 12 il 6 ay güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar