Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-153/2020 08.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X14 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin X6rşı “cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X11 hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli 69 nömrəli X15ın aparılması barədə əmrin ləğv edilməsi və cavabdehə mobil cihazların heç bir ödəniş almadan qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “İddiaçı“ X8 Azərbaycan Respublikasına mobil cihazların idxal olunması fəaliyyəti ilə məşğul olur.Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyinin X16 tərəfindən xx xxxxxx 2018-ci il tarixli 69 nömrəli X15ın aparılması barədə əmr verilmişdir. Həmin əmrə əsasən “xx.xx.2018-ci il tarixindən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən X15a alınması üçün xidmət haqqının məbləği ƏDV xaric hər bir mobil cihazın hər bir İMEİ nömrəsi üzrə 1.60 (bir manat altmış qəpik) manat miqdarında müəyyən edilsin” yazılmışdır.Cavabdeh tərəfindən həmin cihazların idxalı ücün xidmət haqqı tələb olunur. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2019-cu il məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasında X15a alınması və onlara telekommunikasiya şəbəkələrində xidmət göstərilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il tarixli 28 dekabr 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X15ının aparılması Qaydası”na (bundan sonra - Qayda) əsasən həyata keçirilir. Sözügedən Qaydanın 2.1 -ci bəndinə uyğun olaraq X15 Sisteminin göstərilən xidmətlər hesabına maliyyələşdirilməsi nəzərdə tutur. Hesab edirlər ki, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X11 mobil cihazların idxalı ilə bağlı tətbiq edilən hər hansı bir xidmət haqqının tələb edilməsi qanunsuzdur və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və cavabdehə mobil cihazların heç bir ödəniş almadan qeydiyyata alınması vəzifəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirik. Hesab edirlər ki, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X16 tərəfindən “İddiaçı“ X1 mobil cihazların İMEİ qeydiyyatı hər hansı bir ödəniş pulun alınması qanunsuzdur. Azərbaycan Respublikası Naziriər Kabinetinin 2011-ci il tarixli 28 dekabr 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X15ının aparılması Qaydası”nm 4.4-1-ci bəndinə əsasən Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X15a alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Belə ki, İddiaçı tərəfindən mobil cihazların İMEİ qeydiyyata alınması ilə bağlı cavabdeh tərəfindən tələb edilən xidmət haqqı və ya başqa ödəniş pulun tələb edilməsi qanunvericiliyə ziddir və tutulmamalıdır. Belə ki, X15a alınması ilə bağlı cavabdeh tərəfindən tələb edilən xidmət haqqı qanunvericiliyə ziddir və tutulmamalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı MMC X6rşı iddia qaldıraraq X11 hərəkətlərinin qanunsuz hesab edilməsi, X15ının aparılması barədə xx xxxxxx 2018-ci il tarixli əmrin ləğv edilməsi və cavabdehin üzərinə X15ının ödənişsiz aparılması vəzifəsinin qoyulması tələblərini irəli sürmüşdür.İddia onunla əsaslandırılmışdır ki, mobil cihazların İMEİ nömrələrinin qeydiyyatı üçün X16 tərəfindən xidmət haqqının tələb edilməsi qanunvericiliyə zidddir.İddiaçının tələblərilə razılaşmayaraq hesab edirik ki, aşağıdakı əsaslara görə iddia təmin olunmamalıdır.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X15ının aparılması Qaydası”nın 2.1.-ci bəndində göstərilmişdir ki, MCQS Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra- Nazirlik) tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.Bundan əlavə qeyd olunmalıdır ki, tərəflər arasında eyni əsaslar üzrə mübahisə mövcud olmaqla mobil cihazların qeyiyyatına görə xidmət haqqının tutulmasının qanuniliyi İddiaçı MMC-nin iddiası üzrə əvvəllər məhkəmə qaydasında araşıdırılmışdır. Belə ki, “xxxxxxxx” MMC X6rşı iddia qaldıraraq mobil cihazların İMEİ nömrələrinin qeydiyyatı üçün ödənilmiş 77659,33 manat pulun geri qaytarılması, əldən çıxmış faydaya görə 23297,70 manat və 3 illik faiz dərəcəsinə görə 22715,25 manat, habelə 30 manat dövlət rüsumunun X9 tutulması tələblərini irəli sürmüşdür. 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-2(81)-520/2019 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilməmişdir. Beləliklə də, mobil cihazın qeydiyyatı üçün xidmət haqqının qanunsuz olması barədə iddia əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materialları məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli 69 nömrəli əmr, cavabdehin etiraz ərizəsi və digər sənədlər. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir.Nəzərə alınmalıdır ki, “xxxxxxxx” MMC-nin Azərbaycan Respublikası Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X4rşı pul tələbinə dair iddia tələbi üzrə Azəbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının əsaslandırma hissəsində X11 hakimiyyət səlahiyyətlərinin subyekti kimi çıxış etməsi səbəbindən ona qarşı veriləcək iddia tələbinə inzibati icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. Məhkəmə Ali Məhkəmənin mövqeyi ilə razılaşaraq hesab edir ki, X6rşı verilmiş iddia tələbinə inzibati icraat qaydasında baxılması mümkündür. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X15ının aparılması Qaydası”nın 1.2.3-cü bəndinə əsasən X15 sistemi (bundan sonra - MCQS) - Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu Qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemi hesab edilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən MCQS Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən MCQS-nin istismarına başlandığı tarixdən etibarən ölkəyə idxal olunan bütün X15a alınması bu Qaydaya uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 4.4-1-ci bəndinə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X15a alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təstiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təstiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısının” 26-39-cu bəndlərində Rabitə Nazirliyinin subyektləri göstərilsədə X7rın arasında yoxdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən təbii inhisar dedikdə— istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti başa düşülür. Həmin Qanunun 5-ci maddəsinin 1.8-ci yarım bəndinə əsasən ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri qəbuledici — verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarət fəaliyyəti təbii insar subyektlərinin fəaliyyət növlərindən biridir. Həmin Qanunun 5-ci maddəsinin 2-ci yarımbəndinə əsasən bu maddənin 1-ci hissəsində sadalanmış fəaliyyət sahələrində mövcud olan təsərrüfat subyektlərinə rəqib subyektlər yarandıqda rəqabət şəraitində fəaliyyət göstərən subyektlər təbii inhisar subyekti sayılmır və bu Qanun onlara şamil edilmir. Həmin Qanunun 3-cü maddəsinə əsasən təbii inhisar subyektlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 6-cı maddəsinin 1-yarımbəndinə əsasən təbii inhisar subyektlərinin fəaliyyətinin tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanları (bundan sonra təbii inhisarları tənzimləyən orqanlar) tərəfindən həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən təbii inhisarları tənzimləyən orqanlar tənzimləmə üsullarının tətbiq edilməsi haqqında qərarı konkret olaraq hər bir təbii inhisar subyekti üçün, belə bir tənzimləmənin istehsal edilmiş və ya satılmış əmtəənin keyfiyyətinin artırılmasında və bu əmtəəyə tələbatın ödənilməsində stimullaşdırıcı rolu nəzərə almaqla qəbul edir. Bu zaman məsrəflərin nə dərəcədə əsaslandırılmış olması müəyyən edilir və aşağıdakılar nəzərə alınır: 1) əmtəənin istehsal və ya satış xərcləri, o cümlədən əmək haqqı, xammal və materialların dəyəri, üstəlik xərclər; 2) vergilər və digər ödənişlər; 3) əsas istehsal vasitələrinin dəyəri, onların təkrar istehsalı üçün zəruri olan investisiyaya tələbat və amortizasiya ayırmaları; 4) faktiki və proqnozlaşdırılan mənfəət; 5) istehsal olunan və ya satılan əmtəənin keyfiyyətinin və kəmiyyətinin istehlakçıların tələbatına uyğunluğu. “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən tənzimlənən qiymətlər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətdiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid edilmiş təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarının (malların, işlərin, xidmətlərin) siyahısını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Həmin Qanunun 3.4-cü maddəsinə əsasən bu qanunun müddəaları qiymətləri tənzimlənməyən məhsullara (mallara, işlərə, xidmətlərə) şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 28 sentyabr 178 nömrəli qərarı ilə təstiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”nın 13-cü bəndinə əsasən rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s.) Dövlət müəssisəsi olan Rabitə Nazirliyinin Respublika X3 Nizamnaməsinə və həmin Nizamnaməyə xx.xx.2006-cı ildə edilmiş dəyişikliyə əsasən Nizamnamənin 5-ci bəndinə görə X13 öz məhsullarına (iş, xidmət, mal) qiymətlərin, tariflərin və ödəmə qaydasının, qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşmaqla müəyyən edilməsi səlahiyyəti var. Nizamnamənin 5.1-ci maddəsinin 2-ci bəndinə əsasən X13 öz məhsullarına Rabitə Nazirliyi ilə razılaşmaqla qiymətlərin (tariflərin) təyin edilməsi səlahiyyəti var. Nizamnamənin 2.1-ci maddəsinə əsasən X13 təsisçisi Rabitə Nazirliyidir.Həmin Nizamnamənin 4.1-ci maddəsinə əsasən X18 hüquqi şəxsdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X16 hüquqi şəxs olmaqla yanaşı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə razılaşmaqla özünün göstərdiyi xidmətlərə görə xidmət haqqı almaq hüquq var. Qeyd olunan hüquq X5 xx xxxxxx 1998-ci ildə dövlət qeydiyyatından keçmiş nizamnamə əsasında verilib. İlk öncə nəzərə alınmalıdır ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən X16 təbii inhisar subyektinin həyata keçirdiyi fəaliyyətlə məşğul olmasına baxmayaraq, Nazirlər Kabineti tərəfindən təbii inhisar subyekti hesab edilən qurumların siyahına daxil deyil. Yəni X16 tərəfindən göstərilən xidmətlərə görə haqqın (tarifin) tutulması “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən edilə bilməz. Belə ki, “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları inhisar subyekti hesab edilən qurumlar tərəfindən göstərilən xidmətlərin dəyərini (tarifini) tənzilmləyir. “Təbii inhisalar haqqında” Qanunun 3-cü maddəsinə əsasən təbii inhisar subyektlərinin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təstiq edilmiş “Təbii inhisar subyektlərinin siyahısının” 26-39-cu bəndlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin strukturlarının göstərilməsinə baxmayaraq X16 həmin qurumların sırasında yoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, X17 təbii inhisar subyekti deyil və onun göstərdiyi xidmətlərin tariflərinin dövlət tərəfindən tənzimlənməsi nəzərdə tutulmayıb. Ona görə də hesab olunur ki, X16 özünün göstərdiyi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yeni proqram təminatı ilə ərizələrin birbaşa icra edilməsi, proqramm təminatının vaxtı-vaxtında yenilənməsi, həmçinin işçilərinin saxlanması məqsədi ilə özünün göstərdiyi xidmətlərə görə tariflərin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi ilə razılaşmaqla müəyyən edilməsində sərbəstdir. İddiaçı tərəfindən gətirilən əsas arqument ondan ibarətdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X15ının aparılması Qaydası”nın 4.4-1-ci bəndinə əsasən ondan xidmət haqqının tutulması qanuna ziddir. Belə ki, həmin qadağa birbağa Qaydaların 4.4-1-ci bəndində göstərilib. Məhkəmə iddiaçının gətirdiyi arqument ilə razılaşmır. Belə ki, qeyd olunan Qaydaların 4.4-1-ci bəndi şəxslərə göstərilən xidmət haqqının ödənilməsi ilə bağlı deyil və hüquqi şəxslərin malların gətirilməsi zamanı gömrük rüsumu və ədv-nin ödənilməsi ilə əlaqədar fiziki şəxslərin ödəməli olduğu dövlət rüsumunun ödənilməsindən hüquqi şəxslərin azad olması ilə bağlıdır. Yəni qeyd olunan bənd fiziki şəxslər tərəfindən ödənilməli olan dövlət rüsumunu hüquqi şəxslərin ölkə ərazisinə sahibkarlıq məqsədi ilə gətirdiyi mobil cihazlar üçün ödədikləri gömrük rüsumu ilə əvəzləşdirir. X11 nizamnaməsinə əsasən Mərkəzin göstərilmiş xidmətlərə görə xidmət haqqı almaq hüququ var və göstərilmiş xidmətlərə görə fiziki şəxslərdən xidmət haqqının alınmaması X11 subyektiv hüququdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin X6rşı “cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X11 hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən xx xxxxxx 2018-ci il tarixli 69 nömrəli X15ın aparılması barədə əmrin ləğv edilməsi və cavabdehə mobil cihazların heç bir ödəniş almadan qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-153/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-153/2020
08.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver