Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-153/2021 29.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Fatmayı kəndində yerləşən ümumi sahəsi 1.50 ha olan torpaq sahəsindən alqı-satqı yolu ilə ona satılmış 0.06 ha hissəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü ünvan 1 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon Fatmayı kəndində yerləşən ümumi sahəsi 1.50 ha olan torpaq sahəsindən alqı-satqı yolu ilə ona satılmış 0.06 ha hissəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayon Fatmayı kəndində yerləşən ümumi sahəsi 1.50 ha olan torpaq sahəsindən alqı-satqı yolu ilə ona satılmış 0.06 ha hissəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Fatmayı kəndində yerləşən ümumi sahəsi 1.50 ha olan torpaq sahəsi mərhum X3 mülkiyyətində olmuşdur. 29.10.2016-cı il tarixdə həmin torpaqdan 0.06 ha X14 oölu tərəfindən İddiaçı satılmışdır. İddiaçı aldığı torpaq sahəsinə dair çıxarış almaq istədkdə məlum olmuşdur ki, həmin torpaq sahəsi X6 mülkiyyətində olan 0.20 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkündür. Cavabdeh iddia ərizəsinə etirazda qeyd etmişdir ki, göstərilən torpaq sahəsi X6 adına qeydiyyatdan keçmiş 10.11.2008-ci il tarixli **********54 reyestr nömrəli 0.20 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşür. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır. İddia olunan torpaq sahəsi artıq başqa fziki şəxslərin xüsusi mülkiyyətində olduğundan hazlrki tələbin icrası ilk növbədə başqa şəxslərin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İşin halları ondan ibarətdir ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən 1.50 ha torpaq sahəsi JN-0116 saylı kod 30803018 saylı Dövlət aktına əsasən X3 mülkiyyətində olmuşdur. 29 oktyabr 2016-cı il tarixdə Abşeron rayonu 1 saylı DNK tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən M.Əliyev həmin torpaq sahəsinin 0.06 ha hissəsini İddiaçı satmışdır. İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etdikdə ona həmin torpağın başqa şəxsin adına qeydə alınmasını bildirərək ona imtina cavabı vermişdir. Mübahisəli torpaq sahəsinin naturada mövcud olub-olmaması, həmin torpaq sahəsinin koordinatları daxilində başqa şəxsin mülkiyyət hüquqlarının qeydə alınıbalınmaması, göstərilən 0.06 ha torpaq sahəsinin koordinatlarının başqa torpaq sahələri ilə üst-üstə düşüb düşməməsi, düşdüyü təqdirdə hansı hissədə və ölçüdə düşməsi barədə rəy almaq üçün məhkəmənin 28 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühəndistexniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xİdmətinin mütəxəssisinin iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2073 saylı 27 may 2021-ci il tarixli rəyindən görünür ki, X1 məşğul olmaq üçün tikinti məqsədilə mülkiyyətinə verilmiş JN-0116 seriyalı “Torpağım nülkiyyət hüququna dair” Dövlət aktına əsasən Abşeron rayonu Fatmayı kəndində yerləşən ümumi sahəsi 1.50 ha torpaq sahəsindən 29.10.2006-cı il tarixli AN-1 N-li ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə iddiaçı X2 0.06 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri təqdim olunmadığından naturadatanıdığı torpaq sahəsiu ilə üstüstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamıçşdır. Həmin 1.50 ha torpaq sahəsindən alqı-satqı müqavilələrinə əsasən digər şəxslərə çıxarışla verilmişdir. İddiaçıya satılmış 0.06 ha torpaq sahəsinə aid hüqüqmüəyyənedici və texniki kadastr sənədləru təqdim olunmadığından başqa torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən əldə edilmiş mübahisəli X3 mülkiyyətində olmuş 1.50 ha torpaq sahəsi ilə bağlı alqı-satqı müqavilələri və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, həmin torpaq sahəsinin 0.05 ha və 0.015 ha hissəsi alqı-satqı müqavilələrinə əsasən 09.10.2008-ci il tarixli MH seriyalı ******* saylı və ******* saylı çıxarışlar ilə X12, 0.142 hissəsi alqı-satqı müqaviləsinə əsasən 28.03.2019-cu il tarixli çıxarış ilə X9, 0.20 ha hissəsi MH seriyalı ******* saylı 07.11.208-ci il tarixli çıxarışa əsasən X7, 0.15 ha hissəsi MH seriyalı ******* saylı şıxarışa əsasən X10, 0.15 ha hissəsi MH seriyalı ******* saylı 07.11.2008-ci il tarixli çıxarışa əsasən X11, 0.90 ha hissəsi 25.10.2007ci il tarixli çıxarışa əsasən X3 və s.şəxslərin mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdıması zamanı müəyyən edildi ki, iddiaçının istinad etdiyi dövlət aktına əsasən M.Əliyevə məxsus olmuş 1,50 ha torpaq sahəsi ayrı-ayrı hissələrə bölünərək alqı-satqı müqavilələrinə əsasən müxtəlif şəxslərə özgəninkiləşdirilmiş və həmin şəxslərin hüquqları daşınmaz ə\mlakın dövlət reyestrində artıq qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya satılmış torpaq sahəsinə dair başqa şəxslərə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qüvvədə olduğu müddətdə həmin torpağa qeyri şəxsin hüquqlarının qeydə alınması qeyri-mümkündür. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı həmin alqı-satqı müqavilələri və onların əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları mülki mühakimə icraatı qaydasında mübahisələndirdikdən sonra inzibati orqana müraciət etməli və daha sonra cavabdeh onun müraciətini təmin etməkdən imtina etdiyi halda inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Fatmayı kəndində yerləşən ümumi sahəsi 1.50 ha olan torpaq sahəsindən alqı-satqı yolu ilə ona satılmış 0.06 ha hissəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Fatmayı kəndində yerləşən ümumi sahəsi 1.50 ha olan torpaq sahəsindən alqı-satqı yolu ilə ona satılmış 0.06 ha hissəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-153/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-153/2021
29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver