Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-153/2025 02.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin müəyyən edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 20 dekabr 2008-ci il tarixli, 0244003AAQ7R nömrəli İddiaçı dair göndəriş.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 38 nömrəli Tibbi Sosial Ekspert komissiyasının TSE-01 seriyalı, 401846 nömrəli arayışından görünür ki, İddiaçı 18 may 2014-cü il tarixdən 1 iyun 2015-ci il tarixədək “Azərbaycan Respublikasının müdafiəsi” səbəb-əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinin 1 iyun 2021-ci il tarixli, ********** nömrəli İddiaçı dair arayış.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7 Xəstəlikləri İnstitutu” publik hüquqi şəxsin 26 may 2023-cü il tarixli, 3-28-9/2-386/2023 nömrəli məktubundan görünür ki, xx xxxxx 1974-cü il təvəllüdlü İddiaçı ilə telefon əlaqəsi saxlanılıb, müayinələrdən keçmək üçün İnstituta dəvət olunmuşdur. Müvafiq müayinələrdən keçdikdən sonra 23 may 2023cü il tarixdə “Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət – plevral qalınlaşmalar şəklində. Xroniki bronxit, subremissiya mərhələsi” diaqnozu təsdiqlənmiş və 10661 nömrəli ambulator kartadan çıxarış verilmişdir. Qoşma şəklində ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surəti göndərilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 7 dekabr 2023-cü il tarixli, 3-17-4/3-1-19353/2023 nömrəli qərarından görünür ki, İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0244003AAQ7R nömrəli, 26 may 2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərar verilmişdir. Vətəndaş barəsində 3-17-4/1-39370/2023 nömrəli məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı hərbi şəhadətnamə, qərar və ya akt təqdim etməmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, təngnəfəslikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında döş qəfəsindən güllə, aşağı ətrafından qəlpə yaralanması aldığını bildirmiş, lakin hərbi şəhadətnamə, qərar və ya akt təqdim etməmişdir. Müayinə zamanı sol topuq və döş qəfəsinin sol ön səthində sıyrılıb aparan çapıqlar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, sümük-əzələ-bağ aparatında heç bir dəyişiklik müşahidə edilməmişdir. Nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Auskultasiyada hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası (Sp02) 98%, nəbzi 110 vurğu, tənəffüs hərəkətlərinin sayı 16, çəkisi 80 kq, boyu 172 sm, BKİ=27.5 müəyyənləşdirilmişdir. Elmi X3 İnstitutunun xx.xx.2022-ci il tarixli, 10661 nömrəli Tibbi rəyində diaqnoz “Döş qəfəsinin sol yarısının güllə yaralanmasına görə aparılmış cərrahi əməliyyatından sonrakı vəziyyət. Plevra galınlaşmaları. Xroniki bronxit” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 27 noyabr 2023-cü il tarixli spirometriya müayinəsinin nəticəsi “Xarici ventilvasiva pozğunluğu qeyd olunmur. FVC 3.88 FEV1 3.23” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlamətinin təyin etməməsi barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 19 aprel 2024-cü il tarixli, 1774 nömrəli məktubundan görünür ki, İddiaçı iddiası ilə bağlı təyin edilən məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 27 noyabr 2025-ci il tarixli, 5576 nömrəli məktubundan görünür ki, İddiaçı adına tərtib edilmiş 4 iyul 2025-ci il tarixli, T 590/2025 saylı rəyə baxış keçirilmiş, rəyin təsviri hissəsində təqdim edilmiş tibbi sənədlərdən çıxarışlar edilmiş, 21 iyul 2025-ci il tarixdə onun məhkəmə-tibbi ekspertizası aparılmış, bu zaman sol aşıq-baldır oynağında hərəkət məhdudluğu, ağrı müəyyən edilmiş, yerişinin çəliklə olması qeyd olunmuş, lakin ətrafda atrofiya, parez, iflic aşkar edilməmişdir, yəni diaqnoz tam öz təsdiqini tapmamaışdır. Müayinə üçün “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş, burada da məhkəmə-tibbi ekspertiza zamanı aşkar edilənlər bir daha təsdiq edilmişdir. “X1 İnstitutu”nda müayinə zamanı isə döş qəfəsinin qəlpə yaralanması aşkar edilsə də, tənəffüs pozğunluğu müəyyən edilməmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
8. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, ona müddətsiz əlilliyin təyin edilməsi (müəyyən edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən cavabdehə göndərilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 16 may 2022-ci il tarixli, N-0244003AAQ7R nömrəli “Göndəriş”-indən göründüyü kimi, iddiaçıda hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələr aşkar edilmişdir. Göndəriş ona 2 sentyabr 2022-ci il tarixdən sonra təqdim edilmişdir. Həmin zədələr “Sümük əzələ sistemi - onurğanın yayılmış asteoxondrozu”, “Tənəffüz sistemi – ağ ciyərlər üzərində sərtləşmiş tənəffüz fonunda quru xırıltılar eşidilir. TDS 22- 24, SP02 95 %”, “Ürək qaz-damar sistemi - ürək tonları aydındır, hüdudları norma daxilindədir. AT 130/90 mmcsüt.ps 118 zəif ritmikidir”, “Həzm sistemi – dili nəmdir, udma sərbəstdir, qarnı yumşaq, qara ciyər dalaq əllənmir. Defekasiya normaldır”, “Status logalis – döş qəfəsində ağrılardan, təngənəfəslikdən. Onurğada olan ağrılardan, döş qəfəsinin ön yan və arxa yan divarlarında köhnəlmiş çapıqlar izlənilir. Döş qəfəsi palpator bir qədər ağrılıdır. Onurğa boyu paravertebral əzələlər ağrılıdır. Sol aşıq baldır oynağı bir qədər şişkin və ağrılıdır. Sol baldır əzələlərinin artofiyası aşkarlanır”, “Ümimi cərrah - Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, döş qəfəsinin sol tərəfinin nüfuz edən, dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət” “Travmatoloq - ortoped - M24.5 oynaqların kontrakturası, sol aşıq-baldır oynağının.” “Köməkçi diaqnozlar - ağ ciyərlərin spiroqramması - tənəffüz çatışmamazlığı İİ dərəcə. “Sümük rentgenoqrafiyası - sümük tamlığının pozulması müşahidə edilmir”, “Qanın ümumi analizi - Hb 126 q/l, erit 4,6, ley 8, EÇS 21 mm/s”. “Xəstəliyin adı: Əsas diaqnoz: - Y36.4 hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, döş qəfəsinin sol tərəfinin nüfuz edən, dəlib keçən güllə yaralanmasının nəticələri”. “Ağırlaşma: R26 hərəkətin və yerişin pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması”. “R 52.0 Kəskin ağrı”. “M 21.0 digər rubrikalarda təsnif olunmayan valqus deformasiya sol aşıq baldır oynağının valqus deformasiyası”. M24.5 Oynaqların kontrakturası sol aşıq baldır oynağının kəskin kontrakturası. Oynaqlı hərəkətin həcmi 5-10 dər. M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi sol aşağı ətraf əzələlərinin hiportofiyası. J96.1 xroniki respirator çatmamazlığı”. Bundan başqa, 1 iyun 2021-ci il tarixli Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun arayışının surətindən müəyyən edilir ki, iddiaçı döş qəfəsinin sol yarısı hissəsindən güllə yarası almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 12 may 2014-cü il tarixli, SER TSE-01 seriyalı, 401846 nömrəli müayinə aktından çıxarışın surətindən müəyyən olunur ki, iddiaçıya 12 may 2014-cü il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. Növbəti müayinə tarixi 12 may 2015-ci il tarixə təyin edilmişdir.
10. İddianın prosessual hüquqi əsası kimi isə İPM-in 39.1-ci maddəsinə istinad edilmişdir.
11. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
12. Məhkəmənin 25 aprel 2023-cü il tarxili, 2-1(118)-2404/2023 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış, rəyin verilməsi X1 İnstitutuna həvalə edilmişdir.
13. Məhkəmənin 25 oktyabr 2023-cü il tarxili, 2-1(118)-2404/2023 nömrəli qərardadı ilə iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
14. Məhkəmənin 29 yanvar 2024-cü il tarixli, 2-1(118)-410/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertizası və X6-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır.
15. Məhkəmənin 6 iyun 2024-cü il tarixli, 2-1(118)-410/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsə tapşırılmışdır.
16. Məhkəmənin 29 may 2025-ci il tarixli, 2-1(118)-153/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsə tapşırılmışdır.
17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
18. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddianın təmin edilməməsini xahiş edərək, onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Quba rayon Mərkəzi Xəstəxanasının 12 fevral 2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik, “Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri - S20-S29 - Döş qəfəsinin travmaları - S20 - Döş qəfəsinin səthi travması - S20.7; Döş qəfəsinin travması; Meyar: 2,3. üçüncü dərəcə əlillik - digər səbəbi ilə əlillik dərəcəsi təyin edilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının 16 sentyabr 2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Xəstələnmənin və ölümün xarici səbəbləri - Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar - Y36 - Hərbi əməliyyatlar - Y36.4; Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, oynaqların kontrakturası, xroniki respirator çatmamazlıq, ataktik yeriş, kəskin ağrı, onurğanın gənclik osteoxondrozu”. “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin ediməsindən imtina verilmişdir. Quba rayon Mərkəzi Xəstəxanasının 16 may 2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Xəstələnmənin və ölümün xarici səbəbləri - Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar - Y36 - Hərbi əməliyyatlar - Y36.4; Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, döş qəfəsinin sol yarısının boşluğa nifuz edən dəlib keçən odlu silah, sol aşıq baldır oynağının qəlpə yaralanmasının nəticələri”. “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin ediməsindən imtina verilmişdir. Bundan əlavə iddiaçı əyani müayinədə olmuş və cavabdeh tərəfindən 6 oktyabr 2022-ci il tarixli, **********4 nömrəli qərar (§5) qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlamətini təyin etməməsi barədə qərar qəbul edilmişdir.
19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na istinad olunmuşdur. c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
23. Belə ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
28. Məhkəmənin 29 may 2025-ci il tarixli, 2-1(118)-153/2025 nömrəli qərardadı ilə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.
Tətbiq edilən hüquq:
29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.
Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.
Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://e-qanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:
2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)
33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”
35. İddia tələbinin əsaslarına görə, iddiaçının xəstəliklərinə dair göndəriş ixtisaslı həkimlər tərəfindən tərtib olunmasına, təyin edilmiş diaqnozlara, döş qəfəsinin sol yarısı hissəsindən güllə yarası aldığına, 2014-cü il tarixdə bir illik müddətinə əlillyin təyin edilməsinə baxmayaraq, hazırkı müraciətinə cavabdeh tərəfindən əsassız olaraq əlilliyin müəyyən edilməsindən imtina edilmişdir.
36. Cavabdeh tərəfin mövqeyi olaraq isə bildirilir ki, iddiaçının vəziyyətinin qiymətləndirilməsi məqsədilə Quba Rayon Mərkəzi Xəstəxanasının 0244003AAQ7R nömrəli göndərişi əsasında 27 noyabr 2023-cü il tarixdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, iddiaçının sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
37. İş materialında olan sənədlərlə və məhkəmə araşdırması zamanı əldə edilmiş məlumatlar ilə müəyyən edilir ki, iddiaçıya 18 may 2014-cü il tarixdən 1 iyun 2015-ci il tarixədək “Azərbaycan Respublikasının müdafiəsi” səbəb-əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmiş, Quba rayon Mərkəzi Xəstəxanasının 16 sentyabr 2021-ci il, 16 may 2022-ci il tarixli göndərişləri əsasında, eyni zamanda məhkəmənin qərardadı əsasında 27 noyabr 2023-cü il tarixdə qiymətləndirilmiş, müəyyən olunan diaqnozun əlillik əlamətinin təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.
38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 16 sentyabr 2024-cü il tarixli, T 612/2024 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, iddiaçının iş materiallarındakı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 0244003AAQ7R nömrəli “Forma 088” göndərişində qeyd edilmiş “Əsas diaqnoz: Y36.4 - Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Döş qəfəsinin, sol aşıq baldır oynağının qəlpə yaralanmasının nəticələri; Ağırlaşmalar: R26 - Hərəkətin və yerişin poulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması. R52.0 - Kəskin ağrı. M21.0 - Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, sol aşıq baldır oynağının valqus deformasiyası. M24.5 - Oynaqların kontrakturası, sol aşıq baldır oynağının kəskin kontrakturası. Oynaqda hərəkətin həcmi 5- 10 dər. M62.5 - Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol aşağı ətraf əzələlərinin hipotrofıyası. J96.1 - Xroniki respirator çatmamamzlıq TÇ İİ dərəcə; Yanaşı xəstəliklər: M42.1 – Yaşlılarda onurğanın osteoxondrozu, bel-oma fəqərələrinin osteoxondrozu. M42.0 - Onurğanın gənclik osteoxondrozu” diaqnoz stasionarda onun müayinə və müalicəsi zamanı müəyyən edilsə də, cavabdeh orqanda istər 27 noyabr 2023-cü il tarixdə, istərsə də hazırkı əyani müayinələrində yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, sümük-əzələ-bağ aparatında heç bir dəyişiklik müşahidə edilməmiş, nevroloji baxış zamanı aşağı ətraflarda əzələ gücü və tonus hipotrofıya, atrofiya, parez, iflic aşkarlanmamış, spirometriya müayinəsində “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur. FVC 3,88 FEVİ 3,23” kimi qeyd edilmiş əlillik təyinatına əsas verməmiş, anamnestik məlumatlarda, obyektiv və instrumental müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatmamazlığı aşkar olunmadığından əlillik dərəcəsinin təyini zamanı, ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın hər hansı bəndini aid etmək mümkün olmamışdır.
39. Məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertiza nəticəsində təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 1 avqust 2025-ci il tarixli, T 590/2025 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, iddiaçının əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: Y36.4 – hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, döş qəfəsinin, sol aşıq-baldır oynağının qəlpə yaralanmasının nəticələri. Ağırlaşmalar: R26-hərəkətin və yerişin pozulmaları, hərəkət istinad funksiyasının kəskin pozulması, R52.0-kəskin ağrı, M21.0digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, sol aşıq-baldır oynağının valqus deformasiyası, M24.5-oynaqların kontrakturası, sol aşıq-baldır oynağının kəskin kontrakturası, oynaqda hərəkətin həcmi 5-10 dərəcə, M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atroliyası və üzülməsi, sol aşağı ətraf əzələlərinin hipotrofiyası, J96.1xroniki respirator çatmamamzlıq. TÇ İİ dərəcə. Yanaşı xəstəliklər: M42.1-yaşlılarda onurğanın osteoxondrozu, bel-oma fəqərələrinin osteoxondrozu, M42.0-onurğanın gənclik osteoxondrozu” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. İddiaçının 21 iyul 2025-ci il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı sol aşıqbaldır oynağında hərəkət məhdudiyyəti müşahidə olunmuş, palpasiya zamanı həmin nahiyədə ağrı qeyd etmiş, yerişin pozulması, çəliksiz sol ayağını çəkərək yeriməsi müəyyən olunmuş, hər iki aşağı ətrafda atrofiya, parez, iflic aşkar edilməmiş, tənəffüs sistemi tərəfindən hər hansı patoloji əlamət-təngnəfəslik, öskürək müşahidə olunmamışdır. İddiaçı məhkəmə-tibbi müayinə zamanı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş və 21 iyul 2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “XBT 10 üzrə kod: Y36.2, Y36.4 L90.5, L91.0, M24.5, R52.2 – Odlu silah yaralanmadan sonra, soltərəfli döş qəfəsinin orta b-nin tış, sol aşıq-baldır oynağının iç səthlərində çapıq toxumaları, sol aşıq-baldır oynağının hərəkət məhdudiyyəti, daimi ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. İddiaçı məhkəmə-tibbi müayinə zamanı “X1 İnstitutu”na göndərilmiş və 29 iyul 2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “Hərbi əməliyyatlar nəticəsində odlu silahla törədilmiş zədələnmələr, döş qəfəsinin qəlpə yaralanmasının nəticəsi xroniki bronxit, kəskinləşmə mərhələsi” diaqnozu qoyulmuş, həmin tarixdə icra edilmiş spirometriya müayinə nəticəsində ventilyasiya pozğunluğu qeyd olunmamışdır.
40. Göründüyü kimi, məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyindən müəyyən edilir ki, iddiaçıda onun istinad etdiyi əlillik təyinatına əsas verən patofunksional pozuntu müəyyən edilməmişdir.
41. Bundan əlavə, Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin təqdim edilmiş məlumat əsasında məhkəmə müəyyən etmişdir ki, sonuncu təyin edilmiş məhkəmə-tibbi ekspertizasının aparılması nəticəsində iddiaçının sol aşıq-baldır oynağında hərəkət məhdudluğu, ağrı müəyyən edilmiş, yerişinin çəliklə olması qeyd olunmuş, lakin ətrafda atrofiya, parez, iflic aşkar edilməmişdir, yəni diaqnoz tam öz təsdiqini tapmamaışdır. Müayinə üçün “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na göndərilmiş, burada da məhkəmə-tibbi ekspertiza zamanı aşkar edilənlər bir daha təsdiq edilmişdir. “X1 İnstitutu”nda müayinə zamanı isə döş qəfəsinin qəlpə yaralanması aşkar edilsə də, tənəffüs pozğunluğu müəyyən edilməmişdir.
42. Məhkəmə işin hallarını, mövcud olan iş materiallarını və təqdim edilmiş ekspert rəyini nəzərə alaraq belə nəticəyə gəlir ki, əlilliyin müəyyən olunması meyarlarına əsasən iddiaçıda əlilliyə gətirib çıxara biləcək xəstəliklər aşkar olunmadığı üçün əlilliyin müəyyən edilməsinə əsas müəyyən edilmir.
43. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
45. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova