Məhkəmə qərarları › İş №2-1(118)-1530/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1530/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1530/2023 10.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən “84K” saylı qarajın sökülməsinə və onun yerində inşa edilən fərdi evin tikilməsinə əsas olan Bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən “84K” saylı qarajın sökülməsinə və onun yerində inşa edilən fərdi evin tikilməsinə əsas olan Bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, 11-ci mikrorayon ünvanında yerləşən “84K” saylı qaraj X1 məxsus olmuşdur. Qarajın ümumi sahəsi 25,20 kv.m-dir. Qaraj mişar daşından hörülmüşdür (1984-cü ildə qaraj tikilmişdir). X3 onun həyat yoldaşı olmuşdur.Ə.Bayramovun vəfatından sonra digər əmlaklar kimi mərhuma məxsus həmin qaraj da vərəslik qaydasında onun mülkiyyətinə keçmişdir. Bu barədə Sumqayıt şəhər 3 saylı Notariat Kontoru tərəfindən xx.xx.1988-ci ildə adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Bildirir ki, Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, 11-ci mikrorayon ünvanında yerləşən 84K saylı qaraj Sumqayıt şəhər XDS-nin xx.xx.1984-cü il tarixli, 2636 saylı icazəsi (qərarı) əsasında inşa edilmiş və qarajın Texniki Pasportu təsdiq edilmişdir. Həmin qaraja görə o Sumqayıt şəhər Bələdiyyəsinə torpaq və əmlak vergisini mütəmadi olaraq ödəmişdir.Hal-hazırda naməlum şəraitdə mülkiyyətçisi olduğu 84K saylı qaraj Sumqayıt şəhər Bələdiyyəsinin göstərişi ilə sökülərək yerində ev inşa edilmişdir. O, cavabdehə müraciət edərək 84K saylı qarajın sökülməsi və onun yerində inşa edilən fərdi evin tikilməsinə əsas olan Bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsini xahiş etmiş, Sumqayıt şəhər Bələdiyyəsi özünün 16 iyun 2022ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Səbəb kimi guya qarajın dəqiq ünvanı barədə məlumatın olmadığı göstərilmişdir. O cavabdehin imtinasını əsassız hesab edir, belə ki, mülkiyyətçisi olduğu qaraja görə mütəmadi olaraq Tədiyyə bildirişi əsasında Sumqayıt şəhər Bələdiyyəsinin hesabına torpaq və əmlak vergisi ödəmiş, həmin torpaq sahəsində olan qarajı Sumqayıt şəhər Bələdiyyəsi onun razılığı olmadan sökdürmüşdür. Hal-hazırda həmin ərazidə fərdi ev tikilmişdir. Həmin fərdi evlərin tikilməsinə razılığı Sumqayıt şəhər Bələdiyyəsi vermişdir. İddia ərizəsinə əlavə etdiyi şəkildə mülkiyyətçisi olduğu qarajın yerləşdiyi yer əks edilmişdir. Həmin ərazinin sxematik planı və digər texniki sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsində saxlanılır. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkil və digər sənədlər əsasında ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin kimə ayrılması barədə məlumatın məhkəməyə təqdim edilməsi mümkün deyildir. Belə ki, təqdim edilmiş sənədlərdən görünür ki, X2 qanun üzrə vərəsəlik hüququ əsasında mərhum həyat yoldaşı X1 məxsus olmuş daş qarajın 2/1 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Lakin sözügedən daş qarajın yerləşdiyi torpaq sahəsinin ayrılma sənədləri, mövqe planı və koordinatlarını müəyyən etməyə əsas verəcək hər hansı torpaqayırma sənədləri olmadığından, həmin qarajın yerləşdiyi ehtimal olunan torpaq sahəsinin yerini və müvafiq olaraq da iddiaçının iddia etdiyi torpaq sahəsinin kimə ayrılmasını müəyyən etmək mümkün olmamışdır. Göstərilən səbəblərdən ərizənin icrası mümükün olmamışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, 11-ci mikrorayon ünvanında yerləşən “84K” saylı qarajın sökülməsinə və onun yerində inşa edilən fərdi evin tikilməsinə əsas olan Bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat sözügedən daş qarajın yerləşdiyi torpaq sahəsinin ayrılma sənədləri, mövqe planı və koordinatlarını müəyyən etməyə əsas verəcək hər hansı torpaqayırma sənədləri olmadığından, həmin qarajın yerləşdiyi ehtimal olunan torpaq sahəsinin yerini və müvafiq olaraq da iddiaçının iddia etdiyi torpaq sahəsinin kimə ayrılmasını müəyyən etmək mümkün olmamamasını nəzərə alaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, məhkəmənin sorğusu əsasında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3-21-3-31/2-2654/2023 nömrəli mütəxəssis rəyindən məlum oldu ki, iddiaçının təqdim etdiyi texniki pasportda torpaq sahəsi və üzərində yerləşən qaraja dair koordinatlar əks olunmadığından Sumqayıt şəhəri, Bədəlbəyli küçəsi, 11-ci mikrorayon ərazisindəki torpaq sahəsi üzrəindəki torpaq sahəsi üzərində yerləşən 84 saylı qarajın faktiki koordinatlarına dair sxemin idarə tərəfindən təqdim olunması mümkün olmamışdır. Göründüyü kimi İddiaçı iddia etdiyi daş qarajının yerinə cavabdeh təşkilat tərəfindən hansı qərarın verilməsi və qarajının yerləşdiyi yer barədə məlumatlı deyil. Hesab olunur ki, iddia tələbində iddiaçının istəyi dəqiq göstərilməli və verilmiş iddia tələbi çərçivəsində iddia tələbinə məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh ünvan 1 ünvanında yerləşən “84K” saylı qarajın sökülməsinə və onun yerində inşa edilən fərdi evin tikilməsinə əsas olan Bələdiyyə qərarının ləğv edilməsi və qarajın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar