Məhkəmə qərarları › İş №2-1(118)-1530/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1530/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1530/2024 05.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “iddiaçı X5 tərəfindən dövlət büdcəsinə ödənilən 500.013,25 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı artıq ödənilmiş vergilərin qaytarılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X5 fərdi sahibkar kimi (VÖEN: **********) (bundan sonra “İddiaçı”) bina tikintisi fəaliyyəti ilə məşğul olmuş və fəaliyyət dövründə podratçı təşkilatın yerinə yetirdiyi işə görə ƏDV ödəyərək əvəzləşdirmişdir. Bu dövrdə dövlət büdcəsinə artıq ödəmələr formalaşmışdır. Bundan sonra iddiaçı xx.xx.2023cü il tarixli ərizə ilə yerli vergi orqanına, yəni 3 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra “Cavabdeh”) müraciət etmiş, lakin Cavabdeh göndərdiyi xx.xx.2023-ci il tarixli **********374000 saylı məktubda əsassız səbəblərlə artıq ödəməni geri verməkdən imtina etmişdir. Cavabdeh cavab məktubunda qeyd etmişdir ki, otel binasının tikintisinə çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğlərinin iddiaçının təqdim etdiyi ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. Qeyd olunanları nəzərə alaraq əvəzləşdirmə nəticəsində yaranmış artıq ödəmə məbləğinin qaytarılması qanunamüvafiq hesab edilməmişdir. Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə görə isə vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanın vəzifəsidir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 313 saylı Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na uyğun olaraq təqdim etdiyim ərizəyə əsasən iddiaçının dövlət büdcəsinə artıq ödədiyi məbləğ ümumilikdə 500.013,25 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı, X5 (VÖEN **********), cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 3 saylı Ərazi Vergilər İdarəsi iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir: Belə ki, vergi ödəyicisi X2 rayonu 2-ci Nügədi kəndində daşınmaz əmlakın (otel binası) icarəyə verilməsi fəaliyyəti ilə məşğuldur. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri- sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edilmiş və bu fəaliyyətdən əldə olunan gəlirlər məcəllənin 155-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergitutma obyekti deyildir. Həmçinin, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edilmiş və bu fəaliyyətindən əldə olunan gəlirlər bu Məcəlləsinin 155-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergitutma obyekti deyildir. Həmçinin, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Aparılmış geniş araşdırma zamanı vergi ödəyicisi tərəfindən qeyri-sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən otel binasının tikintisinə çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğlərinin təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. Qeyd olunanları nəzərə alaraq əvəzləşdirmə nəticəsində yaranmış artıq ödəmə məbləğinin qaytarılması qanunamüvafiq hesab edilməmişdir. Bununla bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********937100 nömrəli, xx.xx.2023-cü il tarixli **********729400 nömrəli və xx.xx.2023-cü il tarixli **********374000 Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73- cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin etirazına mülahizəsində qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı X3 iddia tələbinin əsaslandırılması təqdim edilib. Cavabdeh isə etirazında iddiaçının göstərdiyi dəlillərə heç bir münasibət bildirməmiş və yalnız qeyd etmişdir ki, “əvəzləşdirmə nəticəsində yaranmış artıq ödəmə məbləğinin qaytarılması qanunamüvafiq hesab edilməmişdir”. Lakin artıq ödəmə məbləğinin qaytarılmasının nəyə görə qanunamüvafiq hesab edilmədiyi cavabdeh tərəfindən əsaslandırılmayıb. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz və Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasım və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. Həmçinin iddiaçı digər mülahizəsində qeyd etmişdir ki, iddiaçı X5 cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilən 500.013,25 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə iddia qaldırmışdır. Bununla iddia predmetinin nəyə görə cavabdehin üzərinə rəy vermək vəzifəsinin qoyulması ilə bağlı olduğu əsaslandırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nm (bundan sonra “Qaydaları”) 4.1-ci maddəsində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı yerinə yetirdikləri hərəkətlər nəzərdə tutulub. Qaydaların 1.2.1-ci maddəsinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar - tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta üzrə sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanlarıdır. Qaydaların 4.1.3-cü maddəsinə əsasən bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla {qeyd: bu istisnalar müddətlə bağlıdır: müvafiq olaraq 20 gün müddətində və 4 aydan gec olmayaraq), büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9- cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Qaydaların 4.5-ci maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. Qaydaların 4.9-cu maddəsinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. Qaydaların 4.10-cu maddəsinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Qaydaların 4.12-ci maddəsinə əsasən tərtib olunmuş rəy nəticəsində büdcəyə artıq ödəmələrin faktiki qaytarılmış məbləğləri vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə maliyyə orqanlarının, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, hesablanmış faizlərin və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılmasına münasibətdə isə sosial təminatı və müdafiəni həyata keçirən orqanların, icbari tibbi sığortaya münasibətdə isə icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun rəsmi məlumatına əsasən vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının şəxsi hesab vərəqəsində əks etdirilir və büdcəyə daxilolmalar barədə hesabatlarda nəzərə almır. Qaydaların 5.3-cü maddəsinə əsasən maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Beləliklə, artıq ödənilmiş vergilərin qaytarılması üçün cavabdeh tərəfindən rəy tərtib edilib maliyyə orqanına göndərilməli və maliyyə orqanı vəsaitin qaytarılmasını təmin etməlidir. Buna görə də iddianın predmetini məhz cavabdehin - vergi orqanının üzərinə rəy vermək vəzifəsinin qoyulması təşkil edir. Bu mövqeyi həmçinin oxşar işlər üzrə məhkəmə təcrübəsi də təsdiq edir. Məsələn, Ali Məhkəmənin 2-1 (102)-38/2022 №-li 19.01,2022-ci il tarixli, 2-1 (102)-2170/2021 №-li xx.xx.2021-ci il tarixli qərarlarında vergi orqanının üzərinə rəy vermək vəzifəsi qoyulmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddia öhdəliyin icrası haqqında iddiadır, iddiaçılar ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmiş və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır, cavabdeh inzibati orqan iddiaya cavab verməli orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın mahiyyəti ilə bağlı isə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı X5 fərdi sahibkar kimi (VÖEN: **********) (bundan sonra “İddiaçı”) bina tikintisi fəaliyyəti ilə məşğul olmuş və fəaliyyət dövründə podratçı təşkilatın yerinə yetirdiyi işə görə ƏDV ödəyərək əvəzləşdirmişdir. Bu dövrdə dövlət büdcəsinə artıq ödəmələr formalaşmışdır. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə yerli vergi orqanına, yəni 3 saylı Ərazi Vergilər İdarəsinə (bundan sonra “Cavabdeh”) müraciət etmiş, lakin Cavabdeh göndərdiyi xx.xx.2023-ci il tarixli **********374000 saylı məktubda əsassız səbəblərlə artıq ödəməni geri verməkdən imtina etmişdir. İddiaçı hazırda dövlət büdcəsinə ödənilən 500.013,25 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, vergi ödəyicisi X2 rayonu 2-ci Nügədi kəndində daşınmaz əmlakın (otel binası) icarəyə verilməsi fəaliyyəti ilə məşğuldur. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən əldə edilən gəlir qeyri- sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə aid edilmiş və bu fəaliyyətdən əldə olunan gəlirlər məcəllənin 155-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün vergitutma obyekti deyildir. Həmçinin, Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Aparılmış geniş araşdırma zamanı vergi ödəyicisi tərəfindən qeyri-sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən otel binasının tikintisinə çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğlərinin təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. Qeyd olunanları nəzərə alaraq əvəzləşdirmə nəticəsində yaranmış artıq ödəmə məbləğinin qaytarılması qanunamüvafiq hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmamışdır. Belə ki, iddiaçı qeyd edir ki, o bina tikintisi faəliyyəti ilə məşğul olmuş və faliyyət dövründə podratçı təşkilatın yerinə yetirdiyi işə görə ƏDV ödəyərək əvəzləşdirmişdir. Cavabdeh orqan isə imtinasında vergi ödəyicisi X3 Quba rayonu 2-ci Nügədi kəndində daşınmaz əmlakın (otel binası) icarəyə verilməsi fəaliyyəti ilə məşğul olduğunu qeyd edir. Lakin bu halın nəyin əsasında müəyyən edildiyini əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın vergi ödəyicisinin yaranmış artıq ödəməsinin geri qaytarılmasından imtinasının əsasını “vergi ödəyicisi tərəfindən qeyrisahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edilən otel binasının tikintisinə çəkilən xərclər üzrə ödənilən ƏDV məbləğlərinin təqdim edilmiş ƏDV bəyannamələrində əvəzləşdirilməsi nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranması” təşkil edir. Lakin məhkəmə araşdrması zamanı müəyyən edildi ki, iddiaçının əlaqəli fəaliyyəti ilə bağlı məhkəmə mübahisəsi olmuş, vergi orqanının iddiaçı barədə qəbul etdiyi ƏDV məbləğlərinin büdcəyə hesablanması barədə qərarları ləğv edilmiş və məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, iddiçının fəaliyyəti sahibkarlıq fəaliyyətidir və iddiaçının ƏDV məbləğlərini əvəzləşdirmək səlahiyyəti vardır. Göründüyü kimi cavabdeh inzibati orqanın dəlilləri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilədə təkzib olunur. Bundan başqa cavabdeh inzibati orqan imtinasını əsaslandırmamış, müəyyən etdiyi halın əsaslarını göstərməmişdir. Məhkəmə hesab edir ki, geyd edilən hallar iddianın əsaslı olduğunu göstərir, cavabdeh inzibati orqan əsassız olaraq yaranmış artıq ödəməni geri qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək; vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanının vəzifəsidir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. 153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. AR Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli, 313 nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na əsasən:

3. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün müraciət və tələb olunan sənədlər 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.

4. Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Məhkəmə hesab edir ki yuxarıda qeyd edilənlər hüquq normalarının işin hallarını nəzərə alaraq hazırkı işə tətbiqi iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı X5 tərəfindən dövlət büdcəsinə ödənilən 500.013,25 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı X5 tərəfindən dövlət büdcəsinə ödənilən 500.013,25 manat pul vəsaitinin geri qaytarılması barədə rəy verilməsi (maliyyə idarəsindən vəsaitin alınması üçün) vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar