Məhkəmə qərarları › İş №2-1(118)-1530/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1530/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1530/2025 24.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh (VVAQDQ) tərəfindən xx.xx.1961-ci ildə X5 ilə Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında bağlanmış (saxta nikah) 09 saylı “Nikah haqqında akt”ın ləğv edilməsi və ya etibarsız sayılması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh (VVAQDQ) tərəfindən xx.xx.1961-ci ildə X5 ilə Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında bağlanmış (saxta nikah) 09 saylı “Nikah haqqında akt”ın ləğv edilməsi və ya etibarsız sayılması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə ünvanladığı xx.xx.2023-cü il tarixli nikah haqqında akt qeydinin ləğvi barədə yazılı sorğusuna cavab olaraq bildirilmişdir ki, atası X3 adına xx.xx.1950-ci il tarixli, 05 saylı Cavabdeh tərəfindən, xx.xx.1961-ci il tarixli, 09 saylı Cavabdeh tərəfindən nikah haqqında akt qeydləri tərtib olunmuşdur. X6 xx.xx.1950-ci il tarixdə X4 ilə rəsmi nikahda olduğu halda (heç bir nikah pozulması və ikinci tərəfin ölümü olmadığı halda) xx.xx.1961-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh tərəfindən məlumat verilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalaram müəyyən edən əsas müddəalar” ın 23-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin, qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin maddənin 26-cı bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Bildirilib ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. X3 xx.xx.1961-ci il tarixdə X1 arasında bağlanmış 09 saylı nikah aktının ləğv edilməsi ilə bağlı Xaçmaz Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan baxılıb, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: cavabdehin iddiaçıya ünvanladığı 21 iyul 2023-cü il tarixli imtina məktubu; 11 iyul 2023-cü il tarixli arayış; 09 saylı, xx.xx.1961-ci il tarixli nikah haqqında akt qeydi və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı atası X6 ilə X2 arasında bağlanılmış xx.xx.1961-ci il tarixli, 09 saylı “Nikah haqqında akt” qeydinin ləğvi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətininin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddia tələbinə münasibətdə bildirir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının əsas hüquqi marağı atasının ikinci nikahdan olan övladının vərəsəsi kimi qəbul edilərək miras əmlakı əldə etməsinin qanunsuz olduğunu sübut etməkdən ibarətdir. Belə ki, iddiaçı atasının vərəsələri sırasına daxil edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı atası X3 ölümündən sonra açılmış vərəsəlik işinin nəticəsini mübahisələndirmək hüququ istisna edilmir. Bununla yanaşı, hazırki halda iş materialları ilə müəyyən edilir ki, iddiaçının anası X7 xx.xx.1959-cu il tarixdə ölmüşdür. X6 ilə X1 arasında isə nikah xx.xx.1961-ci il tarixdə, yəni iddiaçının anası öldükdən sonra bağlanmışdır. Məhkəmə həmçinin qeyd edir ki, X7 xx.xx.1959-cu il tarixdə öldüyü üçün onun X6 ilə arasında olan nikaha qanunvericiliyə əsasən xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 14-cü maddəsinə əsasən ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Qeyd edilənlərə əsasən, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin imtinası maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh (VVAQDQ) tərəfindən xx.xx.1961-ci ildə X5 ilə Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında bağlanmış (saxta nikah) 09 saylı “Nikah haqqında akt”ın ləğv edilməsi və ya etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı “Cavabdeh (VVAQDQ) tərəfindən xx.xx.1961-ci ildə X5 ilə Nemətova (Şəfiyeva) Aycamal İbrahimpaşa qızı arasında bağlanmış (saxta nikah) 09 saylı “Nikah haqqında akt”ın ləğv edilməsi və ya etibarsız sayılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar